AZ RU EN WEBMAIL
Xəbərlər
16.06.2021
“Rezidenturaya birlikdə hazırlaşaq" layihəsində növbəti vebinar keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) “Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi çərçivəsində növbəti vebinar keçirilib. Patoloji fiziologiya fənni üzrə təşkil olunan vebinara 170-ə yaxın tələbə və məzun qoşulub.

Vebinarda ATU-nun dosentİ Sərdar Əliyev öncədən müəyyən olunmuş mövzular üzrə geniş izahlı çıxış edərək, iştirakçıların sualları cavablandırıb.

 

Zoom platforması üzərindən baş tutan onlayn görüş ATU-nun Tələbə Gənclər Təşkilatının feysbuk səhifəsində canlı yayımlanıb. Bununla da 3 saata yaxın davam edən vebinarın daha geniş auditoriya tərəfindən izlənilməsinə imkan yaradılıb.

 

Qeyd edək ki, Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi ATU, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və ATU-nun Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilir. Məqsəd rezidenturaya hazırlaşan gənclərə yardım etmək, onların daha çox bilik əldə etməsinə dəstəkləməkdir.
Patoloji fiziologiya fənni üzrə onlayn görüşü təkrar izləmək üçün aşağıdakı keçidi istifadə edə bilərsiniz:
https://m.facebook.com/story.php?story_fbid=536259520837376&id=994538317269504

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı