AZ RU EN WEBMAIL
Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamə
Əmr 1060
11.09.2008
Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin
qiymətləndirilməsi haqqında
ƏSASNAMƏ
1. Ümumi anlayış
Biliyin qiymətləndirilməsinin çoxballı sistemi tələbələrin tədris fəaliyyəti nəticəsində
fənnin öyrənilməsində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsinin yeni
mexanizmidir. Bu sistem tələbəyə fərdi yanaşmanı təmin etməklə onun tədris prosesindəki
fəaliyyətinin aşağıda göstərilən əsas istiqamətlərini əhatə edir:
- Mühazirə seminar (məşğələ) laboratoriya dərslərinə davamiyyətini;
- Seminar (məşğələ) dərslərində müxtəlif formalı yoxlamalar (frontal sorğular
kollokviumlar, praktiki məsələlərin həlli və s.) əsasında bilik səviyyəsinin
qiymətləndirilməsini;
- laboratoriya işlərin yerinə yetirilməsini;
- kurs işinin (layihəsi) yazılması mövcud standartlara uyğun tərtibi və onların
müdafiəsini;
- təcrübələrin nəticələrini;
- fənlər üzrə imtahanların nəticələrini;
- buraxılış işlərinin müdafiəsini və buraxılış dövlət imtahanın nətijəsini;
Tələbənin fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu
balların yarısı semestr ərzindəki fəaliyyətə, digər yarısı isə imtahanın nəticələrinə görə
toplanır.
Balların maksimum miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:
- 50 bal imtahanın nəticəsinə görə;
- 10 bal dərslərə davamiyyətinə görə;
- 10 bal tələbənin sərbəst işinə görə;
- 20 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinin nəticələrinə görə;
(Eyni fəndən həm seminar (məşğələ) həm də laboratoriya dərsləri nəzərdə tutulduğu
halda onların hər birinə 10 bal ayrılır).
- 10 bal kurs işinin hazırlanmasına və müdafiəsinə görə;
(Fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar
(məşğələ) və ya laboratoriya dərslərinə əlavə olunur. Texniki profili ali məktəblərdə seminar
və kurs işinə görə balların bölünməsi ali məktəb tərəfindən müəyyənləşdirilir.
Əgər fənnin tədrisi yalnız mühazirə, seminar (məşğələ) şəklində nəzərdə tutularsa bu
zaman davamiyyətə və sərbəst işə ayrılmış ballar istisna olmaqla qalan 30 bal tədrisin bu növ
göstəricilərinə görə hesablanır.
Qrup curnalında dərsdə iştirak etməyən tələbələrə həmin saata «q/b» sorğulara cavab
verənlərə müvafiq «bal» dərsdə iştirak edən lakin qiymət almayanlara isə «i/e» yazılmalıdır.
Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin
biliyi aşağıdakı kimi qiymətləndirilir:
- 51 baldan aşağı - «qeyri-kafi»
İmtahan vərəqələrində tələbələrin qiymət kitabçalarında, diplomlara əlavələrdə və
digər sənədəlrdə tələbələrin fənlər üzrə qazandıqları ballar və onların hərf işarələri qeyd
olunmalıdır.
Tələbənin biliyinin qiymətləndirilməsi üçün imtahanlar bir qayda olaraq yazılı şəkildə
aparılır. Bəzi fənlərin (mədəniyyət, incəsənət, idman və s.) xüsusiyyətlərindən asılı olaraq
nəzəri suallarla yanaşı ixtisas üzrə qabiliyyət tələb edən tapşırıqlar da imtahan suallarına əlavə
edilə bilər.
Fənni tədris edən müəllim tələbələrə ilk gündən çoxballı sistemin əhəmiyyətini,
onların tədris fəaliyyətinin müxtəlif növlərinin hansı ballarla qiymətləndirilməsini,
imtahanların aparılma qaydasını izah etməlidir.
2. İmtahan sessiyasının təşkili və keçirilməsi qaydaları
İmtahanların gedişi və təşkili «Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin
təşkili barədə nümunəvi Əsasnamə» və «Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə
imtahanları haqqında Əsasnamə»lərlə tənzimlənir
3.İmtahana görə balların yığılması
İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.
İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.
İmtahanın qiymət meyarları aşağıdakılardır:
- 10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal - tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun
məzmununu aça bilir.
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi
məsələləri əsaslandıra bilmir
- 6 bal - tələbənin cavabı əsasən düzgündür.
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə
yol verir;
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var
- 0 bal - suala cavab yoxdur.
Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə
tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala
əlavə olunmur.
Tələbələrin imtahan-yazı işləri fənnin tədrisi başa çatdıqdan sonra bir semestr
saxlanılır.
4. Fənn üzrə dərslərə davamiyyətə görə balların hesablanması
Dərsdə davamiyyətə görə verilən maksimum bal 10-dur.
Balın miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:
- tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal
verilir;
- semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10%-nə 1 bal çıxılır;
- bütün fənlər üzrə semestr
5. Tələbəyə fənlər üzrə sərbəst işə görə balların müəyyənləşdirilməsi
Ayrı-ayrı fənlər üzrə tələbəyə sərbəst işə görə verilən balının maksimum həddi 10-dur.
Tələbəyə fənn üzrə semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Sərbəst işlərin tapşırığları
müxtəlif formada (mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ,
misallar və s.) ola bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən
müəyyənləşdirilir. Hər bir tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir. Tapşırıqların
yoxlanılması və qəbulu müəllim tərəfindən dərsdən kənar vaxtda həyata keçirilir.
6. Seminar (məşğələ) və laboratoriya dərslərinin nəticələrinə görə balın
müəyyənləşdirilməsi
Fənlər üzrə seminar (məşğələ) və laboratoriya dərsləri tələbələr tərəfindən keçilən
nəzəri dərslərin mənimsənilməsini asanlaşdırmaq və praktik məsələlərin həllində vərdiş
aşılamaq məqsədini daşıyır və bu növ tapşırıqların yerinə yetirilməsinə verilən balların
maksimum həddi 20-dir.
Eyni fəndən həm seminar (məşğələ) həm də laboratoriya dərsləri nəzərdə tutulduğu
halda onların hər birinə 10 bal ayrılır.
Fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar
(məşğələ) və ya laboratoriya dərslərinə əlavə olunur.
6.1. Seminar (məşğələ) dərslərinin nəticələrinə görə balların hesablanması
Seminar (məşğələ) dərslərində tələbənin jurnalda ən azı 3 (üç) dəfə qiyməti
(kollokviumlar, frontal sorğular, praktiki məsələnin həlli və s-dən) olduğu halda ona tədrisin
bu növü üzrə ballar hesablanır. Əks təqdirdə ona bal ayrılmır.
Semestr ərzində 3 dəfə kollokviumların keçirilməsi məcburidir. Kollokviumda iştirak
etməyən tələbəyə «0» sıfır bal yazılır.
Seminar (məşğələ) dərslərinə görə tələbələrin biliyinin qiymətləndirilməsi semestr
ərzində aparılan frontal sorğuların, kollokviumların və.s nəticələrinə görə müəllim tərəfindən
3-cü bənddə göstərilən meyarlar əsasında müəyyənləşdirilir və jurnalda aşağıdakı kimi qeyd
olunur:
«10» - on
«9» - doqquz
«8» - səkkiz
«7» - yeddi
«6» - altı
«5» - beş
«4» - dörd
«3» - üç
«2» - iki
«1» - bir
«0» - sıfır
Jurnaldakı ballara əsasən müəllim xüsusi cədvəldə tələbənin fəaliyyətinin nəticəsini
qiymətləndirir və ümumiləşdirmək üçün dekanlığa təhvil verir.
Tələbənin semestr ərzində topladığı balların orta qiyməti hesablanır və fənnin
tədrisinin bu növü üçün nəzərdə tutulmuş maksimum bal həddinə vurularaq 10-a bölünməklə
müəyyənləşdirilir.
Jurnalında tələbənin üç dəfədən az qiyməti olmasına və cədvəldə qeyd olunan yekun
balı ilə qrup jurnalında göstərilən cari yoxlama ballarının arasındakı uyğunsuzluğa görə
fənnin bu növünü tədris edən müəllim m
6.2. Laboratoriya dərslərinə görə balların hesablanması
Cari dərsdə yerinə yetirilən laboratoriya işi növbəti dərsə qədər (və ya növbəti dərsin
özündə) təhvil verilir və müəllim bu barədə jurnalda müvafiq qeydiyyat aparır. Yekun bal
semestr ərzində tələbənin təhvil verdiyi işlərin sayının cəmi nəzərdə tutulmuş laboratoriya
işlərinin ümumi sayına nisbətini fənnin tədrisinin bu növünə ayrılmış maksimum bala
vurmaqla hesablanır.
7. Kurs işinin (layihəsinin) yerinə yetirilməsinə görə balların hesablanması
Kurs işinin (layihəsinin) yazılması və müdafiəsi tələbənin müstəqil işinin əsas
formalarından biri olub kursun proqramı üzrə tədris materialının mənimsənilməsinə nəzarət
vasitəsidir. Kurs işlərinin mövzuları kafedra tərəfindən hazırlanır və semestrin əvvəlində ən
geci 15 gün müddətində tələbələrə paylanır. Kurs işi tələbənin fərdi əməyinin nəticəsidir və
əsas etibarilə standart məsələlərin həllinə həsr olunur. Bəzi hallarda kurs işləri elmi tədqiqat
xarakteri daşıya bilər. Kurs işi mövcud standartlara cavab verməli və strukturu aşağıdakı kimi
olmalıdır:
- Giriş;
- Mövzunun əsas məsələlərinin həlli (şərhi);
- Nəticə (təklifləri);
- İstifadə olunan ədəbiyyatın siyahısı;
- Kurs işinin müdafiəsi üçün tələbə maksimum 10 bal qazana bilər. Bu balların
hesablanması aşağıdakı meyarlar əsasında müəyyənləşdirilir:
- 10 bal-tələbə mövzunu tam əhatə edir, iş düzgün tərtib edilib, müdafiə zamanı onun
cavabı dəqiqdir və hərtərəflidir;
- 9 bal-tələbə mövzunu tam əhatə edir, iş düzgün tərtib edilib, müdafiə zamanı onun
cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir;
- 8 bal-tələbə mövzunu tam əhatə edir, iş düzgün tərtib edilib, müdafiə zamanı o,
cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal-tələbə mövzunu tam əhatə edir, işin tərtibində qüsurlara yol verilib, lakin
müdafiə zamanı onun cavabı dəqiq və hərtərəflidir;
- 6 bal-tələbə mövzunu əhatə edir, işin tərtibində qüsurlara yol verilib, müdafiə zamanı
bəzi məsələləri nəzəri cəhətdən əsaslandıra bilmir;
- 5 bal-tələbə mövzunu əhatə edir, işin tərtibində qüsurlara yol verilib, müdafiə zamanı
cavabları dəqiq deyil;
- 4 bal-tələbə mövzunu işləyərkən səhvlərə yol verir, lakin müdafiə zamanı mövzunu
aça bilr;
- 3 bal-tələbə mövzunu işləyərkən səhvlərə yol verir, müdafiə zamanı mövzunu
açmaqda çətinlik çəkir;
- 2 bal-tələbə mövzunu işləyərkən səhvlərə yol verir, müdafiə zamanı isə mövzunu
aça bilmir;
- 1 bal tələbə mövzunu işləyərkən səhvlərə yol verir və müdafiə zamanı isə mövzudan
qismən xəbəri olur;
-0 bal-tələbə tərəfindən kurs işi yazılmayıb.
Kurs işləri (layihələrinin) müdafiəsi ali mktəbin müəyyən etdiyi qaydada həyata
keçirilir.
Fənn üzrə kurs işi nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya
laboratoriya dərslərinə əlavə olunur.
8. Təcrübələrin nəticələrinə görə balların hesablanması
Tədris planında nəzərdə tu
Təcrübəyə davamiyyətinə görə tələbənin topladığı yekun bal tələbənin təcrübədə
iştirak etdiyi saatların miqdarının davamiyyətə ayrılan maksimum (50 bal) vurularaq və
təcrübəyə ayrılmış saatların miqdarına bölünməklə hesablanır.
Təcrübəyə görə tələbənin yekun balının hesablanması meyarları və metodikası ali
məktəb tərəfindən müəyyənləşdirilir.
9. Buraxılış işlərinin müdafiəsinə və buraxılış dövlət imtahanın nəticəsinə görə
balların hesablanması
Buraxılış işinin yazılması və müdafiəsinə görə tələbənin toplaya biləcəyi balların
maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı buraxılış işinin hazırlanması və
tərtibinə, digər yarısı isə Dövlət Attestasiya Komissiyası qarşısında müdafiəsinə görə verilir.
Buraxılış işinin yazılması və müdafiəsinə görə balların hesablanması meyarları ali
məktəbin Elmi Şurası tərəfindən təsdiq edilir.
Buraxılış işinin müdafiəsi mövcud qaydalara uyğun aparılır.
10. Tələbələrin nailiyyətlərinin cari və yekun qiymətləndirilməsi
Tələbələrin tədris fəaliyyətini fəallaşdırmaq, onlar üçün özünənəzarət mexanizmini
yatarmaq və tədrisdə əldə olunmuş nailiyyətlərini qiymətləndirmək məqsədilə ümumi orta
müvəffəqiyyət göstəricisi (ÜOMG) tətbiq edilir.
Ümumi orta müvəffəqiyyət göstəricisi fənlər üzrə toplanan balların həmin fənnə görə
qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında nəzərdə tutulan müvafiq kreditlərin
cəminə olan nisbəti kimi müəyyənləşdirilir:
b1+k1*+b2k2*+b3k3*+... +bnkn*
k1+k2+k3+... +kn
b1,b2,...,bn - tələbənin fənlər üzrə yığdığı ballar
k1,k2,...,kn - fənlərə tədris planında nəzərdə tutulan müvafiq kreditlər
k1*, k2*,..., k3* - fənlər üzrə qazanılmış kreditlər (əgər tələbə imtahandan müvəffəq
qiymət almazsa o, krediti qazanmamış hesab edilir və bu əmsal «0» sıfr olur)
ÜOMG semestrlər üzrə artan istiqamətdə hesablanır. (bir semestrin, iki semestrin, üç
semestrin və s.)
ÜOMG tələbənin istiqamət (ixtisas) üzrə təhsil proqramının mənimsəmə səviyyəsinin
əsas göstəricisidir. Hər semestrin axrında tələbə öz cari müvəffəqiyyətini qiymətləndirir və
onu daha yüksək səviyyəyə qaldırmaq üçün gələcək tədris fəaliyyətini müəyyənləşdirir.
Yüksək ÜOMG-si («çox yaxşı» və «əla») olan tələbələr rektorun rəğbətləndirilmə
siyahısına daxil edilir. Üç dəfə həmin siyahıya düşən tələbələr lider-tələbə hesab olunurlar və
onlar ali təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada rəğbətləndirilirlər.
ÜOMG diploma əlavəyə daxil edilir və bu göstərici işə götürənlər üçün əsas
meyarlardan biri ola bilər.
ÜOM
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı