Qalina Sədirovna Qəniyeva 1985-1993-cü illərdə V.Y.Axundov adına Tibbi profilaktika Elmi Tədqiqat İnstitutunun Qidalanma gigiyenası laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1993-1995-ci ildən Azərbaycan Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasında baş laborant vəzifəsinə təyin edilmişdir. 1995-2005-ci illərdə kafedranın assistenti, 2005-2008-ci - baş müəllimi və 2008-ci ildən – dosenti vəsifəsində çalışır. 1997-ci ildə “GİGİYENA” fənni üzrə "Neftemalı zavodunun fəhlələrinin turşu-qələvi tarazlığına, elektrolit mübadiləsinə və ürək-qan damar sisteminin vəziyyətinə alimentar amillərin təsiri" mövzusuna aid namizədlik dissertasiyası müdafiə edib. Kafedranın elmi tədqiqatlarının həyata keçirilməsi üçün məsul icraçıdır. İşlədiyi müddətdə 70-dən çox çap olunmuş elmi məqalə, metodik material və tədris vəsaitlərinin müəllifidir. 2017-ci ilin aprel ayından etibarən Azərbaycan Tibb Universiteti İctimai Səhiyyə fakültəsinin dekan müavini vəzifəsində çalışır.
Beynəlxalq təşkilatlarda (UNİCEF, WHO, WFP) və Səhiyyə Nazirliyinin praktik orqanlarında (normativ sənədlərin, protokol və s. işlənməsi) qidalanma məsələləri üzrə ekspert və məsləhətçidir. Çoxlu Beynəlxalq treninq və seminarlarda iştirak edib, sertifikatlar almışdır. 2005-ci ildən hal-hazıradək Nutrisioloq və dietoloqların İctimai Birliyinin təsisçisi və sədri kimi ictimai fəaliyyət də həyata keçirir.