AZ RU EN WEBMAIL
UNİVERSİTET / Elm / Elmi-Tədqiqat Laboratoriyaları / P.K.Anoxin adına Elmi tədqiqat laboratoriyası

Mövzu: Emosional gərginliyin sistem mexanizmlərində ilkin psixofizioloji dəyişikliklərin qiymətləndirilməsi və korreksiyası (Normal fiziologiya kafedrası və PETL, elmi rəhbər – prof.A.M.Məmmədov).

Məqsəd: Emosional gərginliyin sistem mexanizmlərində ilkin psixofizioloji dəyşikliklərin qiyməti və korreksiyası zamanı stresli nevrotik pozulmalarda beyinin inteqrativ fəaliyyətinin klinik EEQ üsulla, əmək fəaliyyəti zamanı emosional gər­ginlikdən asılı olaraq insanlarda EKQ-ninseqmentlərarası kiçik amplitudlu dalğaların dəyişmə səciyyəsi və ekstremal əmək fəaliyyəti şəraitində və emosional stress vəziyyət­lərində dispetçerlərdə insan amilinin psixofizioloji cəhətlərinin öyrənilməsi mexanizm­lərinin sistem  tədqiqi.

Nəticə: 15-18 yaşlı nevrozlu gənclərdə sakit ayıq vəziyyətdə, əqli fəaliyyət zamanı, mənfi və müsbət emosional vəziyyətlərdə  ritmlərin faizlə təqdim olunması, tezliyinin, amplitudasının və həcmi böyüklüyünün araşdırılmasının tədqiqi aparılan zaman EEQ-da funksional və stress vəziyətlərdən asılı olaraq çox müxtəlif dəyişikliklər aşkar olunur; belə ki, alfa ritmin zəifləməsi və teta dalgaların güclənməsi ilə təzahür olunur. 15-18 yaşli gənclərdə gərgin əqli fəaliyyət zamanı teta və alfa ritmin beyinin alın nahiyəsində güclənməsi və ancaq yaşdan, cinsdən hansı  yarımkürədə ifadə olnmasından asılı olaraq dəyişdiyi və ürək döyünmələrinin, tənəfüsün ritminin və qan təzyiqinin dəyişməsi də müşahidə olunur.

İlk dəfə olaraq göstərilmişdir ki, EKQ-texnologiyasında qeyri-ənənəvi skrininq üsulundan istifadə olunmuş və ekstremal şəraitdə işləyən şəxslərdə gözlənilməz müxtəlif ürək patologiyalarının həmçinin işemik xüsusiyyətlər aşkara çıxarılması diaqnostikasında mühüm əhəmiyyət kəsb edir.

Emosional gərginlikdən asılı olaraq əmək fəaliyyəti zamanı insanlarda EKQ-nin seqmentlərarası kiçik amplitudlu dalğaların dəyişmə səciyyəsi kompyuterin ekranında əsasən sarı və qəhvəyi rənglərin dəyişməsinə uyğun olaraq işemiyaya oxşar əlamətlərin aşkara çıxması qabaqlayıcı diaqnostik əhəmiyyət kəsb edir.

Aparılan dərmansız korreksiyaedici tədbirlər EKQ-də qeyd edilən dispersion dəyişiklikləri əhəmiyyətli dərəcədə azaldır və EEQ-də isə beyin ritmləri normallaşması beyin fəaliyyətini nizama salır.

Aviadispetçerlər üçün əvvəlcədən hazırlanmış avtomatlaşdırılmış sistemlərin səmərəli tətbiqini nəzərə alaraq psixofizioloji vəziyyətini korreksiya etmək məqsədilə «psixot­ron-X»-dan  istifadə edilib. Bu yanaşma tərzi dispetçerlərin psixoloji vəziyyətinin arzu olunan halına catmasına geniş imkan yaradır. Çox etaplı avtomatik psixokorreksiya­edici testlərin istifadə edilməsi şəxsləri fərdi psixofizioloji ehtiyatlarının imkanları ilə əlaqədardır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı