AZ RU EN WEBMAIL
Dos. Cəfərova R.Ə.

  29 oktyabr 1958-ci ildə, Tovuz rayonunda anadan olmuşdur.

  1976-cı ildə 160 saylı Bakı ş. orta təhsil məktəbini bitirmişdir, həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinə qəbul olunmuşdur və 1981-ci ildə təhsilini bitirib 458 saylı aptekdə provizor kimi iş fəaliyyətinə başlamışdır. 1989-cu ilin 5 yanvar tarixindən Azərbaycan Tibb Universitetinə baş laborant kimi işə qəbul olunmuşdur. 1998-ci ildə “Ресурсоведческое и фитохимическое исследование некоторых видов флоры Азербайджана и перспектива их использования” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və əczaçılıq elmləri namizədini adını almışdır. 2001-ci ildən ATU-nun farmakologiya kafedrasında assistent, 2010-сu ildə müsabiqə yolu ilə həmin kafedraya dosent vəzifəsinə seçilmişdir. 2011-ci ildə ATU-nun Elmi-Tədqiqat Mərkəzinin farmakologiya şöbəsinə baş elmi işçi təyin olunmuşdur. Hal-hazırda həmin vəzifədə işləyir.

  R.Ə.Cəfərova 2005-ci ildən Elmi Tədqiqat Mərkəzində “Bitki mənşəli diabetəleyhinə yığım və ekstraktların farmakoloji təsiri” mövzusunda 320901 – “farmakologiya, klinik farmakologiya” ixtisası üzrə biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi üzərində çalışır.

  Bu dövrdə Elmi Tədqiqat Mərkəzinin əməkdaşları onu elmi axtarışlarda fəal, apardığı tədqiqat işlərinə ciddi yanaşan yüksək ixtisaslı mütəxəssis kimi tanımışdır. Rəna xanım Cəfərova yaradıcı bir alimdir. O, 63 elmi məqalənin, 3 metodik vəsaitin, 1 dərs vəsaitinin və 2 monoqrafiyanın müəllifidir. Onun məqalələri yüksək reytinqli jurnallarda o, cümlədən “World Applied Sciences Journal”, Ukrayna, Qazaxıstan, Rusiya, Gürcüstan və digər ölkələrdə nəşr olunan jurnallarda çap olunmuşdur. Beynəlxalq miqyaslı konfranslarda ( London, Vena, Roma, Moskva, Dnepropetrovsk və s.) apardığı elmi tədqiqatlara dair maraqlı çıxışlar etmiş və sertifikatlar almışdır. 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı