AZ RU EN
Digər fakultələr
I Müalicə-profilaktika fakültəsi

Rektorun 1974-cü il 5 may tarixli əmri ilə ATU-nun müalicə profilaktika fakültəsi nəzdində iki eyni hüquqlu fakültə yaradılıb. Onlardan biri Birinci müalicə profilaktika (I MPF), digəri isə İkinci müalicə profilaktika (II MPF) adlandırılıb.

  1. Tibbi biologiya genetika- kafedra müdiri dosent Vaqif Kərimov
  2. I Mamalıq və ginekologiya- kafedra müdiri ə.e.x, professor Elmira Əliyeva
  3. Oftalmologiya-kafedra müdiri professor Paşa Musayev (Qəlbinur)
  4. Dermatovenerologiya-kafera müdiri professor Fərid Mahmudov
  5. Nevrologiya-kafedra müdiri ə.e.x, professor Şərif Mahalov
  6. Anesteziologiya və reanimatologiya-kafedra müdiri professor İsbəndiyar İsmayılov
  7. I Daxili xəstəliklər-kafedra müdiri professor Vəsadət Əzizov
  8. I Cərrahi xəstəliklər-kafedra müdiri AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov
  9. III Cərrahi xəstəliklər-kafedra müdiri professor Fariz Camalov

10.İnsan anatomiyası və tibbi terminalogiya-kafedra müdiri REA-nın akademiki, ə.e.x, professor Vaqif Şadlinski

11.Onkologiya-kafedra müdiri AMEA-nın həqiqi üzvü, REA-nın xarici üzvü akademik Əhlima Əmiraslanov

12.Kliniki farmakologiya-kafedra müdiri professor Adil Baxşəliyev

13.Məhkəmə təbabəti-kafedra müdiri professor Mənsur Bunyatov

14.Terapevtik və pediatrik propedevtika-kafedra müdiri professor İbrahim İsayev

15.Neyrocərrahlıq-kafedra müdiri dosent Rövşən Xəlilzadə

16.I Uşaq xəstəlikləri-kafedra müdiri professor Səfixan Həsənov

17.Histologiya, embriologiya və sitologiya-kafedra müdiri professor Eldar Qasımov

18.Uşaq cərrahlığı-kafedra müdiri professor Ramiz Poluxov

19.Kliniki allerqologiya və immunologiya-kafedra müdiri professor Lalə Allahverdiyeva

   Yeni yaradılan I müalicə profilaktika fakültəsinin (I MPF) ilk dekanı prof. S.M.Kərimov (1974) olub, sonrakı illərdə fakültəyə prof. Ş.B.Quliyev (1975-1981), prof. T.Q.Qədirova (1981-1983), prof. B.Ə.Baxşiyev (1983-1988), prof. A.M.Əfəndiyev (1988-1989), prof. H.A.Sultanov (1989-1992), prof. F.İ.Cəfərov (1993-1995), prof. E.K.Qasımov (1995-1999), prof. S.C.Əliyev (1999-2001), dos. N.Ə.Şıxəmmədov (2001-2011), prof A.Y.Qazıyev (2011-2016), dos. Q.X.Əhmədov (2016-2019) rəhbərlik ediblər. 2019-cu ildən etibarən fakültəyə dosent Elşad Mirzəli oğlu Novruzov rəhbərlik edir. Fakültə dekanlığında 3 nəfər dekan müavini və 3 nəfər akademik məsləhətçi çalışır.

Dekan müavinləri

  1. Mikayılova Nigar Xizli (Bioloji kimya kafedrasının asistenti)
  2. Bayramov Natiq Tapdıq (Biofiziki və bioüzvü kimya kafedrasının asistenti)
  3. Quliyev Mahir İsa (Histologiya, embriologiya və sitologiya kafedrasının baş müəllimi)

Akademik məsləhətçilər

  1. Rüstəmova Sədaqət Məhyəddin (İnsan anatomiyası və tibbi terminalogiya kafedrasının dosenti)
  2. Hüseynova Bənövşə Zakir (Terapevtik və pediatrik propedevtika kafedrasının baş laborantı)
  3. Hüseynova Qumru Orxan (Tibbi biologiya və genetika kafedrasının baş laborantı)

     Dosent E.M.Novruzov 1978-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin I MPF-ni bitirib, elmi şuranın qərarı ilə Dermatovenerologiya kafedrasında saxlanılıb. 2008-ci ildə tibb elmləri üzrə fəlsəfə doktorluğu (namizədlik), 2013-cü ildən isə doktorluq disertasiyası üzərində çalışır.

O, 2010-2017 ci illərdə ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, 2018-2019 cu illərdə ATU-nun Tədris şöbəsinin müdir müavini vəzifəsində, 2019-cu ildən indiyə kimi I MPF-nin dekanı vəzifəsində, eyni zamanda     Dermatovenerologiya kafedrasının dosenti vəzifəsində çalışır. Dosent E.M.Novruzov 40-a yaxın elmi işin və 2 dərs vəsaitinin müəllifidir. Kafedranın və ATU-nun ictimai həyatında aktiv fəaliyyət göstərir.  

  Hazırda I MPF-də 437 nəfər professor-müəllim heyəti çalışır. Fakultə əməkdaşlarından 1 nəfəri AMEA-nın həqiqi üzvü(Əhliman Əmiraslanov), 1 nəfəri REA-nın xarici üzvü (Əhliman Əmiraslanov), 1 nəfəri Rusiya Elmlər Akademiyasının akademiki (Vaqif Şadlinski), 1 nəfər AMEA-nın müxbir üzvü (Nuru Bayramov), 67 nəfəri tibb elmləri doktoru, 297 nəfəri tibb elmləri üzrə fəlsəfə doktoru, o cümlədən 61 nəfəri professor, 162 nəfəri dosent, 23 nəfəri baş müəllim(onlardan 20 nəfəri elmi dərəcəli)  və 198 nəfəri assistentdir (onlardan 113 nəfəri elmi dərəcəli). Müəllim heyətinin 364 nəfəri (83,2%) elmi dərəcəlidir. Təlim-tərbiyə prosesinin uğurla həyata keçirilməsi işində professor-müəllim heyətinə 158 nəfər yardımçı personal kömək edir. 2020-ci ilin əvvəllərinə olan məlumata görə, fakültədə 2123 tələbə təhsil alır. Onlardan 1707 nəfəri yerli tələbələr, 416 nəfəri isə xarici ölkə ( Türkiyə, İran, İraq, Rusiya, Gürcüstan, ABŞ, İngiltərə, Əfqanıstan, Pakistan, Hindistan və s.) vətəndaşıdır. 2123 tələbədən 1745 nəfəri azərbaycan, 271 nəfəri ingilis və 107 nəfəri isə rus bölməsində təhsil alır.

Fakultə Elmi Şurasının əsas fəaliyyəti universitet rəhbərliyinin nəzarəti altında elmi-pedaqoji işçiləri, inzibati və idarə heyətinin birgə fəaliyyəti ilə yüksək ixtisaslı mütəxəssislər yetişdirmək, universitetin tədris, metodik, tədqiqat, innovativ və təlim tərbiyə fəaliyyətlərini əlaqələndirmək üçün səylərini birləşdirməyə yönəltməkdir. Fakultə Elmi şurasının sədri fakultə dekanı Elşad Mirzəli oğlu Novruzov, elmi katibi ass. Samir Fuad oğlu Axundovdur. Şuranın tərkibində 59 üzv var. Onlardan fakultə daxilində olan 19 kafedranın müdirləri, professor-müəllim heyəti və 6 tələbəni (universitetimizin ictimai həyatında aktiv iştirak edən Tələbə dekanı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin fakultə üzrə sədri, Tələbə Elmi Cəmiyyətinin və Tələbə Gənclər Təşkilatının fakultə üzrə sədrləri) özündə birləşdirir. Fakultə Şurasının tədris ili boyunca ayda 1 dəfə olmaqla iclası keçirilir.  

I MPF-də 6 illik ali baza tibb təhsilini bitirdikdən sonra “Həkim” ali peşə dərəcəsinə yiyələnirlər. Bundan sonra isə dar sahədə ixtisasa yiyələnmək istəyənlər müvafiq ixtisasa uyğun olaraq 2-5 illik rezidentura səviyyəsi üzrə təhsil alma hüququna malikdirlər. 

Bu fakultədə təhsil alan tələbələr universitetin ictimai və idman həyatında, Tələbə Elmi Cəmiyyətinin işində fəal iştirak edirlər.Tələbələr o cümlədən beynəlxalq tələbə elmi konfranslarında çıxışlar edərək, diplomlara layiq görülüblər. Son 10 ildə Fakultə üzrə TEC-də iştirak edən tələbə sayı 544 nəfər olmuşdur. Onlardan 90 nəfəri I yerə, 122 nəfəri II yerə və 85 nəfəri III yerə layiq görülmüşlər. Fakultə üzrə TEC-nə məsul şəxs dos. Rzayeva Rəna Əzizağa qızıdır.

Respublika Prezidenti insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsini, ümumən ölkədə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını müstəsna dərəcədə əhəmiyyətliyini nəzərə alaraq 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlər Proqramı haqda sərəncam imzalamışdır.

Proqram çərçivəsində ümumilikdə 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanmış, yüzlərlə gənc Harvard Universiteti, Yel Universiteti, Oksford Universiteti, Bristol Universiteti və s. Nüfuzlu ali təhsil müəssisələrində ölkəmiz üçün əhəmiyyət daşıyan sahələrdə təhsil alıb və ya almaqdadırlar.

Son 10 ildə fakültə əməkdaşları tərəfindən 6697 elmi iş dərc edilmişdir. Bunlardan -33 monoqrafiya (Respublikada), 63 dərslik (Respublikada), 99 dərs vəsaiti (Respublikada), 98 metodik işləmə (Respublikada), 3197 jurnal məqaləsi (Respublikada 2012, Xarici ölkələrdə 1185),  3207 tezis olmuş (Respublikada 1962, Xarici ölkələrdə 1245), dərc olunan işlərin 2430-u müxtəlif xarici ölkələrin elmi məcmuələrində konfrans materiallarında çap edilmişdir.

ATU-nun tərkibində fəaliyyət göstərən I müalicə profilaktika fakültəsi özündə 19 kafedranı birləşdirir. Son 10 ildə kafedralar üzrə yerli və xarici olmaqla 8 Patent və 19 Qrantl alınmışdır.

  1. I Mamalıq-ginekologiya kafedrası - 4 Qrant (2 yerli, 2 xarici).
  2. Dermatovenerologiya kafedrası - 1 Patent (yerli).
  3. I Cərrahi xəstəliklər kafedrası - 2 Patent (yerli), 5 Qrant (4 yerli, 1 xarici).
  4. III Cərrahi xəstəliklər kafedrası – 5 Patent (2 yerli, 3 xarici).
  5. Onkologiya kafedrası – 2 Qrant (yerli).
  6. Terapevtik və pediatrik propedevtika kafedrası – 1 Qrant (xarici).
  7. I Uşaq xəstəlikləri kafedrası – 1 Qrant (yerli).
  8. Histologiya, embriologiya və sitologiya kafedrası – 6 Qrant (yerli).

 

I MPF-nin nəzəri kafedraları onlara məxsus tədris binalarında, onkologiya kafedrası ATU-nun onkoloji klinikası bazasında, terapiya yönümlü kafedralar Tədris Terapevtik klinikada, cərrahi yönümlü kafedralar isə Tədris Cərrahiyyə klinikasında fəaliyyət göstərirlər.

Copyright © 2013-2015. Azərbaycan Tibb Universiteti! Bütün hüquqlar qorunur.