AZ RU EN WEBMAIL
Tibbdə bu gün
17.06.2021
17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Daha ətraflı...
26.05.2021
26 May - Beynəlxalq Dağınıq Sklerozla Mübarizə Günüdür

Hər il mayın sonuncu çərşənbə günü Beynəlxalq Dağınıq Sklerozla Mübarizə Günü kimi qeyd olunur.

Beynəlxalq Dağınıq Sklerozla Mübarizə Günü həmin problemlə məşğul olan Beynəlxalq Federasiya tərəfindən təsis edilib.

 

Daha ətraflı...
25.05.2021
25 May - Ümumdünya Qalxanabənzər Vəzi Günüdür

2009-cu ildən etibarən mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir.

Daha ətraflı...
20.05.2021
20 may - Ümumdünya Travmatoloq Günüdür

Hər il mayın 20-si Ümumdünya Travmatoloq Günü qeyd edilir.

Daha ətraflı...
17.05.2021
Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür

Arterial hipertoniya – arterial təzyiqin 140/90 mm civə sütunundan yuxarı qalxması halıdır. Birinci dərəcəli arterial hipertoniya ayrıca bir xəstəlik sayılır və onun əsas və aparıcı əlaməti arterial təzyiqin yüksəlməsidir. İkinci dərəcəli arterial hipertoniya simptomatik olur və bu zaman təzyiqin yüksəlməsi başqa xəstəliklər nəticəsində əmələ gəlir.

Daha ətraflı...
16.05.2021
16 may - İİV/QİÇS-dən vəfat edən insanların Ümumdünya Xatirə Günüdür
Bu gün ilk dəfə 1983-cü ildə San-Fransisko şəhərində qeyd edilib.
 
Daha ətraflı...
12.05.2021
12 May - Beynəlxalq Tibb Bacısı Günüdür

Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur. Başqa sözlə desək, bu gün nəcib əməllərinə görə humanist peşə sahiblərinə təşəkkür etməyə dəyər.

Daha ətraflı...
08.05.2021
8 May - Ümumdünya Qızıl Xaç və Qızıl aypara Günüdür

Bu gün 1828-ci il may ayının 8-də anadan olmuş İsveçrə vətəndaşı, humanist ictimai xadim, Nobel sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilmişdir və 1953-cü ildən bəri qeyd olunur. Anri Düna 1859-cu ildə İtaliyanın Solferino əyalətində Avstriya və Fransa orduları arasında baş vermiş döyüşün şahidi olmuş və müharibənin dəhşətlərini öz gözləri ilə gördükdə, yerli əhalini yardım üçün səfərbər etmişdir. 1863-cü ildə Anri Dünanın təşəbbüsü ilə yaralılara yardım göstərən Beynəlxalq Komitə (gələcək Beynəlxalq Qırmızı Xaç Komitəsi) yaradılmışdır. Qızıl Xaç Hərəkatı məhz bu cür yaranmışdır.

Daha ətraflı...
08.05.2021
8 may – Beynəlxalq Talassemiya Günüdür

Bu xəstəliyə yoluxmaq mümkün deyil, çünki xəstəlik nəsildən-nəsilə ötürülür. Valideynlərdən uşağa gen vasitəsilə keçən irsi qan xəstəliyi olan talassemiya genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunur. 

Daha ətraflı...
05.05.2021
5 may - Beynəlxalq Həkim-Mama Günüdür

Uşaqlar bizim gələcəyimizdir. Hər bir yeni həyatın yaranmasında tibb işçilərinin böyük əməyi var. Burada həkim-mamaların rolunu xüsusi qeyd etmək lazımdır. Uşağın dünyaya gəlməsi ilə yanaşı, ana və körpənin doğuşdan sonrakı sağlamlığı da həkim-mamaların təcrübə və professionallığından asılıdır. Məhz bu insanlar dünyaya göz açan, köməksiz körpə ilə ilk təmasda olurlar. Bu mütəxəssislər yeni analara professional tibbi yardım göstərməklə yanaşı daima onların yanlarında olur, kömək edirlər. Dünyaya uşaq gətirən hər bir qadın üçün həkim-mamalar tibb işçisi olmaqla yanaşı, həm də psixoloq və dost rolunu oynayırlar. Beynəlxalq Həkim-Mama Gününün təsis olunması da bu sənətin vacibliyi və zərurətindən irəli gəlib.

1987-ci ildən həkim-mamaların beynəlxalq konfransı zamanı təsis olunan bu əlamətdar gün, 1992-ci ildən etibarən qeyd olunmağa

başlayıb. Bu gün dünyanın 50 ölkəsində Beynəlxalq Həkim-Mama Günü qeyd edilir, müxtəlif yürüşlər, aksiyalar, ictimai yerlərdə pulsuz konsultasiyalar keçirilir, əhali bu istiqamətdə əldə olunmuş nailiyyətlər barədə maarifləndirilir. Keçirilən tədbirlərin əsasını abortlara qarşı yürüş və aksiyalar təşkil edir. Bu əlamətdar gün həkim-mama sənətinin vacibliyini önə çıxarmaq, cəmiyyəti bu istiqamətdə maarifləndirmək məqsədilə qeyd edilir. Həkim-mama peşəsini seçən hər bir kəs professionallığı ilə yanaşı, mərhəməti, qayğıkeşliyi və mehribanlığı ilə də seçilməlidir.

Hamiləlik və doğuşla bağlı qadın orqanizmini öyrənən bu elmin təməli hələ qədim Hindistanda qoyulub, sonralar qədim Yunanıstanda davam etdirilib və günümüzə qədər gəlib çıxıb.

Ginnessin rekordlar kitabına əsasən dünyanın ən qocaman həkim-maması Perudan olan Adelina Vilyalobosdur ki, onun 90 yaşı olub. Adelina Vilyalobos səkkiz mindən artıq uşağın dünyaya gəlməsinə kömək edib. Bu körpələrin arasında prezident də var. Dünyanın ən gənc həkim-maması isə yeddi yaşlı Loren Burmandır. O, bacısının dünyaya gəlməsində iştirak edib.

Daha ətraflı...
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı