AZ RU EN WEBMAIL
RƏHBƏRLİK / Elmi katiblik / Elmi katib

Nazim Adil oğlu Pənahov 06 dekabr 1971-ci ildə anadan olub.

1978-1988-ci illərdə Bakı şəhəri 31 saylı orta məktəbdə oxuyub və 1988-ci ildə oranı “Qızıl Medal” ilə bitirib.

Həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olub, oxuduğu müddətdə N.Nərimanov adına təqaüd alıb, 1993-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.

1993-1995–ci illərdə Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasında klinik ordinator, 1996-1999-cu illərdə həmin kafedrada aspirant, 2000-2008-ci illərdə assistent olub, 2008-2016-ci illər ərzində dosent vəzifəsində çalışıb. 2017-ci ildən isə Ortopedik stomatologiya kafedrasının professoru vəzifəsində çalışır, eyni zamanda həmin ildən Ortopedik stomatologiya kafedrasının müdiridir.

2003-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib, 2009-cu ildə dosent elmi adı alıb.

2014-cü ildə tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib, 2019-cu ildə professor elmi adı alıb.

N.Pənahov 100-dən çox elmi əsərin, o cümlədən dərsliklər, dərs vəsaiti, tədris-metodik tövsiyələrin, səmərələşdirici təkliflərin müəllifidir.

Azərbaycan Respublikası Səhiyyə nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə Səhiyyə Nazirliyinin baş stomatoloqu təyin edilib.

2016-cı il 07 noyabr tarixindən etribarən ATU-nun elmi katibidir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı