AZ RU EN WEBMAIL
Xəbərlər
12.06.2021
Patoloji anatomiya üzrə vebinar keçirilib

Azərbaycan Tibb Universitetində rezidenturaya hazırlaşan tələbələrə yardım məqsədilə növbəti vebinar baş tutub. Bu dəfə "Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi çərçivəsində patoloji anatomiya fənni üzrə tədbir keçirilib.  3 saatdan artıq davam edən vebinara 250-yə yaxın tələbə və məzun qoşulub.

Daha ətraflı...
12.06.2021
ATU-nun cərrahı beynəlxalq patent alıb

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri t.ü.f.d. Tariyel Ömərov bariatrik metabolik cərrahiyyədə növbəti uğuru ilə bir ilkə imza atmış olub. Onun mədəkiçiltmə əməliyyatlarında icad etdiyi yeni bir modifikasiyası artıq beynəlxalq aləmdə təsdiqini tapıb - tanınmış cərrah bu yeniliyinə görə patent də alıb. 

Daha ətraflı...
11.06.2021
“Rezidenturaya birlikdə hazırlaşaq" layihəsində ilk vebinar keçirilib
Azərbaycan Tibb Universitetində “Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi çərçivəsində bu ilin ilk vebinarı keçirilib. Normal fiziologiya fənni üzrə təşkil olunan vebinara qeydiyyatdan keçmiş 200-ə yaxın tələbə və məzun qoşulub.
Vebinarda əvvəlcə ATU-nun əməkdaşı, dosent Aqil Əliyev öncədən müəyyən olunmuş mövzular üzrə geniş izahlı çıxış edib. Sonra isə iştirakçıların sualları cavablandırılıb.
Daha ətraflı...
11.06.2021
ATU növbəti onlayn simpoziumda təmsil olunub

Azərbaycan Tibb Universiteti  “COVİD-19 pandemiyası kontekstində tibbi təhsil” mövzusunda onlayn formatda keçirilən beynəlxalq simpoziumda təmsil olunub. Xarkov Milli Tibb Universiteti (Ukrayna) tərəfindən keçirilən bu tədbirdə ATU Tibb təhsili və innovasiya şöbəsinin müdiri Aynur Orucova “COVİD -19 pandemiyası zamanı Azərbaycan Tibb Universitetində tibb təhsilində olan müsbət və mənfi cəhətlər“ mövzusunda çıxış edib.

 

Daha ətraflı...
10.06.2021
Rektor Dövlət imtahanlarının gedişini izləyib

Dünəndən etibarən Azərbaycan Tibb Universitetində (ATU) Yekun Dövlət Attestasiyasına start verilib. Universitetin rektoru, professor Gəray Gəraybəyli bu gün Müalicə-profilaktika fakültələrinin buraxılış kurs tələbələri üçün keçirilən imtahanları izləyib.

Daha ətraflı...
10.06.2021
XX daxili turnirin qalibi "Alfa" olub

Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komtiəsinin debat klubunun XX daxili turniri keçirilib. Turnir onlayn formatda baş tutub.

Daha ətraflı...
09.06.2021
Tibb Universitetində bronxial astma xəstələri üçün məktəb fəaliyyət göstərir

“Astma məktəbi” xəstələrin daha müasir və effektiv müalicə metodlarına keçməsinə yardımçı olur

Bronxial astmaya adekvat nəzarət etmək üçün xəstə öz xəstəliyi və müasir dərman terapiyasının imkanları barədə məlumatlı olmalıdır. Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının nəzdində, Tədris Terapevtik Klinikasında fəaliyyət göstərən “Astma məktəbi” məhz bu məqsədə xidmət edir.

Daha ətraflı...
09.06.2021
Fakültə Tələbə Elmi Cəmiyyətinin yekun görüşü keçirilib

ATU-nun I Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) 2020/2021 tədris ili üçün yekun görüşü keçirilib.

Daha ətraflı...
07.06.2021
Əsas (baza ali) tibb təhsili ixtisasları üzrə yekun dövlət attestasiyası məcburidir

Məlum olduğu kimi, ötən ildən başlayaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilmişdir. Cari tədris ilinin payız semestrinin imtahan sessiyası da onlayn şəkildə həyata keçirilmişdir. 

Daha ətraflı...
07.06.2021
ATU-nun kitabxanasında Nizami Gəncəviyə həsr olunmuş sərgi
Daha ətraflı...
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı