AZ RU EN WEBMAIL
“Onkologiya” ixtisası üzrə minimum imtahanının proqramı

1. Bədxassəli şişlərin etiologiyası və patogenezi. Kanserogenez

Kanserogen amillər (fiziki, kimyəvi, bioloji). Fiziki kanserogenez (ionlaşdırıcı şüalar, ultrabənövşəyi şüalar, mexaniki və termiki amillər). Kimyəvi kanserogenez (polisiklik aromatik karbohidrogenlər, nitrozaminlər, aromatik aminlər və amidlər aflotoksinlər). Bioloji kanserogenlər (DNT – və RNT – tərkibli viruslar). Kanserogenezin mərhələ və mexanizmləri. Bədxassəli şişlərin patogenezi.

2. Onkoloji xidmətin təşkili. Onkoloji tibb müəssisələri. Dispanserizasiya. Klinik qruplar. Onkologiyada deontologiya

Azərbaycanda onkoloji xidmətin strukturu və əhaliyə onkoloji yardımın təşkili haqqında məlumat. Onkoloji xidmətin qeydiyyat sənədləri: “Dispanser müşahidənin nəzarət vərəqəsi (onko)” (030-6/u №-li forma), “Həyatında ilk dəfə bədxassəli şiş diaqnozu qoyulmuş xəstə barədə bildiriş vərəqəsi” (090/u №-li forma), “Bədxassəli şişi olan xəstənin tinni vərəqəsi” (025/u №-li forma), “Gecikmiş formalı bədxassəli şiş aşkar olunarkən tərtib edilən protokol” (027-2/u №-li forma), “Bədxassəli şiş olan xəstələ haqqında hesabat” (7/u №-li forma), “Dispanser müşahidəsi vərəqəsinə əlavə edilən nəzarət talonu (onko)” )030-5/u №-li forma).

Onkoloji xəstələrin klinik qrupları. Milli Onkologiya Mərkəzi, ATU-nun Onkoloji klnikası, rayonlararası onkoloji dispanserlər, onkoloji kabinetlər haqqında məlumat, vəzifələri. Onkologiyada deontologiya.

3. Bədxassəli şişlərin epidemiologiyası və profilaktikası

Deskreptiv və analitik epedemiologiya haqqında məlumat. Ekstensivlik, intensivlik və standartlaşdırılmış xəstələnmə göstəriciləri. Bədxassəli şişlərin yayılması xüsusiyyətləri. Azərbaycanda əhalinin bədxassəli şişlərlə xəstələnməsi. Bədxassəli şişlərin profilaktikası (birincili və ikincili profilaktika tədbirləri). Profilaktik müayinələr (kütləvi, fərdi, kompleks, məqsədli). Skrininq.

4. Bədxassəli şişlərin patoloji anatomiyası, böyümə formaları. Residiv və metastazvermə. Şişlərin nomenklaturası və təsnifatı

Şiş əmələgəlmə prosesi – protoonkogenlər və onkogenlər, antionkogenlər, mutasiya, şiş klonları və təsnifatı. Uni- və mutisentrik inkişaf, residivvermə, metastazvermə. Şişlərin nomenklaturası və təsnifatı, TNM sistemi üzrə Beynəlxalq təsnifat.

5. Bədxassəli şişlərin diaqnostika üsulları

Klinik müayinə (subyektiv – şikayətlər, xəstəliyin anamnezi, həyat anamnezi. obyektiv – inspeksiya, palpasiya, perkusiya, alskultasiya). Rentgenoloji (skopiya, qrafiya və kontrastlı müayinə, KT), radioizotop müayinə, MRT, PET KT, PET MRT, endoskopik müayinə, morfoloji müayinə, labolator müayinələr.

6. Bədxassəli şişlərin müalicə üsulları. Cərrahi müalicə

Cərrahi müalicə üsulu: diaqnostik və müalicəvi cərrahi əməliyyatlar. Müalicəvi cərrahi əməliyyatların növləri (radikal, palliativ və simptomatik). Radikal cərrahi əməliyyatların növləri (standart, genişləndirilmiş, kombinəedilmiş). Ablastika və antiblastika analayışı.

7. Bədxassəli şişlərin şüa müalicəsi

Sərbəst şüa müalicəsi, simptomatik şüa müalicəsi, əməliyyatönü və sonrakı şüa müalicəsi, interoperasion şüa müalicəsi, şüalanmanın bioloji effekti və təsir mexanizmi. Distansion və kontakt şüalanma. Şüalanmanın doza və rejmləri. Şüa reaksiyaları və ağırlaşmaları. Profilaktika və müalicəsi.

8. Bədxassəli şişlərin kimyəvi dərman terapiyası

Sərbəst, neoadyuvant və adyuvant kimyəvi müalicə. Target terapiya. Dərmant preparatlarının növləri (alkilləşdirici birləşmələr, antimetabolitlər, şiş əleyhinə antibiotiklər, fermentlər, hormonlar və antihormonlar). Kimyəvi preparatları yeridilmə yolları (sistem, regionar – infuziya və perfuziya. boşluqdaxili). Mono- və polikimyəvi terapiya. Kombinəolunmuş və kompleks müalicə üsulları. Hormonal və antihormonal müalicə. İmmunoterapiya və digər müalicə üsulları. Palliativ yardım haqqında anlayış, sarğı otaqları və hospis. Hospis haqqında məlumat. Ağırlaşmaları və müalicəsi.

9. Qalxanabənzər vəzin xərçənginin epidemiologiyası, etiologiyası, patogenezi, patoloji-anatomik xarakteristikası, histoloji quruluşu, təsnifatı, klinikası, diaqnostikası və müalicəsi.

Qalxanabənzər vəzi xərçəngi etiologiyası və patogenezi. Şişönü xəstəliklər. Histoloji təsnifatı: epitelial, qeyri-epitelial, qarışıq, ikincili, təsnif edilməyən şişlər, şişəbənzər zədələnmələr. Metastazvermə xüsusiyyətləri: limfogen, hematogen.

Klinikası: klinik formaları. Diaqnostikası: fizikal müayinə, sitoloji müayinə, radioizotopla müayinə, ultrasəs müayinəsi, arterioqrafiya, limfoqrafiya və diferensial diaqnostikası: düyünlü ur; adenoma; tireoidit və strumitlər, De Kerven tireoiditi, Haşimoto və Ritel tireoiditləri, LQM-lə. Şiş prosesinin mərhələləri: TNM sisteminə və mərhələlərə görə təsnifatı. Birincili şişin və regionar metastazların müalicəsi: cərrahi, şüa, hormonal, kimyəvi müalicə üsulları. Müalicənin nəticələri və proqnozu.

10. Alt dodaq xərçəngi

Dodaqların xərçənginin epidemiologiyası, etiologiyası və patogenezi. Şişönü xəstəliklər: obliqat – Bouen xəstəliyi; məhdud hiperkeratoz, Manqanotti xeyliti; fakultətiv – verrukoz leykoplagiya, keratoakantoma, papilloma, xoralar, şatlar və qırmızı qurd eşənəyi, şüalanmadan sonrakı xeylit. Mikroskopik quruluşu: yastı hüceyrəli buynuzlaşan, buynuzlaşmayan. Böyüməsi və yayılması: regionar və uzaq metastazlar. Klinikası: klinik növləri – ekzofit, papilyar, funqoz, endofit – xoralı, infiltrativ. İnkişaf dövrləri: başlanğıc, gecikmiş. Şiş prosesinin mərhələləri: TNM sistemi və mərhələlərə görə təsnifatı. Diaqnostikası: vizual müayinə, stomatoskopiya, xeyloskopiya, morfoloji müayinə; diferensial diaqnostikası: keratoakantoma, Manqanotti xeyliti, sifilitik xora, vərəm qranuleması. Birincili şişin və regionar metastazların müalicəsi. Birincili şişin müalicəsi:

cərrahi, şüa (toxumadaxili və ya yaxın fokuslu rentgenoterapiya). Regionar metastazların müalicəsi – Vanax əməliyyatı; şüa müalicəsi – yaxın fokuslu qammaterapiya, müştərək şüa müalicəsi; kombinəedilmiş müalicə. Müalicənin nəticələri və proqnozu.

11. Ağız boşluğu selikli qışasının və dilin xərçəngi

Ağız boşluğu selikli qışasının xərçənginin epidemiologiyası, etiologiyası və patogenezi. Şişönü xəstəliklər: obliqat – Bouen xəstəliyi; məhdud hiperkeratoz, manqanotti stomatiti, fakultətiv – verrukoz leykoplagiya, keratoakantoma, papilloma, qırmızı qurd eşənəyi və qırmızı yastı dərmrovun erroziv-xoralı və hiperkeratotik növləri, şüalanmadan sonrakı stomatit. Histoloji təsnifatı: çoxqatlı yastı epitel, vəzi epiteli, yumşaq toxuma, naməlum mənşəli, təsnifat edilməyən şişlər, şişəbənzər vəziyyətlər. Metastazvermə xüsusiyyətləri: regionar, uzaq. Klinikası: klinik növləri – ekzofit, endofit. İnkişaf dövrləri: başlanğıc, gecikmiş. Diaqnostikası: anamnez, vizual müayinə, morfoloji müayinə, əlavə müayinə metodları, rentgenoloji, USM, diferensial diaqnostikası, kişik ağız suyu vəzilərindən inkaşaf edən şişlər, iltihabi proseslər, sifilis, vərəm, dil kökünün uru ilə. Şiş prosesinin mərhələləri: TNM sistemi və mərhələlərə görə təsnifatı. Şiş prosesinin və regionar metastazların müalicəsi: cərrahi, şüa – distansion qamma-terapiya, kombinəedilmiş (şüa + cərrahi), kompleks, kriogen müalicə. Müalicənin nəticələri və proqnozu.

12. Dəri xərçənginin epidemiologiyası, etiologiyası, patogenezi, profilaktikası, patoloji-anatomik xarakteristikası, hitoloji quruluşu, təsnifatı, klinikası, diaqnostikası və müalicəsi.

Epidemiologiyası, etiologiyası və patogenezi. Şinönü xəstəliklər: obliqat – piamentlu kserodermiya, Bouen xəstəliyi, Pecet xəstəliyi, keyr eritroplaziyası, fakultətiv – gecikmiş şüa xoraları, keratozlar, vərəm, qurd eşənəyi, epidermal və dermoid kistalar və s. Histoloji təsnifatı: bazalhüceyrəli, yastıhüceyrəli. Metastazvermə xüsusiyyətləri: regionar, uzaq.

Klinikası: klinik növləri – səthi, infiltrativ-dərinə yayılan; papillyar; inkişaf dövrləri – başlanğıc, gecikmiş. Diaqnotikası: vizual, morfoloji müayinə, əlavə müayinə metodları – rentgenoloji, USM, KT; differensial diaqnostikası: dərinin göbələk xəstəlikləri, ekzema və psoriazla. Şiş proseslərinin mərhələləri: TNM sistemi və mərhələlərə görə təsnifatı. Birincili şişin və regionar metastazların müalicəsi: şüa müalicəsi – yaxın fokuslu rentgenoterapiya; cərrahi; kombiəedilmiş: distansion qamma-terapiya + cərrahi, kriogen, kimyəvi dərman terapiyası: regionar və sistem kimyəvi terapiya şəklində. Müalicənin nəticələri və proqnozu.

13. Dəri melanomasının epidemiologiyası, etiologiyası (piqment nevusları), patogenezi, profilaktikası, patoloji-anatomik xarakteristikası, təsnifatı, klnikası, diaqnostikası və müalicəsi.

Epidemiologiyası: xəstələnmə və ölüm. Etiologiyası və patogenezi. Şişönü xəstəliklər, patoloji anatomik xarakteristikası.

Klinik formaları, TNM təsnifatı, diaqnostikası, müalicəsi – cərrahi, şüa terapiyası, kimyəvi dərman terapiyası. Müalicənin nəticələri və proqnozu.

14. Ağciyər xərçənginin epidemiologiyası, etiologiyası, patogenezi, profilaktikası, patoloji-anatomik xarakteristikası, histoloji quruluşu, təsnifatı, klinikası, diaqnostikası və müalicəsi

Ağciyər xərçəngi epidemiologiyası, Azərbaycanda epidemioloji xüsusiyyətləri. Xəstələnmə və ölüm. Etiologiyası və patogenezi. Şişönü vəziyyətlər xəstəliklər.

Klinik-anatomik təsnifatı:

1) mərkəzi xərçəng:

a) endobronxial; b) peribronxial düyünlü; c) peribronxial şaxələnmiş.

2) periferik xərçəng:

a) dairəvi; b) pnevmoniyayabənzə; c) Penkost xərçəngi.

3) atipik formalar:

a) mediastenal; b) ağciyər karsinomatozu; c) beyin; ç) sümük; d) qaraciyər və başqa formalar.

Histoloji təsnifatı: yastıhüceyrəli xərçəng, adenokarsinoma, xırdahüceyrəli xərçəng, irihüceyrəli xərçəng, qarışıq xərçəng, karsinoid şişi, bronx vəzilərinin xərçəngi və s.

Metastazvermə xüsusiyyətləri: limfogen, hematogen.

Klinikası: ilkin və ya yerli simptomlar; ikincili simptomlar; ümumi simptomlar. Diaqnostikası: anamnez, obyektiv, laborator və rentgenoloji müayinələr; KT, MRT, bronxoqrafiya, bronxoskopiya, morfoloji müayinə; əlavə müayinə metodları, diferensial diaqnostikası: limfoqranulematoz, tuberkuloma, ocaqlı pnevmoniya və s. Birincili şişin və regionar metastazların müalicəsi: cərrahi, radikal və palliativ şüa müalicəsi, kombinəedilmiş müalicə - cərrahi və şüa müalicəsi, kimyəvi dərman müalicəsi.

Müalicənin nəticələri və proqnozu.

15. Süd vəzisinin şişönü xəstəlikləri

Şişönü xəstəliklər: epitelial şişlər (axardaxili papilloma, gilənin adenoması, süd vəzisinin adenoması), qarışıq şişlər (fibroadenoma, filloid fibroadenoma), klassifikasiya olunmayan şişlər – süd vəzisinin displaziyaları, düyünlü və diffuz mastopatiyalar. Mastozlar (osteoxondroz, miozit və pleksitlə əlaqədar). Diaqnostikası: subyektiv müayinə; obyektiv müayinə; instrumental diaqnostika: USM, mammoqrafiya, morfoloji müayinə (sitoloji, histoloji, tru-cut biopsiya); diferensial diaqnostikası: düyünlü mastopatiyalar, xoşxassəli şişlər, lipoma, irinli mastit, qranulematoz mastit, spesifik qranuleomalar, süd vəzisinin sistem zədələnmələri – LQM və limfosarkoma ilə.

16. Süd vəzisi xərçənginin epidemiologiyası, etiologiyası, patogenezi, profilaktikası, patoloji-anatomik xarakteristikası, histoloji quruluşu, təsnifatı, klinikası, diaqnostikası və müalicəsi

Epidemiologiyası, etiologiyası və patogenezi. Şişönü xəstəliklər: diffuz və düyünlü mastopatiyalar; xoşxassəli şişlər – adenoma; fibroadenoma, filloid fibroadenoma, süd vəzisinin axardaxili papilloması, ginekomastiya. Kişilərdə döş vəzi xərçənginin xüsusiyyətləri. Histoloji təsnifatı; a) süd vəzisinin xoşxassəli displaziyaları; b) xoşxassəli

şişlər; c) karsinoma; qeyri-invaziv, infiltrasiya etməyən karsinoma (axacaqdaxili in-situ, paycıq in-situ); invaziv, infiltrasiyaedici karsinoma; axacaqdaxili karsinoma, paycıq karsinoma, papilyar karsinoma, medulyar karsinoma, tubolyar karsinoma, adenosistoz karsinoma, sekretor karsinoma, apakrin karsinoma, metaplaziyalı karsinoma; xüsusi formalar: Pecet xərçəngi, iltihabi xərçəng.

Metastazvermə xüsusiyyətləri: regionar, uzaq metastazlar.

Klinikası: klinik formaları: düyünlü; diffuz: ödemli-infiltrativ, mastitəbənzər, qızılyeləbənzər və pansir formaları; Pecet xərçəngi: ekzemayabənzər, psoriazabənzər, xoralı forma, şiş forması. Diaqnostikası: subyektiv müayinə; obyektiv müayinə: USM, mammoqrafiya, MRT, morfoloji müayinə (sitoloji, histoloji, tru-cut biopsiya), şişin resoptor statusunun təyini və onun müalicə taktikasının seçimində əhəmiyyəti; diferensial diaqnostikası: düyünlü mastopatiyalar, xoşxassəli şişlər, lipoma, irinli mastit, qranulematoz mastit, spesifik qranuleomalar, süd vəzisinin sistem zədələnmələri – LQM və limfosarkoma ilə. Şiş prosesinin mərhələləri: TNM sistemi və mərhələlər üzrə təsnifatı. Birincili şişin və regional metastazların müalicəsi: cərrahi müalicə, kombinəedilmiş müalicə (cərrahi müalicə + şüa müalicəsi (kimyəvi terapiya) və ya əməliyyatönü distansion qammaterapiya (kimyəvi terapiya) + cərrahi müalicə, kompleks müalicə: cərrahi müalicə + şüa müalicəsi + dərman müalicəsi; hormonal və antihormonal müalicə; immunoterapiya, süd vəzi xərçəngində orqansaxlayıcı əməliyyatlar; gecikmiş süd vəzi xərçənginin müalicə taktikası; kişilərdə döş vəzi xərçənginin müalicə xüsusiyyətləri. Müalicənin nəticələri və proqnozu.

17. Qida borusu xərçənginin epidemiologiyası, etiologiyası, patogenezi, profilaktikası, patoloji-anatomik xarakteristikası, histoloji quruluşu, təsnifatı, klinikası, diaqnostikası və müalicəsi

Epidemiologiyası, etiologiyası və patogenezi. Şişönü xəstəliklər: xroniki ezofagit, travmalar və xroniki iltihabi proseslər və b. Makroskopik quruluşu: endofit, selikaltı və ya infiltrasiyalı, ekzofit – xoralı, nəlbəkişəkilli, papillomatoz xərçəng. Histoloji quruluşu: yastıhüceyrəli epitel xərçəngi – buynuzlaşan və buynuzlaşmayan; bazal hüceyrəli və vəzi epiteli xərçəng. Metastazvermə xüsusiyyətləri – regionar və hematogen.

Klinikası, ilkin yerli simptomlar: prosesin qonşu orqan və ya toxumalara yayılması ilə əlaqədar əmələ gələn ikincili simptomlar; ümumi simptomlar; ağırlaşmalar.İnkişaf dövrləri: başlanğıc və gecikmiş. Diaqnostikası: anamnez, obyektiv müayinə, rentgenoloji və endoskopik müayinələr, USM, KT, morfoloji müayinə və differensial diaqnostikası, qida borusunun xroniki iltihab prosesləri və xoşxassəli şişlər ilə. Şiş prosesinin mərhələləri: TNM sisteminıə və mərhələlərə görə təsnifatı. Birincili şişin müalicəsi – cərrahi müalicə, radikal və palliativ şüa müalicəsi, distansion qamma-terapiya, kombinəedilmiş müalicə, cərrahi müalicə + şüa müalicəsi və ya əməliyyatşnü şüa müalicəsi + cərrahi müalicə, kimyəvi müalicə. Müalicənin nəticələri və proqnozu.

18. Mədə xərçənginin epidemiologiyası, etiologiyası, patogenezi, profilaktikası, patoloji-anatomik xarakteristikası, histoloji quruluşu, təsnifatı, klinikası, diaqnostikası və müalicəsi

Epidemiologiyası, etiologiyası və patogenezi. Şişönü xəstəliklər: xroniki qastrit, mədə polipi və polipozu, mədə xorası xəstəliyi, bədxassəli anemiya, Menetriye xəstəliyi, atrofik qastrik və s. ilə. Makroskopik quruluşuna görə Borman təsnifatı, erkən (səthi) xərçəngin formaları, Lauren təsnifatına görə histoloji tiplər. Histoloji təsnifatı –adenokarsinoma, yastıhüceyrəli xərçəng, yastıhüceyrəli- vəzili xərçəng, diferensiasiya olunmamış xərçəng və təsnif edilməyən xərçəng. Böyüməsi və yayılması – regionar və uzaq metastazlar. Şiş prosesinin mərhələləri: TNM sisteminə və mərhələlərə görə təsnifatı.

Klinikası: mədənin ayrı-ayrı şöbələrinin xərçənginin klinikası və “kiçik əlamətlər” sindromu. İnkişaf dövrləri – başlanğıc və gecikmiş; mədənin xərçənginin ağırlaşmaları. Diaqnostikası: anamnez, obyektiv müayinə, laborator və rentgenoloji müayinələr, endoskopik müayinə, USM, morfoloji müayinə və diferensial diaqnostikası, mədənin şişönü xəstəlikləri ilə. Birincili şişin və regionar metastazların müalicəsi – cərrahi müalicə, radikal və palliativ, kombinəedilmiş müalicə, kimyəvi müalicə. Müalicənin nəticələri və proqnozu.

19. Yoğun bağırsaq xərçənginin epidemiologiyası, etiologiyası, patogenezi, profilaktikası, patoloji-anatomik xarakteristikası, histoloji quruluşu, təsnifatı, klinikası, diaqnostikası və müalicəsi

Epidemiologiyası, etiologiyası və patogenezi. Şişönü xəstəliklər: yoğun bağırsağın polipləri, qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi və s.; genetik sindromlar: diffuz ailəvi polipoz, Qardner sindromu, Peyts-Yegers sindromu, Turko sindromu, Konkayt-Kenede sindromu, Linç sindromu. Makroskopik quruluşu – ekzofit (polipəbənzər, düyünlü, xovlu - papillyar), endofit (diffuz–infiltrativ, xoralı–infiltrativ, sirkulyar–strikturaedici). Histoloji quruluşu: adenokarsinoma, selikli adenokarsinoma, üzüyəbənzər– hüceyrəli xərçəng, yastıhüceyrəli xərçəng, vəzili–yastıhüceyrəli xərçəng, differensiasiya olunmamış xərçəng, təsnif olunmayan xərçəng.Şiş prosesinin mərhələləri: TNM sisteminə və mərhələlərə görə təsnifatı, Dyuks təsnifatı, Dyuks təsnifatının Astlerr-Koller modifikasiyası; anal kanal xərçənginin TNM təsnifatı.

Klinikası. Klinik simptomlar; klinik formaları: toksiko-anemik, enterokolitik, dispeptik, obturasion, psevdoiltihabi formalar, şiş forması. İnkişaf dövrləri – başlanğıc və gecikmiş, fəsadlar. Diaqnostikası: anamnez, obyektiv, rentgenoloji müayinələr, irriqoskopiya, rektoromanoskopiya, kolonoskopiya, histoloji müayinə, USM, laborator müayinələr. Differensial diaqnostika: babasil, düz bağırsaq çatları, dizenteriya, polip, xoralı proktitlər və şişönü xəstəliklər. Birincili şişin və regionar metastazların müalicəsi – cərrahi müalicə, radikal və palliativ, kombinəedilmiş müalicə: əməliyyatönü şüa müalicəsi + cərrahi müalicə, kimyəvi müalicə. Müalicənin nəticələri və proqnozu.

20. Qaraciyər xərçənginin epidemiologiyası, etiologiyası, patogenezi, profilaktikası, patoloji-anatomik xarakteristikası, histoloji quruluşu, təsnifatı, klinikası, diaqnostikası və müalicəsi

Epidemiologiyası, Azərbaycanda epidemioloji xüsusiyyətləri. Xəstələnmə və ölüm. Etiologiyası və patogenezi. Qaraciyər xərçənginin patoloji-anatomik xarakteristikası – düyünlü, massiv, diffuz və sirroz xərçəng. Mikroskopik quruluşu – hepatosellülyar, xolangiosellülyar, qarışıq hepatoxolangiosellülyar xərçəng, hepatoblastoma, öd axacaqlarının sistoadenomakarsinoması, anaplastik və s. Metastazvermə xüsusiyyətləri – regionar və uzaq metastazlar. Şiş prosesinin mərhələləri: TNM sistemi üzrə və mərhələlərə görə təsnifat.

Klinikası. Klinik formaları: hepatomeqalik, sirrozlu, sarılqlı, qızdırmalı, kəskin abdominal, assitik və metastatik forma. İnkişaf dövrləri – başlanğıc və gecikmiş. Diaqnostikası – anamnez, obyektiv, rentgenoloji müayinələr, radioizotop, USM, KT, MRT və morfoloji, laparoskopiya, angioqrafiya, laborator müayinələr. Differensial diaqnostika: virus hepatiti, kəskin piy distrofiyası, xroniki hepatit, sirroz, parazitar xəstəliklər. Birincili şişin və regionar metastazların müalicəsi – cərrahi müalicə, radikal, palliativ, lokal abalasiya üsulları, xüsusi qaraciyər arteriyasının embolizasiyası, şüa müalicəsi, kimyəvi dərman müalicəsi. Müalicənin nəticələri və proqnozu.

21. Mədəaltı vəzi xərçənginin epidemiologiyası, etiologiyası, patogenezi, profilaktikası, patoloji-anatomik xarakteristikası, histoloji quruluşu, təsnifatı, klinikası, diaqnostikası və müalicəsi

Epidemiologiyası: xəstələnmə, etiologiyası, profilaktikası, patoloji-anatomik xarakteristikası, böyümə forması (düyünlü və diffuz), histoloji quruluşu, böyüməsi və yayılması, TNM sistemi üzrə təsnifatı.

Klinikası: klinik simptomlar. Diaqnostikası – anamnez, fizikal müayinə, USM, rentgenoloji müayinələr, duodenoskopiya, KT, MRT, endoskopik retroqrad xolangiopankreatoqrafiya, transhepatik xolangioqrafiya, laparoskopiya, morfoloji müayinə, laborator müayinələr. Differensial diaqnostikası, müalicəsi, cərrahi müalicə üsulları (Wipple əməliyyatı), kimyəvi terapiya, kompleks müalicə. Müalicənin nəticələri və proqnozu.

22. Yumşaq toxumaların sarkomalarının epidemiologiyası, etiologiyası, profilaktikası, patoloji-anatomik xarakteristikası, histoloji quruluşu, təsnifatı, klinikası, diaqnostikası və müalicəsi

Epidemiologiyası, etiologiyası və patogenezi. Patoloji-anatomik xarakteristikası. Yumşaq toxuma şişlərinin təsnifatı: mezenximal şişlər (fibroz toxuma şişləri, selik əmələ gətirən şişlər, piy toxuması şişləri, əzələ toxuması şişləri, damar şişləri, oynaqların, vətər yataqlarının və oynaq kisələrinin şişləri); sinir toxuması və onun qışalarının şişləri. Böyümə və metastazvermə xüsusiyyətləri – regionar və uzaq metastazlar. Şiş prosesinin mərhələləri: TNM sistemi üzrə və mərhələlərə görə təsnifat.

Klinik gedişi və inkişaf dövrləri. Diaqnostikası, sorğu, baxış, palpasiya, rentgenoloji müayinə, angioqrafiya, USM, KT, MRT, morfoloji müayinə üsulları. Differensial diaqnostika: yumşaq toxumaların xoşxassəli şişləri, posttravmatik və iltihabi prosesləri ilə. Müalicə üsulları: cərrahi müalicə, kombinəedilmiş müalicə, regionar kimyəvi dərman terapiyası + cərrahi əməliyyat, şüa müalicəsi + cərrahi əməliyyat, kompleks müalicə, kimyəvi müalicə + cərrahi əməliyyat + şüa müalicəsi, neoadyuvant və adyuvant müalicə. Müalicənin nəticələri və proqnozu.

34. Sümük şişləri. Təsnifatı. Sümük sarkomalarının epidemiologiyası, etiologiyası, patoloji-anatomik xarakteristikası, histoloji quruluşu, klinikası, diaqnostiksı və müalicəsi

Epidemiologiyası, eiologiyası və patogenezi. Şişönü xəstəliklər: osteoxondroma, fibroz displaziya, xondroma, deformasiyaedici osteodistrofiya (Pecet xəstəliyi) və s. Histoloji təsnifatı – sümük əmələ gətirən şişlər, qığırdaq əmələ gətirən şişlər, nəhənghüceyrəli şiş, sümük iliyi şişləri, damar şişləri, sümüyün fibroplastik və fibrohistiositar şişləri, lipogen şişlər, meogen şişlər, xordal şişlər, sümüyün periferik sümüklərinin şişləri, PNET qrupun şişləri və s. Metastazvermə xüsusiyyətləri – regionar və uzaq metastazlar. Şiş prosesinin mərhələləri: TNM sistemi üzrə və mərhələlərə görə təsnifat.

Klinikası. Ən çox təsadüf edilən bədxassəli sümük şişləri – osteogen sarkoma, Yuinq sarkoması, parostal sarkoma, xondrosarkoma. Diaqnostikası – sorğu, baxış, rentgenoloji, KT, MRT müayinələri, morfoloji müayinə, angioqrafiya, radioizotop müayinə, laborator müayinələr. Differensial diaqnostikası: xroniki osteomielit, sümüyün xoşxassəli şişləri və şişəbənzər zədələnmələri ilə. Müalicə üsulları – cərrahi (şikəstedici və ətrafsaxlayıcı əməliyyatlar), kombinəedilmiş müalicə, kompleks müalicə, neoadyuvant və adyuvant müalicə üsulları, regionar kimyəvi dərman müalicəsi. Müalicənin nəticələri və proqnozu.

36. Hockin limfoması

Epidemiologiyası, etiologiyası və patogenezi (Epşteyn-Barr virusunun etioloji rolu). Patoloji-anatomik xarakteristikası: Rid-Şternberq hüceyrələrin aşkarlanması. Histoloji quruluşu: Ray təsnifatı (limfoid toxumanın üstünlüyü, nodulyar skleroz, qarışıq-hüceyrəli variant, limfoid toxumanın üzülməsi). Şiş prosesinin mərhələləri: Ann-Arbor təsnifatı, Kotsvold təsnifatı.

Klinikası: yerli və ümumi simptomlar, ağırlaşmalar. Diaqnostikası: anamnez, baxış, morfoloji müayinə (sitoloji və histoloji müayinələr), rentgenoloji müayinə, USM, KT, MRT, laborator müayinələrqanın ümumi analizi, limfoqrafiya, radioizotop müayinəsi. Diferensial diaqnostikası: leykozlar, qeyri- spesifik limfoadenitlər, spesifik limfoadenitlər, metastatik limfa düyünlər, infeksion xəstəliklər). Müalicəsi: polikimyəvi terapiya, şüa müalicəsi, sümük iliyinin transplantasiyası, immunoterapiya. Müxtəlif proqnostik qruplarda müalicənin xüsusiyyətləri. Müalicənin nəticələri və proqnozu

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı