AZ RU EN WEBMAIL
Haqqında

Xarici tələbələrin Azərbaycan Tibb Universitetinə qəbulu 1968-ci ildən başlayaraq aparılır. Tələbələrlə iş üzrə müvafiq dekanlıq 1970-ci ildə yaradılmışdır. Hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə tələbə Azərbaycan Tibb Universitetinə qəbul olmaq məqsədilə universitetə müraciət edirlər. Hal-hazırda universitetdə dünyanın 20-yə yaxın ölkəsindən 1800-ə qədər dinəyici və tələbə təhsil alır. Azərbaycan Tibb Universitetində tədris 3 dildə aparılır: azərbaycan, rus və ingilis. Xarici tələbələrin tədrisi 2 mərhələyə bölünür. İlk öncə Hazırlıq şöbəsində qəbul olduqdan sonra dinləyicilər tədris ilinin sonunda keçirilən imtahanlardan müvəffəqiyyətlə keçdikdə tələbə adını qazanırlar. Xarici tələbələr universitetə daxil olduqda müalicə-profilaktika, stomatologiya və əczaçılıq fakultələrindən birini seçə bilərlər.

 

Xarici tələbələrlə iş üzrə dekanlığın vəzifələri:

Universitetin müvafiq bölmələri ilə birlikdə xarici tələbələrin Universitetə qəbulu və təhsilinin təşkilində iştirak etmək;

Universitet və xarici tələbələr arasında müqavilələrin bağlanılmasına və nəzərdə tutulmuş şərtlərə əməl olunmasına nəzarət edilməsi;

Universitetə qəbul olunmuşxarici tələbələrin yataqxanada yerləşdirilməsi, onlar tərəfindən Universitetin daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi;

Xarici tələbələrin tədris prosesinə, tərbiyə və maarifləndirmə işinə, elmi-tədqiqat fəaliyyətinin yerinə yetirilməsinə və tədris proqramlarının dövlət təhsil standartlarının tələbələrinə uyğun həyata keçirilməsini təmin etmək;

Xarici tələbələrin semestr imtahanlarına nəzarət edilməsi;

Xarici tələbələrin semestrdən-semestrə və kursdan-kursa keçirilməsi, habelə tələbələr sırasından xaric olunması və ya təkrar kursda saxlanılması, dərs intizamının və ya daxili intizam qaydalarının pozulması ilə əlaqədar tədbirlərin görülməsi barədə Universitetin rektoruna təqdimatların verilməsi;

Xarici tələbələrin davranış qaydalarının işlənib hazırlanması, onların məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanması və rəhbərlik qarşısında müvafiq vəsadətin qaldırılması;

Xarici tələbələrin ölkələrinin səfirlikləri ilə əlaqə saxlanılması və həmin ölkələrin tələbələr haqqında səfirliklərə müvafiq məlumatların çatdırılması;

Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi alınmasında Dövlət Miqrasiya Xidməti ilə mütəmadi əlaqə saxlamaq;

Xaric olunan tələbələr haqqında məlumatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə vaxtında məlumatların çatdırılmasına nəzarət;

Xarici tələbələr üçün Azərbaycan Respublikasının və xarici ölkələrin milli bayramları ilə əlaqədar mədəni-kütləvi tədbirlərin, habelə Azərbaycan Respublikasının tarixinin və mədəniyyətinin öyrənilməsi ilə bağlı tədbirlərin təşkil edilməsi;

Xarici tələbələrlə bağlı məlumatların və hesabatların müəyyən olunmuş formada və qaydada Universitetin rəhbərliyinə təqdim edilməsi.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı