AZ RU EN WEBMAIL
Digər qrantlar haqqında məlumat

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Sağlam Təhsil – Sağlam Millət” layihəsi çərçivəsində

Azərbaycan Tibb Universitetinin ekspertlər qrupunun 2015-ci ildə gördüyü işlər haqqında: 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 11 dekabr 2013-cü il tarixli, 913 saylı əmri ilə təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrup  yaradılmışdır. Qarşıda duran vəzifələrin həyata keçirilməsi məqsədi ilə  Milli Təhsil Texnologiyaları Mərkəzi ilə birgə  “Sağlam təhsil – sağlam millət” layihəsinə start verilmişdir.

Layihənin məqsədi – təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil texnologiyalarını öyrənərək onların yerli şəraitə uyğunlaşdırılması və tətbiqi; təhsilalanların fiziki sağlamlığına, psixoloji dayanıqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə hər hansı bir formada mənfi təsir göstərən amillərin araşdırılması və onların aradan qaldırılmasına  yönəlmiş tədbirlər planının hazırlanıb həyata keçirilməsidir.

 “Sağlam Təhsil – Sağlam Millət” layihəsi çərçivəsində Tibb Universiteti əməkdaşları tərəfindən məktəblilərin fiziki inkişafı və sağlamlıq vəziyyətinin monitorinqi həyata keçirilmişdir. Universitetin II uşaq xəstəlikləri kafedrasının professoru Hüseyn Qabulovun rəhbərliyi ilə aparılan məktəblilərin sağlamlığının monitorinqində universitetin uşaq və yeniyetmələr gigiyenası, terapevtik və pediatrik propedevtika, I uşaq xəstəlikləri, psixiatriya, oftalmologiya, nevrologiya və tibbi genetika kafedralarının əməkdaşları bilavasitə iştirak etmiş və məsləhətlər vermişlər.

Monitorinqin nəticələri göstərdi ki, «Sağlam təhsil» siniflərində yaradılan «Sağlam tədris» şəraiti – uşaqların fizioloji xüsusiyyətlərinə uyğun olan mebel və digər avadanlığın istifadəsi, sinifdə şagird sayının optimallaşdırılması, hərəki fəallıq təhsil alanların fiziki inkişafına müsbət təsir göstərir. Belə siniflərdə təhsil alan məktəblilərdə əvvəldən yaranmış bir sıra sağlamlıq problemlərini, məsələn, görmə problemləri, qamət pozunmaları, fiziki inkişaf problemlərinin azalması, iş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, onların intellektual və fiziki cəhətdən daha yaxşı inkişaf etməsi və emosional vəziyyətlərinin yaxşılaşdırılması müşahidə edilir.

Hazırda 2015-2017-ci illər üçün nəzərdə tutulan fəaliyyət planına əsasən işlər davam etdirilir.

 

 

2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmişdir 

ATU-nun III daxili xəstəliklər kafedrasında 2015-ci ildə şəkərli diabetin profilaktikası istiqamətində tədbirlər davam etdirilmişdir. Aparılan tədbirlərin təşkili elmi xarakter daşıyır.

Kafedranın əməkdaşları EASD üzvləri olaraq Şəkərli diabetə aid konqresdə iştirak ediblər (İsveçrə, Stokholm, sentyabr 2015 il).

Müntəzəm olaraq «Terapevtik Tədris Məktəbi» xətti ilə əməkdaşlar:

1) Regional Master Meetinq advances in diabetes, 17-18 aprel 2015-ci il

2) «Sulfanilamid preparatları» – (A.Şepelkoviç)

3) «Diabet, Fəsadlardan müdafiə» – ( A.Ametov)

adlı mühazirələri dinləyiblər.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı