AZ RU EN WEBMAIL
Tibbdə bu gün
17.04.2017
17 aprel - Ümumdünya Hemofiliya Günüdür

Dünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə aprelin 17-si “Ümumdünya Hemofiliya Günü” elan edilib. Bu günün təsis edilməsinin və qeyd olunmasının məqsədi qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliyadan əziyyət çəkən insanların hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin, siyasətçilərin və səhiyyə işçilərinin diqqətini cəlb etmək, bu barədə onların məlumatını artırmaqdır.

Daha ətraflı...
11.04.2017
11 aprel - Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günüdür

Aprelin 11-də - Parkinson xəstəliyinin ilk tədqiqatçısı, ingilis alimi Ceyms Parkinsonun doğum günündə Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə günü qeyd edilir. Parkinson xəstəliyi mərkəzi sinir sisteminin xroniki şiddətlənən xəstəliyidir. O, ilk dəfə XIX əsrin əvvəlində ingilis həkimi C.Parkinson tərəfindən “titrəyən iflic” kimi təsvir edilib.

Daha ətraflı...
07.04.2017
7 aprel – Ümumdünya Sağlamlıq Günüdür

1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Hər il həmin günün mövzusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün prioritet sayılan müəyyən bir problemi diqqət mərkəzinə gətirir.

Daha ətraflı...
06.04.2017
6 aprel - Dünya Fiziki Fəallıq Günüdür

2002-ci ildən başlayaraq hər il aprelin 6-sı bütün dünyada “Hər gün otuz dəqiqə fiziki fəallıq!” devizi altında Dünya Fiziki Fəallıq Günü qeyd edilir.

Daha ətraflı...
02.04.2017
2 aprel - Dünya Autizm Məlumatlandırma Günüdür

Autizm bütün dünyada olduğu kimi ölkəmizdə də XXI əsrin ən qlobal problemlərindən hesab edilir. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxmini 1 faizi yəni 70 milyon əhali autizmdən əziyyət çəkir. Son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri də autizmdir. Məlum olduğu kimi, bu xəstəliyin müalicəsi yoxdur. Autizmdən əziyyət çəkən uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz 3 yaşında qoyulur. Lakin valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir.

Daha ətraflı...
24.03.2017
24 mart - Dünya Vərəmlə Mübarizə Günüdür

Dünya Səhiyyə Təşkilatı və Dünya Vərəmlə Mübarizə Birliyinin təşəbbüsü ilə 1982-ci ildən etibarən hər martın 24-ü bütün ölkələrdə Dünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunur. Bu əlamətdar günün yaranma tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır. Günün təsisində məqsəd dünya ictimaiyyətinin diqqətini vərəm probleminə cəlb etməkdir.

Daha ətraflı...
17.03.2017
17 - mart Dünya Yuxu Günüdür

17 Mart Dünya Yuxu Günü kimi qeyd edilir. Bu tarix 9 il əvvəl Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.

Daha ətraflı...
10.03.2017
10 mart - Ümumdünya Böyrək Günüdür..

2006-cı ildən etibarən bütün dünyada hər il martın ikinci cümə axşamı rəsmi olaraq Dünya Böyrək Günü (World Kidney Day) kimi qeyd edilir. Builki Dünya Böyrək Gününü “Böyrək xəstəlikləri və piylənmə” devizi altında keçirilir.

Daha ətraflı...
06.03.2017
6 mart - Beynəlxalq Stomatoloqlar Günüdür

Hər il fevralın 9-da stomatoloqların peşə bayramı - Beynəlxalq Stomatoloq Günü qeyd olunur.

Daha ətraflı...
01.03.2017
1 mart - Ümumdünya İmmunitet Günüdür

Dünya Səhiyyə Təşkilatının (DST) təşəbbüsü ilə 2002-ci ildən başlayaraq hər il martın 1-də Ümumdünya İmmunitet Günü qeyd edilir.

Daha ətraflı...
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı