Anar Əzəm oğlu Ağayev 2001-ci ildə N.Nərimanov adına ATU-ni fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə Sosial gigiyena və səhiyyənin təşkili kafedrasının baş laborantı vəzifəsinə seçilmişdir. 2002-2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2004-cü ildə yenidən kafedraya qayıtmış və həmin kafedranın assistenti vəzifəsinə təyin edilmişdir. 2006-2017-ci illərdə Sosial gigiyena və səhiyyənin təşkili kafedrasının tədris hissə müdiri vəzifəsində işləmişdir. 2007-ci ildə namizədlik dissertasiyası, 2017-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir, 2008-ci ildən kafedranın baş müəllimi, 2012-ci ildən ictimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 2008-2017-ci illərdə stomatologiya fakültəsinin dekan müavini vəzifəsində calışıb. Işlədiyi müddətdə 48 elmi məqalə və tezis, o cümlədən 1 metodik tövsiyənin müəllifi və həmmüəllifidir. 2017-ci ildə t.ü.e.d., professor A.Ə.Ağayev müsabiqə yolu ilə fakültə dekanı vəzifəsinə seçilmişdir.