Bayramov İlham Piri oğlu 1974-cü ildə Gürcüstan Respublikasında anadan olmuşdur. 1993-1999-cu illər ərzində Azərbaycan Tibb Universitetində təhsil almışdır. 2003-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin “Yoluxucu xəstəliklər” kafedrasnda assistent vəzifəsində fəaliyyət göstərir. 2014-cü ildən kafedranın tədris hissə müdiri, eyni zamanda, fakültənin tədris məsləhətçisi vəzifəsində işləyir. 2015-ci ildə “Xroniki B və C virus hepatitlərinin kompleks müalicəsində UBŞ-ın təsirinin effektivliyinin öyrənilməsi” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir. Dövlət İmtahan Mərkəzində Rezidentura təhsili üzrə Yoluxucu xəstəliklər fənni üzrə ekspertdir. 30-dan artıq elmi əsərin müəllifidir.