Ağır metallar və mikroelementlər ionlarının patoloji proseslərin inkişafına təsiri və onların patogenezinin aydınlaşdırılması.
İşin ideyası və referatı
PROBLEM – Normada və müxtəlif patoloji vəziyyətlərdə ağır metallar və mikroelement ionlarının qanda və toxumalarda miqdarından asılı olaraq yaratdıqları patoloji proseslər və onların patoqenezinin aydınlaşdırılması.
ƏSAS MƏSƏLƏ – (ideya) – Eksperimental şəraitdə bəzi ağır metallar (Pb,Cd) və mikroelementlər (Zn,Cu)ionlarının normadan artıq miqdarının orqanizmdə toplanması zamanı qatılıqdan asılı olaraq Hipofiz, qalxanabənzər vəz, böyrəküstü vəzlərdə, qaraciyər və böyrəklərdə baş vermiş struktur və funksional dəyişkənliklərin öyrənilməsi və yaranmış patoloji proseslərin patogenezinin aydınlaşdırılması. Eksperimental hipotireoz və hipertireoz modellərinə ağır metallar və mikroelement ionlarınin təsir xüsusiyyətlərinin araşdırılması.
METODİKA – bunu araşdırmaq üçün ağır metallar Pb, Cd) və mikroelementlərin (Zn, Cu) duzları normadan artıq miqdarda suda həll edilərək xüsusi zond vasitəsi ilə ağ siçovulların həzm kanalına daxil ediləcək (40 gün ərzində). Başqa bir variantda isə intakt heyvanlarda Triozolun köməyi ilə hipotireoz modeli, L-Tiroksinin köməyi ilə hipertireoz modeli yaradıldıqdan sonra təcrübə heyvanları 2 qrupa bölünəcək. Onlardan birinə 40 gün ərzində ağır metallar və mikroelementlər duzları veriləcək, ikinci qrup təcrübə heyvanlarına müdaxilə edilməyəcək. Təcrübə heyvanları hər 10 gündən bir hissə-hissə dekaputasiya edilərək onların qanı və daxili orqanları biokimyəvi, immunoferment, histoloji, histokimyəvi, işıq mikroskopik, atom adsorbsiyasion mikroskopiya (SEM), sprktrofotometrik tədqiqatlar üçün istifadə olunacaq.
Elmi-texniki tərəqqi və kimya sənayesinin sürətli inkişafı ilə əlaqədar ətraf mühit bir sıra sənaye tullantıları, o cümlədən ağır me-
tallar və mikroelementlərin duzları ilə əhəmiyyətli dərəcədə çirk-
lənmişdir. Bunların insan orqanizminə daxil olması maddələr mübadiləsinin ciddi pozulmasına və bir sıra xəstəliklərin yaranma-
sına, reproduktiv funksiyanın pozulmasına, sonsuzluğa, beyinin inkişafının ləngiməsinə səbəb olur. Məsələn, Qurğuşunun orqanizmdə çatışmazlığına çox az təsadüf olunur. Onun artıq miqdarı sinir sisteminin pozulmasına, ürək çatışmazlığına, qanazlığına, yaddaşın zəifləməsinə səbəb olur. Nukleotiddəki fosfat qrupuna birləşərək RNT-ni dağıdır, mutasiyalara səbəb olur (1,2,6,7,10,13,14)
Kadmium – kəskin toksiki təsirə malikdir. Onun artıq miqdarı qaraciyər və böyrəklərin işini pozur, orqanizmdə dəmir və kalsium
mübadiləsini pozur, mutasiyalara səbəb olur (2, 6,8,10,12,15,)
Sink bir çox ferment və hormonların tərkibinə daxildir. O immunitetə təsir edir, toxumaların bərpasına kömək edir. orqanizmdə Sinkin artıqlığı bir səra metal ionlarının balansını pozur (1, 3, 4, 8,9,11,12)
Mövcud ədəbiyyatda ağır metallar və mikroelementlər ionlarının həzm, tənəffüs, ifrazat, qan-damar, sinir sistemi orqanlarının fəaliyyətinə təsiri barədə kifayət qədər məlumat olduğu halda bu maddələrin endokrin sistemə təsiri çox az öyrənilmişdir.
Bunu nəzərə alaraq bəzi ağır metallar (Pb, Cd) və mikroelementlərin (Zn, Cu) orqanizmə normadan artıq miqdarının daxil olması zamanı endokrin sistemdə baş verən struktur və funksional dəyişkənliklərin araşdırılması və bu dəyişkənliklərin patoloji proseslərin inkişafında rolunun öyrənilməsini aktual hesab edirik.
Məqsəd
Ağır metallar (Pb,Cd) və mikroelementlərlə (Zn, Cu) yüklənmiş heyvanların qanında və toxumalarda qatılıqdan asılı olaraq hipofiz, qalxanabənzər vəz, böyrəküstü vəzlərdə, qaraciyər və böyrəklərdə baş vermiş struktur və funksional dəyişkənliklərin öyrənilməsi. Eksperimental hipetireoz və hipertrioz modellərinə ağır metallar və mikroelement ionlarının artıq miqdarının təsir xüsusiyyətlərin araşdırılması.
Vəzifələr
1. İntakt heyvanların qanında hormonlarının (T3 , T4, TTH, STH, AKTH, dofamin, kortizol), qaraciyər və böyrək markerlərinin (ALT, AST, kreatinin, qələvi fosfataza) və Pb,Cd, Zn, Cu miqdarının dinamikada öyrənilməsi.
2.Ağır metallar (Pb, Cd) və mikroelementlərlə (Zb, Cu) yüklənmiş heyvanların qanında hormonların, qaraciyər və böyrək markerlərinin, ağır metalların miqdarınin dinamikada öyrənilməsi.
3. Ağır metallar (Pb,Cd) və mikroelementlərlələ (Zn,Cu) yüklənmiş heyvanların daxili sekresiya vəziləri, qaraciyər və böyrək toxumalarında sitoloji və histoloji dəyişkənliklərin işıq və elektron mikroskopunda öyrənilməsi.
4. İntakt heyvanlarda hipotireoz və hipertireoz modellərinin inkişaf xüsusiyyətlərinin öyrənilməsi
5. Ağır metallarla (Pb,Cd) yüklənmiş heyvanlarda hipotireoz modelinin inkişaf xüsusiyyətlərinin öyrənilməsi.
6. Mikroelementlərlə (Zn,Cu) yüklənmiş heyvanlarda hipotireoz modelinin inkişaf xüsusiyyətlərinin öyrənilməsi.
7. Ağır metallarla (Pb,Cd) yüklənmiş heyvanlarda hipertireoz modelinin inkişaf xüsusiyyətlərinin öyrənilməsi.
8. Mikroelementlərlə (Zn,Cu) yüklənmiş heyvanlarda hipertireoz modelinin inkişaf xüsusiyyətlərinin öyrənilməsi.
Orjinallıq (yeniliyi)
1.İlk dəfə olaraq ağır metallar (Pb, Cd) və mikroelementlər (Zn, Cu) ionlarının qanda və toxumalarda qatılığından asılı olaraq endokrin vəzilərdə – hipofiz, qalxanabənzər vəz, böyrəküstü vəzlərdə, qaraciyər və böyrək toxumalarında baş vermiş struktur və funksional dəysikliklər kompleks şəkildə öyrəniləcək.
2. Eksperimental şəraitdə ağir metallar (Pb,Cd) və mikroelementlər (Zn,Cu) ionlarının təsirindən endokrin sistemdə yaranmış struktur və funksional dəyişkənliklərlə qaraciyər və böyrəklərdə meydana çıxan patoloji proseslər arasında qarşılıqlı əlaqə müəyyənləşdiriləcək.
3. İlk dəfə eksperimental şəraitdə hipotireoz və hipertrioz modelləri yaradılmış heyvanlar ağır metallar (Pb,Cd) və mikroelementlərlə (Zn,Cu) yüklənəcək və iki modelin təsiri zamanı orqanizmdə baş verən patoloji proseslərin xarakteri dinamikada öyrəniləcək.
Elmi və praktik əhəmiyyəti
1.Aparılan elmi tədqiqat işlərinin nəticələri ağır metallar (Pb,Cd)
və mikroelementlər (Zn, Cu) ionlarının normadan artıq miqdarının orqanizmdə (normada və patoloji vəziyyətlərdə) toplanması zamanı baş vermiş intoksikasiyaların həyat üçün təhlükəlilik dərəcəsini müəyyən etməyə və ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinin qarşısının alınmasının vacibliyini təxirəsalınmaz problem kimi xarakterizə olunacaq.
2. Ağır metallar Pb, Cd) və mikroelementlərin (Zn, Cu) normadan artıq miqdarının endokrin sistemdə toplanması zamanı müxtəlif daxili orqanlarda yaranmış patoloji proseslər arasındakı qarşılıqlı əlaqəni müəyyənləşdirməyə imkan verəcək.
3. Ağır metallar və mikroelementlərin normadan artıq miqdarının orqanizmdən çıxarılması zamanı xüsusi detoksikantların sintezində nəzəri əsas ola bilər.
Material
Aparılan elmi tədqiqat işlərində 250-300 baş ağ siçovullardan istifadə olunacaq. Hər bir ağır metal və mikroelement ionlarının təsirini öyrənmək üçün 35 baş ağ siçovul istifadə olunacaq (cəmi 140 baş ). 40 baş ağ siçovulda Triozolun köməyi ilə hipotireoz modeli və 40 baş ağ siçovulda L-Tripsinin köməyi ilə hipertireoz modeli yaradılacaq. Nəzarət qrupunda 30 baş ağ siçovul olacaq.Ağır metalların suda həll olan duzlarından CuSO4 , ZnCl2 ,Pb(CH3COO)2, CD(CH3COO)2 istifadə olunacaq.
Metodlar
Histoloji, biokimyəvi, histokimyəvi işıq, elektron, SEM mikroskopiya, spektrofotometriya, immunoferment analisi
Əsas və nəzarət qrupları
Eksperimental hissə: 35 baş siçovula Pb(CH3COO)2 -nun 50mg/L
qatılıqlı məhlulu veriləcək (əsas qrup), 35 baş ağ siçovula
Cd(CH 3COO)2 -nun 50 mq/L qatılıqlı məhlulu veriləcək (əsas qrup), 35 baş siçovula ZnCL2 -nin 100 mq/L qatılıqlı məhlulu veriləcək (əsas qrup), 35 baş siçovula CuSO4 - ün 100 mq/L qatılıqlı məhlulu veriləcək (əsas qrup), 35 baş siçovulda hipoterioz modeli və 35 baş siçovulda hiperterioz modeli yaradılacaq (əsas qrup), 30 baş siçovul nəzarət qrupunda olacaq (intakt heyvanlar).
Təcrübə heyvanları 5 qrupa bölünəcək.
qrup – intakt heyvanlar ( cəmi 30 baş)
qrup – Ağır metalların Pb(CH3 COO)2 , Cd(CH3COO)2 duzlarının 50mq/L qatılıqlı məhlulları təcrübə heyvanlarının həzm kanalına 40 gün ərzinddə hər gün daxil ediləcək
qrup – Mikroelementlərin ZnCL2 və CuSO4 duzlarının 100mq/L qatılıqlı məhlulları təcrübə heyvanlarının həzm kanalına 40 gün ərzində hər gün daxil ediləcək.
İntakt heyvanlarda hipoterioz modeli yaradıldıqdan sonra onlar iki qrupa bölünəcək. Bir qrupa ağır metallar
Pb(CH3COO)2 , Cd(CH3 COO)2 50mq/L və mikroelementlər–
ZnCL2 , CuSO4 100mqL 40 gün ərzində hər gün daxil
ediləcək
İntakt heyvanlarda hiperterioz modeli yaradıldıqdan sonra
Onların iki qrupa bölünəcək. Bir qrupa həzm ağır metallar Pb(CH3COO)2 , Cd(CH3 COO)2 50mkq/L və mikroelementlər ZnCL2 , CuSO4 100 mkq/L məhlulları daxil ediləcək.
-Qiymətləndirmə və ya müqayisə kriteriyaları
Nəzarət və təcrübə heyvanlarında aparılan histoloji, biokimyəvi, içıq, elektron, atom adsorbsion mikroskopiya tədqiqatlarının təhlili
Maddi və texniki imkanlar
Tədqiqatlar ATU-nun Elmi Tədqiqat Mərkəzində, Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvü kimya İnstitutunda aparılacaq
İşin müddəti
2017-2024-ci illər
İşin mərhələləri
1. Mövzuya aid ədəbiyyatin toplanması
2017 – ci ilin 3 və 4 rübü
2. Təcrübələrə başlamalı, heyvanlarla işləməli, qruplara bölməli, qanda bəzi markerlərin təyini , işıq, elekrton və SEM mikroskopik tədqiqatlar üçün materialların fiksə edilməsi
2018 ci il 1 və 2 rüblər
1. Təcrübələri davam etdirmək
2. Dissertasiya mövzusu üzrə məqalə və tezisləri çapa hazırlamaq
2018 ci il 3 və 4 rüblər
1. Tədqiqatları davam etdirmək
2. Alınmış nəticələrin analizi və məqalə və tezislərin çapa hazırlanması
2019 cu il 1 və 2 rüblər
1. Tədqiqatları davam etdirmək
2. Alınmış nəticələrin analizi, məqalə və tezislərin çapa hazırlanması
2019 cu il 3 və 4 rüblər
1. Tədqiqatları davam etdirmək
2. Alınmış nəticələrin təhlili, məqalə və tezislərin çapa hazırlanması
2020 ci il 1 və 4 rüblər
1. Alınmış nəticələrin təhlili və məqalələrin çapa hazırlanması
2021 ci il 1 və 4 rüblər
1. Tədqiqatları davam etdirmək
2. Alınmış nəticələrin təhlili və məqalələrin çapa hazırlanması.
2022 – ci il 1 və 4 rüblər
1.Tədqiqat işlərinin tamamlanması, nəticələrin müzakirəsi, məqalələrin yazılması
2. Dissertasiya işinin yazılmasına başlamaq
2023 – cü il 1 və 4 rüblər
1. Dissertasiya içinin tamamlanması və ilkin müzakirəsi
Dissertasiyanin
Strukturu
Ədəbiyyat
Fəsil 1 Giriş
Fəsil 2 Ədəbiyyat icmalı
2.1 Biosferdə ağır metallar və mikroelementlərin yayılması və onların canlı orqanizmlər ücün yaratdığı təhlükə
2.2 Ağır metal və mikroelementlər ionlarının orqanizmdə gedən maddələr mübadiləsi proseslərində rolu
2.3 Hipofiz, Qalxanabənzər vəz və Böyrəküstü vəzlərin orqanlar və orqanlar sisteminin işinin humoral yolla tənzimlənməsində rolu
2.4 Qaraciyərin dərman hepatiti və onların patogenezinə müasir baxıçlar
2.5 Xroniki böyrək çatışmamazlığı və onun patogüenezinə müasir baxıçlar
Fəsil 3 Material və metodika
Fəsil 4 Tədqiqat işlərinin nəticələri və elmi müzakirəsi
4.1 Ağır metal ionlarının (Pb, Cd) qanda qatılığından asılı olaraq əsas endokrin orqanlarda – Hipofiz, Qalxanabənzər vəz və Böyrəküstü vəzlərdə baş verən struktur və ultrastruktur dəyişkənlikləri
4.2 Mikroelementlər ionlarının (Zn,Cu) qanda qatılığından asılı olaraq Hipofiz ,Qalxanabənzər vəz və Böyrəküstü vəzlərdə baş verən struktur və ultrastruktur dəyişkənlikləri
4.3 Ağır metallar (Pb, Cd) ionlarının qanda qatılığından asılı olaraq Qalxanabənzər vəz, Hipofiz və Böyrəküstü vəzlərdə baş verən funksional dəyişkənliklər.
4.4 Mikroelementlər (Zn, Cu) ionlarının qanda qatılığından asılı olaraq Hipofiz, Qalxanabənzər vəz və Böyrəküstü vəzlərdə baş verən funksional dəyişkənliklər
4.5 Qalxanabənzər vəzin hipofunksiyası hallarında (hipoterioz) qanda ağır metal (Pb,Cd) ionlarının qatılığından asılı olaraq endokrin sistemdə baş verən struktur və funksional dəyişkənliklər
4.6 Qalxanabənzər vəzin hiperfunksiyası hallarında (hiperterioz) qanda ağir metallar (Zn,Cu) ionlarının qatılığından asılı olaraq endokrin sistemdə baş verən struktur və funksional dəyişkənliklər
Fəsil 5 Endokrin orqanlarda ağır metallar (Pb,Cd) və mikroelementlər (Zn,Cu) ionlarının yaratdığı struktur və funksional dəyişkənliklərin əsas mübadılə orqanları – qaraciyər və böyrəklərdə baş verən orqan çatışmazlığı ilə qarşılıqlı əlaqəsi
5.1 Qaraciyərin dərman hepatiti və onun inkişafinda ağır metallar (Pb,Cd) və mikroelementlər ionlarının rolu
5.2 Orqanizmdə böyrək çatışmazlığının yaranmasında ağır metallar (Pb, Cd) və mikroelementlər ionlarının rolu
5.3 Ağır metallar (Pb, Cd) və mikroelementlər (Zn,Cu) ionlarının detoksikasiya yolları
Fəsil 6 Nəticələr
Занина О.Т. Влияние некоторых тяжолых металлов и микроелементов на биохимические процессы в организме человека - Избранные вопросы судебно медицинской экспертизы. Хабаровск 2001, № 4, 99-105
Долгоносова В.Н., Аргунов М.Н., Ващенко О.С. Влияние сочетанного воздуйствия свинца, нитратов и нитритов на содержание тяжолых и токсичных металлов в органах и тканях белых крыс - Материалы 4 Съезда ветеринарных фармокологов и токсикологов Рассии Москва 2013. 2013, стр. 207-209
Ермакова Е.И., Степанов В.И., Бикташов Р.У. – Адсорбционные свойства бентонита в отношении тяжолых металлов , микроелементов и витамина В в рационах белых крыс - Вестник врача 2013, № 6 стр 8-10
Гармоза Ю.М., Тамашевский А.В., Слобажания Е.И. Участие ионов Цинка (Сu) в регуляции программной гибели эритроцитов человека Биохимия микроелементов в условиях техногененза биосферы 2013, стр 144-147
Дуденкова Н.А., Щубина О.С. Морфофункциональные особенности клеток Лейдинга и клеток Сертоли под воздействием ацетата свинца. Вопросы физики, химии, биологии 2013 , 102-110
Житинков А.Я. Влияние уксуснокислого свинца на формирование конечности у плодов крыс . Биоразнообразие и рациональное использование природных ресурсов 2014, 97-100.
Рыбьянова Ж.А., Дерхо М.А., Середо Т.И., Мальцева Л.Ф., Влияние кадмия на белковый спектр крови мышей в постинтоксикационный период Материалы 7 Международной заочной научно-практической конференции. Орел 7 апреля 2014, 2014, С.104-108.
Дианова Д.Г., Зайцева Н.В., Долгих О.В. Особенности апоптотической программы лимфоцитов в условиях техногенного загрязнения – Лечебное дело 2013, №4, 41-45.
Аскерова З.Ф., Ящук А.Г., Аскаров Р.А., Байкина И.М. Динамика смертноити населения города с высокой техногенной нагрузки. Проблемы социологии, гигены, здравоохранения и ист. Медиц 2013, №6, 10-12
10. Kазымов М.А., Алиева И.В., Изучение и гигеническая оценка риска для здаровья от присутствия тяжелых металлов в прадуктах питания – Казан. Мед. Журн. 2014, 95, №5, 706-709.
11. Мирзоев Э.Б., Кобялко В.О., Губина О.А.,Фролова Н.А. Ответная реакция организма крыс (F1 ) при хроническом воздействии малых доз кадмия. Токсикол. Вестник 2014,№4, 29-33.
12. Березин И.И., Сучков В.В., Влияние загрязнения почвы на формирование риска здаровью населения. – Санитарный врач 2014, №1, 10-13
13. Брин В.Б., Мициев А.К. Профилактика измененийфункционального состояния почек и сердечно- сосудистой системы в условиях свинцового отравления – Материалы Межд. Науч. Конф. «Белые ночи» Грозный 1-3 июня 2014 г. 2014, 44-49.
14. Шумакова А.А., Трушина Э.Н., Мустафина Щ.К., Сочно С.Х. и др Влияние наночастиц диоксида Титана и диоксида Кремня на накопления и токсичности свинца в эксперименте при их внутримышечном введении. Вопросы питания 2014,83,№2, 57-63
Müəssisə
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Tibb Universiteti
Sənədin növü
Tibb üzrə elmlər doktoru adını almaq üçün dissertasiya işinin
ANNOTASİYASI
Problem
Ictimai sağlamlıq və səhiyyənin təşkili
Elmi istiqamətin adı və kodu
Səhiyyə və onun təşkili - 3212.01
Mövzunun adı
Əhalinin ictimai sağlamlığı üçün hiperxolesterinemiyanın müasir tibbi-sosial əhəmiyyəti və onun populyasiya səviyyəsində profilaktikasının sosial-gigiyenik əsasları
İcraçı
Tibb üzrə fəlsəfə doktoru - Hacıyeva Yaqut Hacı Əli qızı
Xolesterin-lipid (yağ) olub, əsasən qaraciyərdə əmələ gəlir və orqanizmin normal funksiyası üçün vacib əhəmiyyət daşıyır. Xolesterin hüceyrə membranını formaşdırır və qoruyur, molekulların hüceyrəyə nüfuz etməsini tənzim edir, cinsi hormonların (androgen və estrogenlərin)və ödün əmələ gəlməsində iştirak edir, bir sıra digər hormonların, eləcə də yağda həll olan vitaminlərin metobolizmi üçün vacibdir, sinir hüceyrələrini izolyasiya (müdafiə) edir(Г.В.Шарухоссоавт., 2014; S.Hisaka, T.Osawa, 2014; V.Jacome-Sose, E.Parks, 2014).
Xolesterin qana xüsusi maddələrlə (molekullarla) - lipid və zülallardan təşkil olunmuş lipoproteidlərlə daşınır. Orqanizmdə 3 tip lipoproteid var. Bunlardan biri aşağı sıxlıqlı lipoproteiddir (ASLP, LDL) ki, buna “pis xolesterin" də deyilir. ASLP xolesterini qaraciyərdən orqanizmin hüceyrələrinə daşıyır.Əgər ASLP hüceyrəyə çoxlumiqdarda daxil olarsa orqanizməciddi ziyan vurur ki, ilk növbədə ürək-damar xəstəliklərinin (ÜDX) inkişaf riski yaranır.Adətən qanda 70% ASLP olur.İkinci tip yüksək sıxlıqlı lipoproteidlərdir (YSLP,HDL) ki, buna “yaxşı xolesterin” deyilir və bu da xolesterini hüceyrələrdən qara- ciyərə daşıyır. Xolesterin burada parçalanaraq orqanizmdən xaric olunur. YSLP ÜDX-nin inkişafının qarşısını alır. 3-cü tiptriqliseridlər kimyəvi formulaya malik olub, xolesterinlə kompleks şəkildə plazma lipidlərini (və ya qan yağlarını) əmələ gətirir.Onlarin qida dəyəri orqanizm tərəfindən tez bir zamanda istifadə olunmur və onlar toxumalarda triqliseridlərə çevrilir. Orqanizmin tələbatı zamanı triqliseridlər yağ hüceyrələrindən azad olur və enerji mənbəyi kimi istifadə olunur. Bu prosesi hormonlar tənzim edir(И.А.Петров с соавт., 2014; С.С.Махов, А.О.Борисов, 2013; M.Salazar et al., 2013; F.Bannet, 2008).
İnsan qanında xolesterinin miqdarı aşağıdakı kimidir: optimal səviyyə-5 mmol/l-dən aşağı; bir qədəryüksək səviyyə - 5-6,4 mmol/l; orta yüksək səviyyə - 6,5-7,8 mmol/l; çox yüksək səviyyə və ya hiperxolesterinemiya(HXS)-7,8 mmol/l-dən yuxarı. Xolesterinin yüksək səviyyəsi orqanizmin sistemlərinə ağırlaşdırııcı təsir göstərib, müxtəlif xəstəliklərin inkişafına şərait yaradır ki, bunların içərisində ateroskleroz, infarkt, stenokardiya, ürəyin işemik xəstəlikləri, insult kimi təhlükəli xəstəlikləri göstərmək olar. Baxmayaraq ki, HXS-nın spesifik simptomları yoxdur, lakin onun səbəb olduğu xəstəliklərin yaratdığı simptomlar müşahidə olunur(И.Н.Титов,2016; S.Erqon et al., 2009; B.Nordestgoard et al., 2010; A.Tenenbaum et al., 2014).
Orqanizmdə xolesterinin səviyyəsinin artmasının səbəblərini bir çox müəlliflər əksər insanların qeyri-adekvat həyat tərzində görürlər. Xüsusilə bu nöqteyi-nəzərdən onların qidalanma davranışının xüsusiyyətləri diqqəti cəlb edir. Həmçinin tərkibində xolesterin olan yumurta, böyrək, bəzi dəniz məhsulları və digər qida məhsulları onun qandakı səviyyəsinə böyük təsir göstərmir. Lakin qırmızı ətdə, tortda, kolbasada, bərk pendirdə, donuz piyində, un məmulatlarında, peçenye, qaymaq və başqalarında olan doymamış yağ turşuları orqanizmdə xolesterinin səviyyəsinin yüksəlməsinə təsir göstərir(Г.В.Шарухо с соавт2014, V.Phau, P.Toth, 2014, M.Bots et al., 2012).
Həmçinin əhalinin fiziki aktivliyinin aşağı olması da (hipodinamiya) belə rol oynayır. Məsələn, az hərəkətli həyat tərzi sürən insanlar arasında bir qayda olaraq yüksək səviyyədə ASLPvə aşağı səviyyədə YSLP müşahidə olunur (А.В.Погожева, 2010; H.Brever et al.,2006).
Bu mənzərə həmçinin artıq bədən çəkili, xüsusilə piylənməsi olan insanlar arasında rast gəlinir (К.Л.Яшин с соавт., 2014 A.Olson, S.Platt, O.Feageman, 2008). Siqaretçəkmə, alkoqollu içkilər də ASLP-in səviyyəsinin artmasında rol oynaya bilər(С.С.Махов, А.О.Барисов 2013,STT Collaboretors, 2010). Lakin bütün bu müddəalarhələ də cavabsız (izah olunmamış) olaraq qalır.Xolesterin tərkibli qida məhsulları haqda, eləcə də bu məhsulların hansı miqdarda istifadəsi zamanı ASLP/YSLP balansını pozması barədə konkret məlumat yoxdur. Qanda xolesterinin səviyyəsinin qalxmasının qarşısını almaq üçün fiziki aktivliyin hansı səviyyədə olması və hansı tədbirlərlə onu yüksəltmək haqda da dəqiq məlumat yoxdur. Birinci hansıdır?- xolesterinin yüksək səviyyəsiartıq bədən çəkisinə və piylənməyəgətirib çıxarır, və ya əksinə? İçkiyə və tütünə aludəçilik hansı dərəcədə xolesterinin səviyyəsinn artmasına gətirib çıxarır? (И.А.Петров с соавт., 2014; А.Е.Лаврова, 2014; M.Bots et al., 2012; D.Fredrickson, R.Lees, 2005).
Bəzi məlumatlara görə bir sıra xəstəliklər, diabet, hipertenziya, triqleseridlərin yüksək səviyyəsi, qaraciyər və böyrək xəstəlikləri, qalxanvari vəzin funksiyasının zəifləməsi qanda ASLP-in yüksəlməsinə səbəb olur. Və ona görə də həmin xəstəliklərin müalicəsi qanda ASLP-in normallaşmasına gətirib çıxarır (А.В.Суханов с соавт., 2013; M.Law et al., 2013; S.Grundy et al., 2009). Lakin eyni zamanda əks sübutlar, yəni ASLP-in səviyyəsinin yüksəlməsinin bu xəstəliklərin əmələ gəlməsinə təsirinin olub-olmaması haqda sübutlar yoxdur(А.Н.Кучмин с соавт., 2010 a.Sontar, R.Naoumova, 2007).
Xolesterinin laborator diaqnostikası insanların müxtəlif xəstəliklər ilə əlaqədar tibbi müraciəti əsasında poliklinik-stasionar şəraitdə qanın biokimyəvi analizi vasitəsilə təyin olunur (Г.М.Авдей 2006; Г.П.Смирнов, Л.П.Малышев, 2012; R.Wiliams et al., 2006).
HXS-nın müalicəsi üçünfiziki hərəkətlər, çoxlu meyvə, tərəvəz, dənli bitkilər, vələmir,yaxşı keyfiyyətli yağlardan istifadə, eləcədə doymuş yağ turşuları ilə zəngin qida məhsullarından az istifadə etmək, normal yuxu (sutkada 8 saat), bədən çəkisinin normallaşdırılması, alkoqol və tütündən istifadə etməmək kimi tədbirlərin yerinə yetirilməsi məsləhət görülür (Ю.Алиев с соавт., 2012; М.А.Осадчун с соавт., 2014; А.В.Погожева, 2010; N.Stone et al., 2013).
Lakin bu məsləhətlər o qədər genişvə az əlçatandır ki, insanlar onların tətbiqinə əhəmiyyət vermirlər(К.Л.Ящин с соавт., 2014; СTT Collaborators, 2009). Ona görə də həkimlər tibbi göstərişlərə əsasən dərman maddələrindən (И.В.Кузнецов, 2015; О.С.Покытыло, 2015, В.И.Вашенко с соавт., 2012 СTT Collaborators, 2009) və ilk növbədə statinlərdən istifadəyə can atırlar (P.Jones et, al 2013, S.Soljanlahti et al., 2011). Lakin olnarın bahalı olması kütləvi istifadəni məhdudlaşdırır. Eyni zamanda xolesterinin normal səviyyəsini saxlamaq üçün statinlərin hansı müddətə istifadəsi hələ məlum deyil(В.А.Вавилин с соавт., 2011; СТТ Collaborators, 2012). HXS-nın səviyyəsini aşağı salmaq üçün cirəlofantası otunun dəmləməsi böyük maraq doğurur. 3 il ərzində müşahidə aşağıdakıları göstərmişdir: lofantanın hiperxolesterinemiyalı kişilərdə profilaktik məqsədlə istifadəsihəm fərdi göstəricilərdə, həm də orta göstəricilərin təhlili zamanı qanın plazmasında xolesterinin səviyyəsinin lazımi miqdarda enməsinə səbəb olmuşdur ki, bu vəziyyət müqayisə olunan yarımqruplardan (plasebo) daha çoxaşkarlanmışdır(Х.Абделаал, В.Н.Фурсов, 2009; У.Б.Хлебцова с соавт., 2014). Bu othəm də immunotrop xüsusiyyətlərə malikdir(У.Б.Хлебцова с соавт., 2012). Lakin müddətcə uzaq nəticələr lazımdır. Əlavə etmək lazımdır ki, lazımi miqdarda pilot tədqiqatlar toplanmışdır ki, bu tədqiqatlarda müstəqil elmi qruplar tərəfindən Mertenil (statin-rozevastanin) preparatının 10-40 mq/sutka dozasında istifadəsi öyrənilmişdir. Tədqiqatlar nəticəsində bu statinin müxtəlif kateqoriyalı xəstələrdə yüksək lipolipidemik effekti, təhlükəsizliyi və mənimsənilməsi barədə məlumatlar alınmışdır ki,bu da onun geniş kliniki istifadəsinə imkanlar yaradır(Б.С.Зодченно с соавт., 2016; B.Pitt et al., 2012).Yeni Avropa və Rusiya tövsiyyələrinə (ESC/EAS, 2011; BHOK, 2012) uyğun olaraq statinlərlə adekvat müalicə xolesterinin və ASLP-in səviyyəsinin məqsədli surətdə normaya salınmasında rol oynayır ki, bu da son nəticədə riskli xəstələrdə təkrar ürək-damar ağırlaşmalarının tezliyinin enməsinə gətirib çıxarır və bu nəticə bizim ölkəmizdə ölümün səviyyəsinin gələcəkdə aşağı düşməsinə şərait yaradacaqdır. Son illər lipid pozğunluqlarının profilaktikası üçün statinlərdən istifadə geniş tədqiqatlarla xarakterizə olunur. Xüsusilə İngiltərədə, İsveçdə, Fillandiyada, Rusiyada və bir sıra inkişaf etmiş ölkələrdə geniş aparılır (Р.С.Карлов с соавт., 2016; Д.М.Аронов, 2014; S.Nissen et al., 2014; C.Baigent et al., 2015). ÜDX-nin müvəffəqiyyətli birincili və ikincili profilaktikası üçün lazımi şərait-statinlərin uzunmüddətli istifadəsidir. Statinlərin,o cümlədən simva-statinlərin yoxlanılmasında son 14 tədqiqatın metaanalizi göstərmişdir ki, tac damarlarda gedən patologiyaların səviyyəsinin aşağı salınmasının ən yaxşı prediktoru qanda xolesterin-ASLP-in miqdarının aşağı salınmasıdır. Tac damarların patologiyası tezliyi ilə xolestrin və ASLP-in aşağı konsentrasiyası arasındakı əlaqənin öyrənilməsi göstərmişdir ki, qanda xolesterin ASLP-in miqdarının 1 mmol/l aşağı düşməsi tac damarların patologiyasının riskini müalicənin 1-ci ilində 11% , 2-ci ildə 24% , 3-5-ci illərdə 33%, 6və daha sonrakı illərdə 36% aşağı salır (Г.И.Нечаева, Ю.В.Терещенко, 2010, P.Kearny, 2009) Statinlər immunmodelləşdirici xüsusiyyətə (P.Laganatham, R.Aggarwab, 2016) və digər xeyirli xüsusiyyətlərə də malikdir (M.Leusink 2016). Lakin bu zaman statinlərlə müalicədə xoşagəlməyən dərman reaksiyalarının qarşısını almaq üçün farmakokinetik testlərdən mütləq istifadə etmək lazımdır (Н.А.Румянцева с соавт. 2017). Bu müayinələrin nəticələri gələcəkdə böyük praktik əhəmiyyətə malik olacaq. Bu cür müayinələr həmçinin bizim respublika üçün də çox vacibdir.
Son illərdə ailəvi hiperxolesterenemiyaya - AHXS diqqət çox artmışdır. Belə ki, ailəvi hiperxolesterinemiya Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu təkrar baxışında (XBT-10) E78.0 kimi kodlaşdırılır.Ailəvi hiperxolesterinemiya autosom-dominant tiplə irsi verilir, qanın plazmasında ümumi xolesterinin və ASLP-in miqdarının artması, eləcə dəgənc yaşlarda tac və sistem ateresklerozunun simptomlarının əlamətlərinin inkişafı ilə özünü göstərir. Bu xəstəlik həmçinin xolesterinin ekstrovaskulyar toxumalarda damardanxaric toplanması ilə də xarakterizə olunur (dəri və vətər ksantomları, periorbital ksantelazm, buynuz qişanın lipoid qövsü şəklində). Ailəvi hiperxolesterinemiya bir sıra genlərin mutasiyasının nəticəsi də ola bilər: ASLP (LDLR),apolipoproteinin (apo) B-100 (APOB), PCSK9 (9-cu tipli konvertazanıkodlaşdıran). Bu genlərin mutasiyası dominant tipdə irsi verilir və kliniki olaraq homo – eləcə də heteroziqot formada özünü göstərir(В.А.Корнева с соавт., 2014а; H.Hobs et al., 2012; L.Yeang, S.Tsimikas 2015; S.Bos et al., 2015). Heteroziqot formada xəstələrdə(bir vali-deyndən irsən keçəngenetik pozğunluqlar)xolesterinin ümumi miqdarı bir qayda olaraq 350 mq/dl-dən 550 mq/dl-ə qədər, homoziqot formada isə (hər iki vali-deyndən irsən keçəngenetik pozğunluqlar) 650mq/dl-dən 1000 mq/dl-ə qədər olur. Ailəvi hiperxolesterinemiya (AH) anadangəlmə metabolik pozğunluqlar içərisində ən çox rast gəlinən pozğunluqlardan biridir (В.В.Кухарчук с соавт., 2009, U.Koivisto et al., 2009).
Heteroziqot forma təxminən hər 300-500 nəfərdən birində rast gəlinir. Lakin ABŞ-ın bəzi populyasiyalarında bu nisbət çox yüksəkdir.Homoziqot forma çox az rast gəlinir. Təxminən hər1.000.000 insandan 1 nəfərdə(А.Н.Метков.,2013; S.Daniels et al., 2011; A.Goldlery et al., 2011).
AHXS genetik pozğunluğun və ya pozğunluqların nəticəsi olduğuna görə hiperxolesterinemiya uşaq yaşlarından inkişaf edir və ÜİX-nin erkən inkişafına səbəb olur. Xüsusilə homoziqot formanı daşıyanlarda ağır hiperxolesterinemiya adətən, kəskin aterosklerozun və hətta uşaq və gənc yaşlarda ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxarır(Т.Я.Комарова с соавт., 2013; A.Colberg et al., 2011; A.Wilson et al., 2009; A.Sontar , R.Noanmova, 2016).
Ailəvi hiperxolesterenemiyanın erkən simptomlarından biri ksantomlardır (dəri və vətərlərin zədələnməsi) ki, bunlar aterosklerotik zədələnmələri olan xəstə-lərin müayinəsi üçün bir səbəb olur. Dəri ksantomaları hiperlipoproteinemiya tipində olur, bir qayda olaraq özünü dəridaxili səthi hamar narıncı və ya sarı rəngdə törəmə kimi göstərərək, dəri örtüyü səthindən təzahür edir və xalis xolesterin törəməsi kimi özünü biruzə verir.Bu ksantomaların geriyə inkişafı çətindir,çox zaman kosmetik yollaxaric edilməlidir (В.А.Корнева с соавт., 2013; İ.Tosi et al., 2008; U.Kassner et al., 2015; M.Junyent et al., 2009). Ailəvi hiperxolesterinemiyanın spesifik diaqnostikəlamətləri vətərlərin ksantomasıdır ki, bunlar içərisində axill ksantomaları və barmaqların bükücü vətərlərinin ksantomaları (bilək oynağı falanqaları nahiyyəsində) daha çox tipik və daha çox təsadüf olunandır. Bəzi qeyri-tipik hallarda, hətta mürəkkəb törəmələr lipoma formasında (dirsəkdə) özünü göstərə bilər(В.А.Корнева с соавт., 2014b; A.Wegman et al., 2015; I.Ito et al., 2011; R.Huxley et al., 2013).
AHXS müalicə olunan xəstəlikdir. Xolesterinin (ASLP-in) miqdarının 50% və daha çox aşağı salınması üçün lipidlərin miqdarının azalmasına yönəldilmiş aqressiv müalicə lazımdır. Ürəyin işemik xəstəliklərinin digər risk faktorları olan xəstələrdə “pis” xolesterinin miqdarı ən aşağı səviyyəyə salınmalıdır. Dieta və həyat tərzinin dəyişilməsindən əlavə təhlükəsiz və effektli tibbi müalicə, yəni statinlərlə və digər lipidlərin miqdarını aşağı salan preparatlarla, həmçinin ASLP- afarez (qandan ASLP-invə digər Apo hissəciklərin xaric edilməsi metodu) aparılmalıdır. Bu xəstəliyin yayılmasına və müalicənin effektiv metodlarının əldə olunmasına baxmayaraq AHXS,xüsusilə uşaqlar arasında kifayət qədər diaqnostika olunmayan və öyrənilməyən bir xəstəlikdir. Bəzi göstəricilərə görə AHXS təxminən 20% pasiyentlərdə diaqnostika olunur və yalnız onların az bir hissəsi lazımı (müvafiq)müalicə alır(В.А.Корнева с соавт., 2016, J.Goldstein et al., 2011; H.Mabuchi et al., 2012). İlk tibbi yardım göstərən bütün həkimlərin və aidiyyatlı mütəxəssislərin əsas vəzifəsi bütün yaşlıları və uşaqları hiperxolesterinemiyaya görə yoxlamaq, həmçinin ailəvi və ya ağır hiperxolesterinemiyası olan xəstələrə müalicə təyin etməkdir (Т.А.Рожцова с соавт., 2015; B.Nordestgoard et al., 2013; D.Dosterveer et al., 2009). AHXS-sı olan pasientin yaxın qohumlarının müayinəsi (qardaş, bacı,valideynvə övladlar) xəstəliyi erkən aşkar etməyə və müalicə etməyə imkan verir. AHXS-pasientlərinin uzunmüddətli dərman müalicəsi ÜİX-nin inkişaf riskini aşağı salır və ya təmamilə yox edir və ümumi populyasiyada bu riski aşağı salır (P.Hopkins et al., 2011; J.Robinson et al., 2011; A.Goldberg et al., 2011).
Yuxarıda göstərilənlərin ambulator stasionar şəraitdə alınmsına baxmayaraq bəzi müəlliflər bu göstəriciləri ayrı-ayrı regionların əhalisi arasında aşkarlamışdır ki, bu da müəyyən dərəcədə hiperxolesterinemiyanın populyasiya səviyyəsində yayılma miqyası haqqında fikir söyləməyə imkan verir.Məlumdur ki,bu 3 amil-hiperxolesterinemiya, arterial təzyiq və tütünçəkmə ürək-damar xəstəliklərinin inkişafının risk faktorlarının içərisində ən güclüsüdür (N.Stone et al., 2014).Qırğızıstanda müayinə olunanların 23,6%-də hiperxolesterinemiyanın 5,0 mmol/l miqdarından yüksək olmasıaşkar edilmişdir. Yaşla əlaqədar olaraq hiperxoles-terinemiyanın yayılması kəskin artır, belə ki,əgər 25-44 yaş arasında bu göstərici 17% təşkil edirdisə, 45-64 yaş arasında o iki dəfə artmışdır (34,7% p<0,05). Bundan başqa həmçinin gender fərqləri də müəyyən olunmuşdur. Yəni qadınlarda bu göstərici kişilərə nisbətən xeyli çoxdur (17,5% əleyhinə 29,9%; p<0,05)(А.Г.Полупанов с соавт.,2013). “Interepid” (2012il) müayinəsinə əsasən RF (riskfaktorları) Qırğızıstan Respublikası əhalisi arasında 41,4%-də aşkar edilmişdir və kişilərə nisbətən qadınlarda yüksək yayılma tezliyi müəyyən edilmişdir (36,3% əleyhinə 45,5%) (А.Г.Полупанов с соавт.,2013). Bu göstəricilərin yüksəlmə fərqi bu müayinəyə müxtəlif metodiki yanaşmalarla izah oluna bilər. Eyni zamanda RF-nin yüksək səviyyəsi digər ölkələrə də şamil olunur: Beynəlxalq sağlamlıq institutunun göstəricilərinə əsasən ABŞ-da HXS-nın yayılması 25% təşkil edir(D.Lloyd-Jones et al., 2009), Rusiyada isə yaxınzamanda aparılmış ECCE tədqiqatına görə 57% təşkil edir(Г.А.Муровцева с соавт., 2014).
Hindistanda aşkarlanmışdır ki, qadınlar arasında (yaş nəzərə alınmaqla) bu xəstəliyin yayılması şəhər əhalisinə nisbətən kənd əhalisi arasında kasıb və orta təbəqəli insanlarda nisbətən az təsadüf olunmuşdur: təxminən 13,5%; 27,7% və 37,4% (İ.Mohan et al., 2016). Kazaxıstanda ÜXC-nın orta səviyyəsi 4,79±0,02 mmol/l təşkil edilmiş, gender fərqləri aşkar olunmamışdır(С.Р.Бекинбаев с соавт., 2014). Rusiyanın ayrı-ayrı regionları üzrə də göstəricilər vardır. Adıgeyada hiperxolesterinemiyanın əhali arasında səviyyəsi 19,8%(И.В.Самородскаяс соавт., 2015), Кrasnodar vilayətində 31,6% (Е.П.Болотова с соавт, 2015). Ryazan vilayətində ÜXS-nin yüksəlməsinin 5 mmol/l-dın yuxarı olması müayinə olunanların 84,1%-də aşkar edilmişdir ki, bu da 89,6% kənd əhalisində, 82,3% şəhər əhalisində müşahidə edilmişdir(Е.В.Филиппов, С.С.Янушин 2017;) Novosibirskdə reprezentativ məcmuda xolesterinin yayılmasının aşkarlanması zamanı “yaxşı xolesterin”in miqdarı <34mq/dl (0,9 mmol/l) - olmuşdur ki, bu da 25-34 yaşlı şəxslərdə 3,5%, 35-44 yaşlı şəxslərdə 7,6%; TQ>200 mq/dl(2,3mmol/l)-da25-34 yaşlı şəxslərdə 6,3%, 35-44 yaşlı şəxslərdə 7,4%; müşahidə olunmuşdur (М.И.Воевода с соавт., 2016).
Rusiyada əhali ölümünün ən çox rast gəlinən səbəblərindən biri QİX inkişafı ilə əlaqədardır. ESSE- RF müayinəsinin nəticələrinə görə ölkənin müayinəyə cəlb olunmuş 13 regionu üzrə-ÜXS-nın yüksək səviyyəsi57,6%, kişilər arasında 58,4%, qadınlar arasında 56,3%; acqarınına qlükozanın miqdarı 4,6%,kişilər arasında 5,4%, qadınlar arasında 4,1% təşkil edir. Əhalinin davranışınınRF-nin yayılması öz növbəsində daha çox aşağı və orta səviyyəli təhsillə, ağır fiziki əməklə və kənd yerlərində yaşamaqla bağlıdır (С.А.Бойцов с соавт.,2017; И.В.Самородская с соавт., 2016). Göstərilən nəticələr kliniki materiallara əsasən əldə edilmişdir. Yəni, praktiki olaraq populyasiya səviyyəsində ÜXS öyrənilməmişdir. Bu əsasən onunla bağlıdır ki,hiperxolesterinemiyanın diaqnostikası yalnız dəqiq anamnez məlumatlarında, eləcə də qanın laborator biokimyəvi müayinələrində aşkar edilir ki, bu da yalnızambulator-stasionar şəraitdə mümkündür(Я.Д.Бабиниева с соавт.,2016; L.Yyan-Charvel, 2015).Yalnız son illər portativ cihaz təklif olunmuşdur ki, bu cihaz vasitəsilə səyyar şəraitdə1 dəqiqədən artıq olmayan vaxt ərzində xolesterinin və onun fraksiyalarının barmaqdan qan götürməklə təyini mümkündür ki, bu da populyasion müəyinələr üçün geniş imkanlar yaradır. Amma onun nisbətən bahalı olması və praktiki şəbəkəyə lazımi miqdarda daxil olmaması bu imkanları hələ ki bir qədər məhdudlaşdırır (M.Pennant et al., 2015; A.Rodriyues et al., 2016).
Ona görə də indiyə kimi populyasiya səviyyəsində hiperxolesterinemiyanın profilaktikası üçün tədbirlər hələ öyrənilməmişdir. Onun profilaktikası ÜDX-nin profilaktikası proqramı çərçivəsində həyata keçirilir(G.Oliveira et al., 2015; N.B.Record et al., 2015; K.Teo et al., 2016), çox zaman hiperxolesterinemiyaya ÜDX-nin biomarkeri kimi qəbul olunur (S.Nicholls, L.Kritharides, 2015). ÜDX-nin xüsusiyyətlərini nəzərə alaraq kənd regionlarında ürək-damar xəstəliklərinin profilaktikasının həyata keçirilməsi kənd əhalisinin həyat tərzinin modifikasiyası yolu ilə xolesterinin miqdarının aşağı salınması istiqamətində aparılır(R.Kumar, 2015; M.Meyar et al., 2016). Lakin bir qayda olaraq bütün bu proqramlarda hiperxolesterinemik sindrom (HXS) ürək-damar xəstəliklərinin, xüsusilə aterosklerozun asılı olmayan(müstəqil) risk faktorları kimi öyrənilir(В.И.Афанасыева с соавт., 2016). Bir çox mütəxəssislərin fikrinə görə dünya əhalisinin xəstələnməsinin qlobal səviyyəsinə gətirib çıxaran əlilliyin və ölümün inkişafına şərait yaradan ürək damar xəstəliklərinin (o cümlədən arterial hipertenziyanın), şəkərli diabetin,artıq bədən çəkisinin, piyləmənin və orqanizmin digər patoloji vəziyyətlərinin bu kimi xəstəliklərin profilaktikasında və onlarla mübarizədə hiperxolesterinemiyanın göstəricilərinin normaya salınması böyül rol oynayır. Ona görə də, hiperxolesterenemiyaya sağlamlıq üçün sərbəst ciddi risk faktoru kimi baxılmalıdır(К.Л.Яшин с соавт., 2014; M.Meyar et al., 2016; R.Kumar, 2015). Bu göstərilənlər aspektində müxtəlif sosial-iqdisadi şəraitə və milli-etnik xüsusiyyətli əhaliyə malik olan regionlarda əhali arasında HXS-nın yayılması istiqamətində tədqiqatlar, HXS-nın risk faktorlarının aşkar edilməsi, əhalinin qidalanma davranışının xarakterinin, HXS-nın korreksiyasına və HXS-nın digər sosial-gigiyenik aspektlərinəyönəlməsinin və məlumatlılığının aşkar edilməsi vacibdir.
Bu müayinələrın nəticəsi HXS-un profilaktikası tədbirlərinin rasional kompleksinin işlənməsinə şərait yardır ki, bu da nəinki əhali arasında HXS-nın yayılma səviyyəsini aşağı salır eləcə də,ÜDX problemlərinin həllində pozitiv tempi sürətləndirir(В.И.Афанасьева, с соавт., 2016; A.Radrigues et al., 2016; M.Pennant et al., 2015; G.Oliveira et al., 2015).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya" fərmanı çərçivəsində belə tədqiqatlar bizim respublikada xüsusilə aktualdır,belə ki, fərmanda göstərildiyi kimi ÜDX-nin və şəkərli diabetin formalaşmasında aparıcı rol HXS-nın payına düşür.
İşin məqsədi
Hiperxolesterinemiya sindromunun yayılma xarakterini və əhalinin ictimai sağlamlığına təsir spektrini öyrənmək,HXS-nın formalaşdıran risk amillərini qiymətləndirmək və populyasiya səviyyəsində HXS-un korreksiya tədbirlərini hazırlamaq.
Işın vəzifələri
- Ambulator-stasionar və səyyarşəraitdə HXS-nin diaqnostikasının nəticələrinin müqayisəli qiymətləndirilməsi
- Əhalinin müxtəlif yaş, sosial və peşə qruplarında HXS-un yayılmasının xüsusiyyətləri və xarakteri; risk qruplarının müəyyən edilməsi;
- HXS-nin əhalinin sağlamlığına,əmək qabiliyyətinə və həyat keyfiyyətinə təsir spektrini və onun QİX-in formalaşmasında rolu (ÜDX, AH,şəkərli diabet,artıq bədən çəkisi(ABÇ),piylənmə)
- HXS-nin yaranmasında endo və ekzo risk amillərinin və əhalinin şəxsi-davranış xüsusiyyətlərinin kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsi
- Yerli əhalinin əsas qida məhsullarının xolesterin həcmi,onun qidalanma davranışı və HXS problemindən məlumatlılığı
- HXS-nin normallaşmasında statinlərin, cirə lofantının və digər sintetik preparatların,eləcə də fiziki aktivliyin effektivliyi
- HXS-ya münasibətdə əhaliyə tibbi xidmətin vəziyyəti və tibbi müraciətlərin artmasında HXS-nın korreksiyasında poliklinika-ambulatoriyanın rolu
- Populyasiya səviyyəsində əhali arasında HXS-nin profilaktikası tədbirləri kompleksinin sosial-gigiyenik əsasları
İşin elmi yeniliyi
- İlk dəfə olaraq səyyar şəraitdə əhali arasında HXS-nın yayılma tezliyi və xarakteri, eləcə də ASLP və YSLP arasındakı disbalansın səbəbləri aşkar olunacaq və populyasiya səviyyəsində onların diaqnostikası üçün tövsiyyələr veriləcək.
- HXS-nın sağlamlığa, əmək qabiliyyətinə və əhalinin həyat keyfiyyətinə təsir spektrləri, eləcə də QİX-nın formalaşmasında HXS-nın əhəmiyyəti sübutla təyin olunacaq
- HXS-nın formalaşmasında ekzo-və endo risk faktorlarının və əhalinin şəxsi-davranış xüsusiyyətlərinin rolu aşkar olunacaq
- HXS-ya münasibətdə əhalinin məlumatlılıq vəziyyəti, HXS-nın səviyyəsinin yoxlanılmasına, onların motivasiya səviyyəsi, HXS-nın korreksiyası üçün vaxtında tibbi müraciəti aşkar olunacaq
- Əhalinin qidalanma davranışının xüsusiyyətləri və yerli əhalinin qidasında (xolesterini məhdudlaşdıran qidaların siyahısı əsasında) xolesterin tərkibli əsas maddələr göstəriləcək
- HXS-nın səviyyəsinin aşağı salınması üçün medikomentoz və qeyri-medikomentoz maddələrin effektivliyi və HXS-nın yayılmasının qarşısını almaq üçün əhali arasında SHT təbliği təşviqinin maarifləndirici-izahedici işin rolu göstəriləcək
- Alınmış nəticələrə əsasən populyasiya səviyyəsində əhali arasında HXS-nın profilaktikası və HXS-ya nəzarətdə poliklinikaların fəaliyyətinin aktivləşməsi üçün tədbirlər təklif olunacaq
İşin praktiki əhəmiyyəti
Səyyar şəraitdə HXS-nın və onunASLP və YSLP fraksiyalarının diaqnostikasına tövsiyələr;HXS üzrə risk qrupları və onların aradan qaldırılmasının mexanizmləri; HXS ilkin skrininqi üçün endomarkerlər (irsilik, qan qrupu, ABÇ, piylənmə); HXS-nın formalaşmasına şərait yaradan ekzofaktorlar və əhalinin şəxsi-davranış xüsusiyyətləri; xolesterin tərkibli məhsullardan ibarət “qida zənbilinin” tərtibi; HXS-nın yoxlanması və əhalinin fiziki aktivləşməsi; əhali arasında HXS nın profilaktikası üzrə ilkin tibbi şəbəkənin funksiyasının təkmilləşməsi üzrə təkliflər;HXS-nın medikamentoz və qeyri medikamentoz korreksiyası üçün məsləhətlər; populyasiya səviyyəsində əhali arasında HXS-nın profilaktikası üzrə elmi əsaslandırılmış tədbirlər kompleksi; Azərbaycan Respublikası Prezidentinin QİX mübarizə və profilaktikası haqda qərar çərçivəsində təkliflər;
İşin metodu
Sosioloji, epidemioloji, anket, klinik laborator, statistik, SF-36 GPAQ və SHSQ kimi Beynəlxalq sorğu anketləri, Ketle indeksi, tonometriya, səyyar şəraitdə HXS və Qlükoza sınaqları
İşin bazası
İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası, ATU-nun və Neftçilər xəstəxanasının kliniki laboratoriyaları, şəhər poliklinikaları və qadın məsləhətxanaları, uşaq müəssisələri, ticarət obyektləri və ofislər
İşin həcmi (təqvim planı)
- Mövzunun məlumatlı işlənməsi 500-700 mənbə, qanda HXS-nın təyini üzrə klinik laborator göstəricilərin toplanması, analizi və bu təyinatların səbəbləri (600-800 analiz). Poliklinikalarda, qadın məsləhətxanalarında ümumi xolesterinin miqdarı təyin olunan pasientlərin ambulator kartlarının analizi (diaqnoz və müalicə)
2017-ci il
-Beynəlxalq standar sorğu anketlərinin (SF-36,GPAQ vəSHSQ) Azərbycan və rus variantlarının tərtibatı, onların sonrakı işlənməsinin tez və asan olması üçün kodlaşdırılması. Planlaşdırılmış sosioloji müayinələrin məsələləri barədə baza obyektlərin rəhbərləri ilə razılaşma. Səbayıl, Sabunçu və Yasamal rayonlarında – 3 şəhər poliklinikasında, 3 qadın məsləhətxanasında, 3 məktəbdə, 5-7 bağça və körpələr evində, 18-15 ticarət obyektlərində və ofislərdə, 4000-5000 nüsxə sorğu anketinin paylanması və toplanmasının təşkili. Tam doldurulmuş sorğu anketlərinin etaplı (mərhələli) işlənməsi
- 2018-ci il.
-Ənənəvi laborator biokimyəvi metodla və səyyarmüayinələr üçün portativ cihazla sınaq qanın müqayisəli eyni vaxtda müayinəsi (250-300 paralel sınaq). Toplanmış anket göstəricilərinin irsiliyin sosial-gigiyenik aspekt üzrə HXS-nin risk faktorlarına görə ümumiləşdirməsi (2000-3000 anket). Anketə salınmışlarla daha çox gündəlik istifadə etdiyi qida məhsuluna görə kontakt və onun xolesterin tərkibinin qiymətləndirilməsi (700-800 respondent). ÜXS-nin müxtəlif səviyyəsi olan respondentlərin ABO sistemi ilə qan qruplarının təyini.
-2019-cu il.
- Fiksəolunmuş respondent qruplarının ayrılması və onlar arasında xolesterini məhdudlaşdıran maddə və vasitələrin-statinlərin, cirə lofantının, fiziki aktivliyin, sutkalıq qidanın enerji dəyərinin aşağı salınması və müasir sintetik preparatların aprobasiyası (hər aprobasiyada 120-150 respondent). Həyat tərzinin modifikasiyasına münasibətdə və hər şeydən əvvəl HXS-nın aşağı salınmasına nəzarətdə əhalinin motivasiyasının yüksəldilməsi üçün təşkilati-maarifləndirici yanaşmaların işlənməsi və onların kontakt respondentlər araslnda yayılması (təxminən 700-900 respondent)
- 2020-ci il.
- 10-15 aydan sonra medikamentoz və qeyri-medikamentoz xolesterini məhdudlaşdıran maddələr və həyat tərzinin, eləcə də HXS-nın korreksiyası üzrə təşkilati-informasiya tədbirlərinin aprobasiyasının effektivliyinin yoxlama qiymətləndirilməsi. HXS-lirisk faktoru olan qruplar üzərində dispanser müşahidəsinin təşkilinin ilk tibbi şəbəkəsi üçün metodik tövsiyyələrin tərtib olunması və onun korreksiyası üzrə ixtisaslaşdırılmış yardımın göstərilməsi. Populyasiya səviyyəsində HXS-un profilaktikasında maarifləndirici-izahedici yaddaş tərtibatı. İşin materialı üzrə elmi məqalələrin dərc olunması. Elmi konfranslarda iştirak. Dissertasiyanın qaydaya salınması.
- 2021-ci il
Gözlənilən nəticələr
8-10 respublika və beynəlxalq konfranslarda iştirak edilməsi. 22-24 elmi məqalənin dərc olunması. Metodiki göstərişlərin tərtibatı(yuxari bax). Televizorda çıxış etmək. İşin nəticələrinin məşğələdə tələbələrlə istifadə olunması.
ƏDƏBİYYAT
GİRİŞ
FƏSİL1.HXS-nln müasir tibbi-sosial əhəmiyyəti,onun diaqnostikası,müalicəvə profilaktikası.
FƏSİL2. Şəxsi tədqiqatların material və metodları
FƏSİL 3. Ənənəvi biokimyəvi laborator metodla və portativ cihazla ümumi xolesterinin və onun fraksiyalarının təyininin nəticələrinin müqayisəli qoyuluşu və səyyar şəraitdə HXS-nın diaqnostika imkanları
FƏSİL 4. Yerli şəhər əhalisi arasında HXS-nın yayılmasının populyasion qanunauyğunluqları
4.1. Əhalinin müxtəlif yaş və cins qrupları arasında HXS-nın əhəmiyyəti
4.2. Ailə mühitinin maarif səviyyəsinin və professional vəziyyətinin HXS-nın əhali arasında formalaşmasına təsiri
4.3. Əhalinin HXS-yaya görə məlumatlılıq vəziyyəti və onun HXS-nın yoxlanılmasına motivasiyası
FƏSİL 5. HXS-ictimai sağlamlığın müasir problemi kimi
5.1.ÜXS-nin normal və yüksək normativ göstəriciləri zamanı ümumsomatik simptomatikanın təzahürü
5.2. HXS-sı olan əhalinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi
5.3.HXS-nın müxtəlif göstəriciləri fonunda ümumsomatik xəstələnmənin tezliyi və xarakteri
5.4. HXS-nın əhalinin əmək qabiliyyətinə və həyat keyfiyyətinə təsiri
5.5. Əhalinin HXS-nın müalicə və profilaktikasına yönəlməsinin, vaxtında müraciət edilməsinin və tibbi yardımın göstərilməsinin, HXS-lı şəxslərin dispanserizasiyanın bir-birinə qarşılıqlı təsiri
FƏSİL 6. HXS-nın formalaşmasına şərait yaradan səbəblərin kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsi.
6.1. Əhalinin qida davranışının xüsusiyyətləri və onların istifadə etdiyi qida məhsullarının enerji dəyəri
6.2. Əhalinin fiziki aktivliyi HXS-ya təsir edən əsas amil kimi
6.3. HXS,piylənmə və ABÇ arasında qarşılıqlı asılılıq
6.4. HXS-nın irsi asılılığıvə onun ABO sistemininayrı-ayrı qan qruplarında rastgəlmə tezliyi
FƏSİL 7. HXS-nın korreksiyasında medikamentoz və qeyri-medikamentoz maddələrin effektivliyinin qiymətləndirilməsi
7.1. Statinlər
7.2. Cirə lofantası
7.3. Fiziki aktivlik
7.4. Qidanın enerji dəyərinin aşağı salınması
7.5. Sintetik preparatlar
FƏSİL 8.Populyasiya səviyyəsində HXS-nın korreksiyası tədbirlərinin və onların nəticələrinin hazırlanması
8.1. Populyasiya səviyyəsində HXS-nın korreksiyası tədbirlərinin əhali tərəfindən mənimsənilməsi və onların həyata keçirilməsi üçün seçilən tədbirlərin üstünlükləri
8.2. HXS-nın profilaktika tədbirlərinin təşkili haqda əhalinin fikri
8.3. Populyasiya səviyyəsində HXS-nın korreksiya tədbirlərinin nəticələrinin qiymətləndirilməsi
8.4. HXS və onun profilaktikasına görə əhalinin dispanserizasiyasında poliklinikaların aktivizasiyasının əhəmiyyəti
Dissertasiya işinin planlaşması üçün 100 elmi ədəbiyyat analiz olunub
Müəssisə
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Tibb Universiteti
Sənədin növü
Tibb üzrə elmlər doktoru adını almaq üçün dissertasiya işinin
Kəskin respirator virus infeksiyalı (KRVİ) xəstələrdə erkən klinik-laborator diferensial diaqnozun təkmilləşdirilməsi və yeni antivirus xassəli etiotrop vasitənin səmərəli müalicə üsulu kimi tətbiqi ilə kompleks müalicəsinə müasir yanaşma
Problem – KRVİ-li xəstələrdə erkən diferensial diaqnozun təkmilləşdirilməsi və yeni antivirus xassəli etiotrop vasitənin səmərəli müalicə üsulu kimi tətbiqi ilə kompleks müalicəsinə müasir yanaşma;
Əsas məsələ (ideya) – a) qrip və digər KRVİ-in diaqnoz dəyərli meyarları əsasında müasir, yüksək həssaslıqlı ekspres müayinə üsulların tətbiqi ilə metodoloji səviyyədə dəqiq və erkən klinik-laborator diferensiyasının işlənilib hazırlanması; b) yovşan cinsinin bəzi növlərinin efir yağının virulisid aktivliyi eksperimental modellərdə əsaslı dəlilərlə sübuta yetirildikdən sonra KRVİ-li xəstələrdə tətbiqinin ayrılıqda klinik effektinin tədqiqi; c) klinik summasiyanı gücləndirmək üçün yovşanın efir yağı ilə birgə kaqoselin klinik-immunoloji effektinin öyrənilməsi;
Qısa metodika – Tədqiqat işinin I mərhələsini qrip və digər KRVİ-li xəstələrdə nozoloji diaqnozun qoyulması üçün diferensial yanaşma yolu ilə İFM və İFA test sistemi ilə qan zərdabında müvafiq viruslara qarşı İgM və İgG sinfindən olan spesifik anticisimlərin, burun və burun-udlaq yaxmalarında virus antigeninin ekspres üsulla müayinəsi və PZR üsulu ilə etioloji strukturun öyrənilməsi təşkil edəcək. Xəstələrin 100 nəfəri İFM, 100 nəfəri İFA və 50 nəfəri isə PZR üsulu ilə müayinə olunacaq.
II mərhələsi yovşanın efir yağının in ovo şəraitdə kultivasiya olunmuş KRVİ törədicilərinə qarşı geniş spektrli antivirus təsirə malik olmasının ümümqəbuledilmiş metodik rəhbərliklər əsasında müasir üsullarla eksperimental modeldə in vitro öyrənilməsini, III mərhələsi isə müxtəlif ağırlıq dərəcələrində olan 250 KRVİ-li xəstələrdə (100 qripli, 25 paraqripli 25 adenoviruslu, 25 rinoviruslu, 10 reoviruslu, 15 RS-infeksiyalı) sözügedən yeni dərman vasitəsinin klinik aprobasiyadan çıxmasını nəzərdə tutmuşdur.
Tibb elmləri doktoru adını almaq üçün dissertasiya işinin annotasiyası
Aktuallıq
Müasir infektologiyanın qayəsi bakterial infeksiyaların xüsusi çəkisinin azalması və virus infeksiyalarının artımıdır. Mövcud olan viruslar arasında törətdiyi xəstəliklərin sayı və ölüm nəticələrinə görə KRVİ-in törədiciləri lider mövqe tutur. 200-dən artıq infeksion agent kəskin respirator xəstəliklər və ya kəskin respirator infeksiyaların (KRX/KRİ) səbəbi ola bilər ki, bu da fövqəldərəcədə diaqnozun müəyyən edilməsini çətinləşdirir, xüsusən ona görə ki, viruslarla yanaşı, onlarla bakteriya, xlamidiya, mikoplazmalar və s. tənəffüs yollarını zədələyə bilər (Belozerov E. S., Belyaeva T. B., 2015,).
KRX strukturunda qrip və digər KRVİ bütün infeksion patologiyanın 90-95%-ni şərtləndirir, 5-10%-dən çox olmayaraq bakterial KRX-nin, daha az əhəmiyətə malik olan respirator mikoplazmozun, pnevmoxlamidiozun, pnevmoleqionellozun, çox nadir hallarda isə pnevmomikozların payına düşür (Uçaykin B. F., 2010, Zaytsev A, A., Klimov Y. A., 2008). KRVİ-in isə bu qədər yüksək tezlikli xəstəliyi etioloji faktorların (200-ə yaxın respirator viruslar: 3 tip qrip, 4 tip paraqrip, 60 tip adeno-, 100 tip rino-, 3 tip reo-, 4 tip korono- və 2 tip respiratot-sinsitial viruslar və s.) olduqca müxtəlifliyi, törədicinin yoluxma yolunun asanlığı və virusun yüksək dəyişkənliyi ilə izah olunur (Melnikov O. A., Averkieva L. B., 2004; Lobadonov S. A., 2013; Yakimova S. S., 2014).
Dünyada hər il bir neçə milyon insan pnevmoniya ilə ağırlaşma daxil olmaqla KRVİ-dən ölür. Bu infeksiylar ölümün əsas 5 səbəblərindən biridir. Bronxial astmanın kəskinləşməsinin 80% və ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin 20-60% halları KRİ ilə təhrik edilir (ÜST-nin bülleteni, 2014). KRVİ zamanı ağırlaşmalar 20-30% hallarda qeydə alınır. Məhz KRVI strukturunda 15-30% təşkil edən qripdə ölümə cavabdeh olan ağırlaşmalar 15-20%-ə çatır (ÜST, 1989; Rothberq M. B., 2008; Mariniç İ. Q., 1999; Glezen W. P., 2000; Treaner J. J., 2010; Ryabova M. A., 2011).
Kəskin ağır respirator sindrom və yaxın şərq respirator sindromunun törədiciləri olan koronoviruslar (SARS-CoV və MERS-CoV), quş qripi (H5N1), pandemik qrip (H1N1-2009) və s. kimi yeni respirator viruslar səhiyyə sahəsində qlobal təhlükəsizlik üçün xüsusi təşviş yaradır (Q. N. Karetkina, 2015).
Prtaktik həkimlər bir çox hallarda KRX/KRİ və KRVİ anlayışlarına diaqnostik münasibətdə yanlışlığa yol verirlər. Bu xəstəliklərin klinik şəklinin oxşarlığı sayəsində etiologiyaya görə konkret nozoloji formanı müəyyən etmək mümkünsüzdür, seroloji müayinələr isə yalnız retrospektiv olaraq düzgün diaqnoz qoymağa imkan verir. Halbuki, terapiya üçün mühüm olduğundan hər bir konkret halda etiologiya mümkün olduqca tez müəyyən edilməlidir. Məcburi sindromal diaqnoz kimi qəbul edilən KRX/KRİ termini isə yalnız laborator üsullarla etioloji diaqnozun müəyyən edilməsinə qədər istifadə edilməlidir (Zubik T. M., 1991, Şuvalova E. P., 2005; LobzinY. B. 2008).
Praktik səhiyyə şəraitində KRVİ-in erkən diaqnozunun qeyri-kafiliyi və etioloji şərhsiz “KRVİ” kimi klinik diaqnozun qoyulmasına və klinik simptomların spesifikliyi və həssaslığı dəqiq təyin edilmədiyinə görə dəqiq diferensiyasının aparılması problem mahiyyət daşıyır (Əliyev N. N., 2004; klinik protokol, Bakı, 2008; ÜST-nin bülleteni, 2014; Karetkina Q. K., 2015). Laborator müayinə üsulları ilə respirator virusların identifikasiyasının ənənəvi metodlarında çatışmazlıqlar mövcuddur (Lobadonov S. A., 2013).Məhz bu baxımdan hazırki tədqiqat işində virusoloji müayinə və immunoflüoressensiya metodu (İFM) ilə yanaşı, müasir, ən perspektivli, yüksək spesifikliyə və həssaslığa malik, nəticələri tez alınan, molekulyar-genetik metod olan polimeraza zəncirvari reaksiya (PZR) və immunoferment analizdən (İFA) istifadə etmək nəzərdə tutulmuşdur.
Müasir dövrdə farmasevtik bazarlarda olan dərman vasitələrinin geniş seçiminə baxmayaraq, KRVİ-in müalicə problemi praktik səhiyyə üçün aktual qalmaqda davam edir (Melnikov O. A., Averkieva L. B., 2004; Zaytseva O. B., 2012); Bulkakova B. A., 2012). Belə ki, qrip virusunun daima dəyişkənliyi ilə bağlı qripin müalicəsi üçün radikal effekti təmin edən xüsusi effektli vasitələr yoxdur və bu ərəfədə həkimlər seçim preparatı problemi ilə qarşılaşır (Lıtkina İ. H.., Malışev N. A., 2010; Romansov M. Q., Melnikov İ. Y., Soloqub T.V., 2012; Karetkina Q. N., 2015).
Müasir mərhələdə qrip və KRVİ-in müalicə və profilaktikası üçün selektiv təsirli virus əleyhinə vasitələrin əsas çatışmazlıqlarını nəzərə alaraq qeyri-selektiv antiviral vasitələrə, xüsusən interferonlara, interferon induktorlarının ən son nəsli sayılan kaqoselə və s. üstünlük verilir (UST 2015; www natura. com, 2015; Karetkina Q. N., 2015). Tədqiqatçılar tərəfindən yovşan cinsinin (Artemisia L.) bəzi növlərindən alınan efir yağlarının elmi təbabətdə antibakterial, virus-, iltihab-, xora əleyhinə və s. vasitə kimi istifadə edilməsi sübuta yetirilmişdir (Ponomarenko L. P., 2014; Ələsgərova Ə. N.). Məhz yovşanın Artemisia issayevii növünün efir yağının antivirus aktivliyinə malik olması KRVİ-in müalicəsində etiotrop vasitə kimi onun klinik təcrübədən keçməsinə əsaslı zəmin yaradır. Hərçənd ki, bu tədqiqatlar profilaktik effekt almaq üçün sırf eksperimental yönümdə aparlmış, lakin efir yağı ilə zəngin bu bitkinin respirator viruslara qarşı təsiri klinik-eksperimental istiqamətdə tədqiq edilməmişdir (Əliyev N.N., Ələsgərova Ə. N., Rüstəmova L. İ., və b., 2012-2016).
Beləliklə, KRVİ-in polietioloji xüsusiyyətləri onların diferensial diaqnozunu, qrip virusunun genetik dəyişkənliyi isə etiotrop müalicəni və vaksinoprofilaktikanı çətinləşdirdiyinə görə bu planda tibbi-sosial problem kimi həll edilməmiş məsələlər qalmaqda davam edir. Bütün yuxarıda ifadə edilənlər qrip və KRVİ-nin dəqiq diferensasiya, effektli terapiya və profilaktikasının aparılması zərurətini arqumentləşdirməklə hazırki tədqiqatın aktuallığını, qarşıya qoyulan məqsəd və vəzifələri müəyyən edir.
Məqsəd
Bakı şəhəri və ətraf rayonlarda KRVİ-in regional xüsusiyyəti və etioloji strukturunun müəyyən edilməsi, metodik yanaşma yolu ilə mükəmməl, dəqiq, erkən diferensasiyasının aparıması və yovşan bitkisinin efir yağının klinik-eksperimental istiqamətdə respirator viruslara qarşı antivirus aktivliyinin, klinik effektliyinin öyrənilməsi ilə yeni etiotrop müalicə vasitəsi kimi onun KRVİ-li xəstələrin səmərəli və məqsədyönlü kompleks müalicəsində tətbiqinə dair elmi əsaslandırılmış yeni yanaşmanın işlənilib hazırlanması.
Vəzifələr
1. Diaqnostik axtarışın ilkin mərhələsi olaraq “ KRX və ya KRİ” kimi nozosindromal diaqnozun qoyulması ilə qanın ümümklinik müayinəsinin qiymətləndirilməsi əsasında kəskin respirator xəstəliklərin mənşəyinin (virus, bakterial və s.) müəyyən edilməsi;
2. KRX/KRİ-in bakterial mənşəyini müəyyən etmək və ya bakterial ağırlaşmaları şərh etmək üçün müasir bakterioloji üsulların tətbiqi ilə uyğun müayinələrin aparılması (mikroskopiya və əkmə);
3. Qrip və digər KRVİ-li xəstələrdə nozoloji diaqnozun qoyulması üçün İFM və İFA test sistemi ilə qan zərdabında müvafiq viruslara qarşı İgM və İgG sinfindən olan spesifik anticisimlərin, burun və burun-udlaq yaxmalarında virus antigeninin ekspres üsulla müayinəsi və PZR üsulu ilə etioloji strukturun öyrənilməsi;
4. Qrip və digər KRVİ-in diferensial diaqnozunda ekspres (PZR) və immunoloji (İFM, İFA) müayinə üsullarının diaqnostik dəyərinin qiymətləndirilməsi ilə onların tətbiqinin müqayisəli şəkildə effektliyinin öyrənilməsi;
5. Qrip və digər KRVİ-in diferensial diaqnoz əhəmiyyətli meyarları əsasında yüksək metodoloji səviyyədə nümunəvi diaqnostik alqoritmin tərtib edilməsi;
6. Qrip və KRVİ-li ağrlaşmamış və ağırlaşmış xəstələrdə immunoloji xüsusiyyətlərin tədqiqi;
7. Yovşan cinsinin bəzi növlərindən alınan efir yağının in ovo şəraitdə kultivasiya olunmuş KRVİ törədicilərinə qarşı antivirus aktivliyinin eksperimental modeldə in vitro öyrənilməsi;
8. Eksperimental şəraitdə antivirus effektliliyi sübuta yetirilmiş yovşanın efir yağının və sulu ekstraktının KRVİ-li xəstələrdə müalicə effektinin öyrənilməsi və bu preparatın diferensial yanaşma yolu ilə doza və kurs müddətinin seçilməsi və kaqosellə birgə summar və additiv təsirinin tədqiqi;
9. Qrip və digər KRVİ-li xəstələrin müalicəsində universal diapozonlu virus əleyhinə və immunomoduləedici aktiv preparatların (yovşanın efir yağı və kaqosel) tətbiqinin klinik-immunoloji effektivliyinin qiymətləndirilməsi.
Yenilik
Azərbaycandaİlk dəfə olaraq müasir şəraitdə klinik-eksperimental istiqamətdə yovşanın, əsasən A. issayevii növünün efir yağının respirator viruslara qarşı virulisid təsiri sınaqdan keçiriləcək, KRVİ-li xəstələrdə isə klinik təcrübədə geniş istifadəsi üçün yeni etiotrop müalicə vasitəsi kimi maksimal müalicə effektliyi müəyyənləşəcək. Həmçinin vaxtında aparılan terapiya və əksepidemik təbirləri təmin edən erkən nozoloji diaqnozun qoyulması üçün tətbiqi nəzərdə tutulan ekspres müayinə üsulları (İFA, PZP) sayəsində KRVİ-in erkən diferensial diaqnozunun effektliyi artacaq.
Gözlənilən nəticələr
Yovşanın efir yağının respitator viruslara in vitro-da sitopatik təsirinin qarşısını aldığına görə antivirus xassəsi müəyyən edildikdən sonra klinik effekti aşkara çıxarılacaq. Nəticə etibarı ilə fitoterapiyanın nümayəndəsi olaraq efir yağı ilə zəngin yovşanın dərman bitkisi kimi əhəmiyyətə malik olması sayəsində KRVİ-in müalicəsinə dair yeni metodik yanaşmanın işlənilib hazırlanmasına zəmin yaradacaq. Eyni zamanda KRVİ-in erkən klinik-laborator diaqnoz üsulları təkmilləşdiriləcək.
Elmi və praktik əhəmiyyəti
İlk dəfə olaraq yovşanın efir yağının antivirus aktivliyi klinik-eksperimental istiqamətdə elmi dəlillərlə təsdiq edildiyi və yüksək klinik effektliyi alındığı təqdirdə KRVİ-in müalicə taktikasında əsaslı dəyişiklikərin zəruriliyi əsaslandırılacaq. Nəticədə xəstəliyin gedişinə və proqnozuna əhəmiyyətli dərəcədə təsir edə bilən, bitkisəl mənşəli səmərəli etiotrop vasitə kimi müalicə kompleksinin tərkibində səhiyyə təcrübəsində tətbiqi üçün tövsiyə olunacaq.
Bakı şəhəri və ətraf rayonlarda KRVİ-in regional və etioloji xüsusiyyətləri öyrəniləcək, perspektivli müayinə üsulları ilə diaqnostik dəyərlərin hərtərəfli və obyektiv qiymətləndirilməsi əsasında xəstəliyin erkən dövründə nozoloji diaqnozunun müəyyən edilməsi asanlaşacaq, standart diaqnostik alqoritm işlənilib hazırlanacaq.
Obyekt
(material)
Tədqiqat obyektini müəyyənləşdirilmiş bölgə üzrə “KRX və ya KRİ” diaqnozu ilə müayinəyə cəlb olunan böyük yaşlı pasientlərin 1200 nəfərin içərisində 250 nəfər etioloji təsdiq edilmiş KRVİ-li (qripli, paraqripli, adenoviruslu, rinoviruslu, reoviruslu, RS-infeksiyalı) xəstələr təşkil edəcək.
Patoloji materiallar: qan və ya qan zərdabı, burun və burun-udlaq yaxması, əsnək yaxması, göz möhtəviyyatı, lazım gəldikdə bəlgəm, fekal kütlə ).
Daxiletmə kriteriyaları
Götürülmüş klinik nümünələrdə respirator virusların aşkar edildiyi KRVİ-li xəstələlər və ya KRVİ diaqnozu təsdiq olunmuş xəstələr
Çıxarma kriteriyaları
Götürülmüş klinik nümünələrdə respirator virusların aşkar edilmədiyi digər mənşəli KRX/KRİ-lı və ya KRVİ diaqnozu təsdiq olunmamış xəstələr
Metodlar
Klinik-mikrobioloji, virusoloji, ekspres seroloji və immunoloji, molekulyar-genetik, statistik üsullar
Əsas və nəzarət qrupları
Əsas qrupu 250 nəfər KRVİ-li 3 qrup xəstələr: 80 nəfər bazis terapiya, 90 nəfər yalnız yovşanın efir yağının sulu ekstraktını və 80 nəfər onunla birgə kaqosel alanlar təşkil edəcək. Nəzarət qrupu isə qeyri-virus etiologiyalı 70 nəfər KRX/KRİ-li xəstələrdən ibarət olacaq.
Qiymətləndirmə və ya müqayisə kriteriyaları
Qrupları müqayisə etmək və nəticələri dəyərləndirmək üşün “Vəzifələr” bölməsində göstərilən klinik-laborator müayinə üsullarının göstəriciləri istifadə ediləcək.
Statistik və ya riyazi işləmələr
Müasir dövrdə istifadə edilən elmi-tədqiqat işini nəticələrini hərtərəfli təhlil etməyə imkan verən uygun statistik tədqiqat üsullarından (SPSS – statistical package for the sosial sciences) istifadə ediləcək.
Maddi və texniki imkanlar
Tədqiqat işi çərçivəsində nəzərdə tutulan bütün laborator müayinələr (klinik-mikrobioloji, virusoloji, ekspres seroloji, immunoloji testlər, PZR və s.) əsasən V. Axundov ad. METTPİ-nin KRVİ, qismən isə 1 saylı KTM-nin, S. İmaməliyev ad. Taun əleyhinə stansiyanın laboratoriyalarında və ATU-nun maddi-texniki bazasında aparılacaq.
İşin müddəti
2016-2018 – ci illər
İşin mərhələləri
I mərhələ : dissertasiya işi mövzusuna dair müasir tibbi ədəbiyyat məlumat-
larının, internet materiallarının toplanması və hazırki problemin
vəziyyəti ilə hərtərəfli, dərindən tanışlıq, onların əsasında hazırki mövzu ətrafında son 10 ili əhatə edən referatın
tərtib edilməsi;
II mərhələ: dissertasiya mövzusunun adı, planı, annotasiyasının hazırlan-
ması, elmi məsləhətçinin təyini və təsdiq edilməsi;
III mərhələ: müayinə aparılacaq stasionar müəssisələrin və böyüklər üçün
Helikobateriozda nanodaşıyıcılara əsaslanan yeni müalicə kompozisiyalarının işlənib hazırlanması və diaqnostikasında mikrosistemlərin tətbiqi
Elmi Istiqamətin adı
və kodu
Mikrobiologiya
2414.01
Problem
Helikobakteriozun diaqnostikası, müalicə və profilaktikası
Icraçı
Həyat Əliyeva Mobil qızı
Elmi rəhbər
Elmi məsləhətçi
Allahverdiyev Adil Məhəmmədəli oğlu
Şəhər və il
Bakı 2018
TƏDQİQATIN MƏZMUNU
İşin adi
Helikobateriozda nanodaşıyıcılara əsaslanan yeni müalicə kompozisiyalarının işlənib hazırlanması və diaqnostikasında mikrosistemlərin tətbiqi
İşin referatı:
problem, əsas
məsələ və qısa
metodika
Dünyanın əhalisinin 50%-dən çoxu və inkişaf etməkdə olan ölkələrin 70%-i Helicobacter pylori ilə yoluxmuşdur. Araşdırmalar H.pylori-nin xroniki aktiv qastrit, mədə və 12 barmaq bağırsaq xorası, mədə karsinoması və MALT linfoma (Mucosal Associated Lymphoid Tissue) kimi xəstəliklərin əsas törədicisi olduğunu göstərir. Xəstəliyin diaqnostikasındakı və müalicəsindəki çətinliklər, antibiotiklərə qarşı rezistentliyin artması və indiyə qədər vaksinin olmaması H.pylori-nin əhali arasında geniş yayılmasına səbəb olur. Hazırda H.pylori-nin eradikasiya müalicəsi əsasən üçlü və qördlü terapiyada antibiotik kombinasiyası (klaritromisin, metronidazol, tetrasiklin, levofloksasin) və proton pomp inhibitorları ilə aparılır(Management of Helicobacter pylori infection, Maastricht V/Florence Consensus Report). Lakin qeyd edilən bu müalicə hər zaman müsbət nəticə vermir, bu isə öz növbəsində yeni rezistent ştamların yaranmasına səbəb olur. Son illərdə dünya alimləri tərəfindən aparılan tədqiqatların nəticələri də ədəbiyyat materiallarında antibiotiklərə qarşı yaranmış yüksək rezistentlik problemini ortaya qoyur, və bu səbəbdən də yeni alternativ müalicə metodlarının işlənib hazırlanmasına dair tədqiqatların aparılmasına daha çox əhəmiyyət verilməkdədir (Hyasinta Jaka, Jee Ah. Rhee, Linda Östlundh, Luke Smart, Robert Peck, Andreas Mueller, Christa Kasang and Stephen E. Mshana, BMC Infectious Diseases 201818:193 2018).
H.pylori-nin diaqnostikasında müxtəlif metodlardan: molekulyar (PCR), histoloji, tənəffüs, seroloji, kultivasiya və s istifadə edilir. Lakin bunlardan təmiz kulturanın alınması və antibiotkə həssaslığın qoyulması mümkün olduğu üçün, bu üsullardan ən əhəmiyyətlisi klassik kultivasiya üsuludur.
Klassik kultivasiya üsulu ilə təmiz kulturanın alınmasının çatışmayan cəhəti isə patoloji materiallarda mikrobun az olduğu zaman bakteriyanın izolə edilməsinin çətinləşdiyi və dərman preparatlarına həssaslığının təyin edilməsinin mümkün olunmamasıdır.
Son illərdə nanotexnologiya sahəsindəki inkişaf, elmin bütün sahələrində olduğu kimi, tibb sahəsində də özünəməxsus bir istiqamət tutur. Beləki, alimlər artıq müxtəlif xəstəliklərin diagnostikasında, müalicəsində nano və nanodaşıyıcı sistemlərə əsaslaan yeni üsulları geniş tədqiq etməklə, müasir diagnostika və müalicə metodları işləyib hazırlamaqdadırlar.
Nanobiyotexnologiya materiallarının üstün xüsusiyyətləri və geniş tətbiq sahələri bu sahənin əhəmiyyətini artırır və sürətlə inkişaf edən bir sahəyə çevrilməkdədir.
Bitki mənşəli maddələrin efir yağları da antibakterial xassəyə malik olduğundan bu istiqamətdə aparılan işlər də aktualdır. Bu məqsədlə Azərbaycanda bitən kəklik otu, cirə və s kimi də bitkilərin efir yağlarının anti H.pylori effekti maraq doğurur. Lakin efir yağları selikli qişalara daha cox qıcıqlandırıcı təsir etdiyindən bunların istifadəsində bir çox problemlərlə qarşılaşır ki, bu istiqamətdə də araşdırmalara ehtiyac bilinir.
H.pylori-yə yoluxma fekal oral və ya oral-oral yolla ola bilir. Bu səbəbdən də ağız boşluğunun mikroflorası helikobakteriozda heç də az əhəmiyyət kəsb etmir. Kolonizasiyanın qarşısını almaq ən sadə və təhlükəsiz olaraq infeksion prosesin qarşısını almaq üçün olan vasitədir. Məhz reinfeksiya məsələsinin də öyrənilməsi bu istiqamətdə aparilmalıdır.
Açar sözlər
H.pylori, mikrokultivasiya, MBX, diaqnostika, müalicə, bitki mənşəli nano hissəciklər
Işin xarakteri
Eksperimental
Sənədin növü
Tibb elmləi doktoru dissertasiyasının annotasiyası
Aktuallığı
Bütün dünyada olduğu kimi, Azərbaycanda da helikobakteriozun geniş yayılmasının əsas səbəblərindən biri diaqnostik laboratoriyalarda H.pylori-nin təmiz kulturasının alınmaması, antibiotikə rezistent ştamların artması, mövcüd olan diaqnostik metodların istifadəsinin tam özünü doğrultmaması, H.pylori-yə qarşı vaksininin olmamasıdır. Bundan başqa helikobakteriozun müalicəsində həmişə istənilən nəticənin əldə edilə bilməməsi xəstəliyin davamlı olaraq təkrarlanması ilə nəticələnir.
Məqsəd
H.pylori-nin diagnostikasını asanlaşdırmaq, antibiotikə rezistent ştamların yaranmasının, antibiotiklərin əlavə təsirinin, reinfeksiyanın qarşısını almaq məqsədilə, müalicənin nanotexnologiyaya əsaslanan yeni müalicə metodunun işlənib hazırlanması.
Vəzifələr
Diaqnostik laboratoriyalarda mövcud olan H.pylori-nin kultivasiyası kimi problemlərin aradan qaldırılması üçün daha uçuz, ekonomik, həssas yeni bir metodun işlənib hazırlanması
Həmin əldə edilən yeni kultivasiya üsulunu klassik metodla müqayisəsi və dəyərinin ortaya qoyulması.
Helikobakteriozun müalicəsində nanotexnologiyaya əsaslana yeni metodun işlənib hazırlanması.
Helikobakteriozun müalicəsində daha həssas olan, gələcəkdə istifadə edilə biləcək, Azərbaycanda bitən müxtəlif bitkilərdən əldə edilən, bitki mənşəli efir yağının
H.pylori-yə qarşı təsirinin in vitro və in vivo öyrənilməsi.
H.pylori-yə qarşı antibakterial təsir göstərmiş bitki yağlarıdan kombinə şəklində H.pylori-yə təsirinin in vitro və in vivo öyrənilməsi.
H.pylori-nin müalicəsi zamanı tətbiq etmək üçün nanotexnologiyaya əsaslanan nanodaşıyıcı sistemlərin işlənib hazırlanması.
H.pylori-yə qarşı təsir göstərmiş efir yağlarının, (eradikasion terapiyada istifadə edilən antibiotiklərin) nanodaşıyıcılara yüklənməsi, təsirinin in vitro və in vivo öyrənilməsi.
H.pylori-yə qarşı nanotexnologiyaya əsaslanan, dərman və efir
yağlarının kombinə edilmiş variantlarının helikobakteriozun müalicə və profilaktikası üçün yeni metodunun işlənib hazırlanması.
Gözlənilən nəticələr
H.pylori-nin müxtəlif patoloji materiallardan təmiz kulturasının mikrokultivasiya üsulu ilə alınması və antibiotiklərə həssaslığın rutin olaraq xəstəxanalarda qoyula bilməsi.
Bitkilərdən əldə edilmiş efir yağları ilə H.pylori-yə qarşı istifadə edilən dərman preparatlarının kombinə edilmiş nano daşıyıcı sistemlərin gələcəkdə helikobakteriozun müalicə və profilakikası üçün təklif edilməsi.
Elmi və praktik əhəmiyyəti
Elmi - digər patoloji materiallarda H.pylori - nin təmiz kulturasının izalə edilməsi bu törədicinin xəstəliklərin patogenezində əsas rol oynadığını təsdiqləyəcək.
Praktik - H.pylori-nin kultivasiyasının rutin laboratoriyalarda qoyula bilməsi, qısa müddətə təmiz kulturasının əldə edilməsi, antibiotikə həssaslığın vaxtında təyin edilməsi üçün şərait yaradacaq, bu isə eradikasiyasının effektini yüksəldəcək, kok və ya rezistent ştamların yaranmasının qarşısını alacaq.
Nano hissəciklərə yüklənmiş efir yağlarından istifadə müalicədə və profilaktikada, eyni zamanda reinfeksiyanın və yayılmasının qarşısının alınmasına kömək edəcək.
Obyekti (material)
MBX olan 50-100 xəstə və MBX olmayan 10 sağlam şəxslər, 50 sican müayinə ediləcək
Müayinə materialları - diş ərpi, qan, mədə bioptatı, nəcis olacaq.
Daxil etmə kriteriyaları
Kliniki xüsusiyyətlərinə görə hiperasid qastrit(Iqrup) hipoasid qastrit(IIqrup), mədə xorası(IIIqrup), onikibarmaq bağırsaq xorası(IVqrup), praktiki sağlam şəxslər(Vqrup)
Çıxarma kriteriyaları
Mədə və onikibarmaq bağırsağın kimyəvi və fiziki travmaları, yanıqları, autoimmun xəstəlikləri
Metodlar
mikroskopiya (invert mikroskopda-mikrokultivasiya üsulu, toxuma kulturası), bakterioloji üsul, molekulyar genetik-ZPR, seroloji-İFA, bioloji üsul-siçanlar, nanodaşıyıcı sistemlərin sintezlənməsi, xarakterizə edilməsi, bitki yağları ilə yüklənməsi.
Əsas və nəzarət qrupları
Əsas qrup olaraq MBX (qan zərdabında HP IgG müsbət olan), nəzarət qrupu isə praktiki sağlam (qan zərdabında HP IgG mənfi olan) insanlar
Qiymətləndirmə və ya müqayisə kriteriyaları
Standart və mikrokultivasiya üsulunun nəticələrini, antibiotik və efir yağlarının təsirlərini təyin etmək üçün MİC(minimal inhibisiya konsentrasiyası), toxuma kulturasına təsir isə minimal və maksimal sitopatik təsirlə(SPT) qiymətləndirilir
Statistik və riyazi işləmlər
SPSS (Statistical package for the social sciences) - uyğun stasistik tədqiqat üsulundan istifadə ediləcəkdir
Maddi və texniki imkanlar
Immunaloji testlər ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının immunoloji laboratoriyasında,
Toxuma kulturası, ZPR, nano efir hissəcikləri ilə Türkiyədə Yıldız Texnik Universitetinin Biomühəndislik şöbəsində,
Mikrokultivasiya üsulu - invert mikroskopda, “Referans Klinik Laboratoriya mərkəzi”ndə həyata keçiriləcək.
Işin müddəti
2018 - 2020 illər
Işin mərhələləri
I mərhələ - mikrokultivasiya metodunun işlənib hazırlanması
II mərhələ - bu üsulla antibiotikə həssaslığın qoyulması üsulunun işlənib hazırlanması
III mərhələ - efir yağlarının təsirinin öyrənilməsi in vitro və in vivo təsirinin öyrənilməsi
IV mərhələ - nano hissəciklərinin təsirinin in vitro və in vivo təsirinin öyrənilməsi
V mərhələ - kombinə formalarının in vitro və in vivo təsirinin öyrənilməsi
Ədəbiyyat
Avi Peretz, Maya Paritsky, Nina Pastukh, Anna Koifman, Diana Brodsky, Tatyana Glyatman and Avi On. Improvement and optimization of the classical gastric biopsy culture technique for Helicobacter pylori diagnosis using trypsin. Journal of Medical Microbiology (2015), 64, 642–645
Allahverdiyev AM, Uzun S, Bagirova M, Durdu M, Memisoglu HR. A sensitive new microculture method for diagnosis of cutaneous leishmaniasis. Am J Trop Med Hyg 2004; 70: 294-297 [PMID: 15031519]
Allahverdiyev AM, Bagirova M, Uzun S, Alabaz D, Aksaray N, Kocabas E, Koksal F. The value of a new microculture method for diagnosis of visceral leishmaniasis by using bone marrow and peripheral blood. Am J Trop Med Hyg 2005; 73: 276-280 [PMID: 16103589]
Blaser MJ. Ecology of Helicobacter pylori in the human stomach. J Clin Invest 1997; 100: 759-762 [PMID: 9259572 DOI: 10.1172/ JCI119588]
BSAC (2013). BSAC Methods for Antimicrobial Susceptibility Testing, version 12. British Society for Antimicrobial Chemotherapy. http://bsac. org.uk/wp-content/uploads/2012/02/Version-12-Apr-2013_final.pdf
Correa P, Piazuelo MB. Evolutionary History of the Helicobacter pylori Genome: Implications for Gastric Carcinogenesis. Gut Liver 2012; 6: 21-28 [PMID: 22375167 DOI: 10.5009/gnl.2012.6.1.21]
Choi YJ, Kim N, Lim J, Jo SY, Shin CM, Lee HS, Lee SH, Park YS, Hwang JH, Kim JW, Jeong SH, Lee DH, Jung HC. Accuracy of diagnostic tests for Helicobacter pylori in patients with peptic ulcer bleeding. Helicobacter 2012; 17: 77-85 [PMID: 22404437 DOI: 10.1111/j.1523-5378.2011.00915.x]
De Francesco, V., Giorgio, F., Hassan, C., Manes, G., Vannella, L., Panella, C., Ierardi, E. & Zullo, A. (2010). Worldwide H. pylori antibiotic resistance: a systematic review. J Gastrointestin Liver Dis 19, 409–414
Erzin Y, Koksal V, Altun S, Dobrucali A, Aslan M, Erdamar S, Goksel S, Dirican A, Kocazeybek B. Role of host interleukin 1beta gene (IL-1B) and interleukin 1 receptor antagonist gene (IL-1RN) polymorphisms in clinical outcomes in Helicobacter pylori-positive Turkish patients with dyspepsia. J Gastroenterol 2008; 43: 705-710 [PMID: 18807132 DOI: 10.1007/s00535-008-2220-7]
Erzin Y, Koksal V, Altun S, Dobrucali A, Aslan M, Erdamar S, Dirican A, Kocazeybek B. Prevalence of Helicobacter pylori vacA, cagA, cagE, iceA, babA2 genotypes and correlation with clinical outcome in Turkish patients with dyspepsia. Helicobacter 2006; 11: 574-580 [PMID: 17083380 DOI: 10.1111/j.1523-5378.2006.00461.x]
Erzin Y, Altun S, Dobrucali A, Aslan M, Erdamar S, Dirican A, Kocazeybek B. Evaluation of two enzyme immunoassays for detecting Helicobacter pylori in stool specimens of dyspeptic patients after eradication therapy. J Med Microbiol 2005; 54: 863-866 [PMID: 16091438 DOI: 10.1099/jmm.0.45914-0]
Erzin Y, Altun S, Dobrucali A, Aslan M, Erdamar S, Dirican A, Kocazeybek B. Comparison of two different stool antigen tests for the primary diagnosis of Helicobacter pylori infection in Turkish patients with dyspepsia. Helicobacter 2004; 9: 657-662 [PMID: 15610080 DOI: 10.1111/j.1083-4389.2004.00280.x]
Enroth H, Engstrand L. Immunomagnetic separation and PCR for detection of Helicobacter pylori in water and stool specimens. JClin Microbiol 1995; 33: 2162-2165 [PMID: 7559969]
Frenck RW, Fathy HM, Sherif M, Mohran Z, El Mohammedy H, Francis W, Rockabrand D, Mounir BI, Rozmajzl P, Frierson HF. Sensitivity and specificity of various tests for the diagnosis of Helicobacter pylori in Egyptian children. Pediatrics 2006; 118: e1195-e1202 [PMID: 16982805 DOI: 10.1542/peds.2005-2925]
Koletzko S, Jones NL, Goodman KJ, Gold B, Rowland M, Cadranel S, Chong S, Colletti RB, Casswall T, Elitsur Y, Guarner J, Kalach N, Madrazo A, Megraud F, Oderda G. Evidence-based guidelines from ESPGHAN and NASPGHAN for Helicobacter pylori infection in children. J Pediatr Gastroenterol Nutr 2011; 53: 230-243 [PMID: 21558964 DOI: 10.1097/MPG.0b013e3182227e90]
Lee HC, Huang TC, Lin CL, Chen KY, Wang CK, Wu DC. Performance of Routine Helicobacter pylori Invasive Tests in Patients with Dyspepsia. Gastroenterol Res Pract 2013; 2013: 184806 [PMID: 24454337 DOI: 10.1155/2013/184806]
McColl KE. Clinical practice. Helicobacter pylori infection. N Engl J Med 2010; 362: 1597-1604 [PMID: 20427808 DOI: 10.1056/NEJMcp1001110]
Megraud F, Coenen S, Versporten A, Kist M, Lopez-Brea M, Hirschl AM, Andersen LP, Goossens H, Glupczynski Y. Helicobacter pylori resistance to antibiotics in Europe and its relationship to antibiotic consumption. Gut 2013; 62: 34-42 [PMID: 22580412 DOI: 10.1136/gutjnl-2012-302254]
Peretz, A., On, A., Koiefman, H., Brodsky, D., Isakovich, N., Glyatman, T. & Paritsky, M. McColl, K. E. (2010). Helicobacter pylori infection. N Engl J Med 362, 1597–1604. (2013).
Phelan, M. C. BACTEC2 FX system as a tool for culturing gastric biopsies and Helicobacter pylori diagnosis. Eur J Clin Microbiol Infect Dis 32, 1541–1543. (2007).
Polk, D. B. & Peek, R. M. J. Jr Basic techniques in mammalian cell tissue culture. Curr Protoc Cell Biol Chapter 1, 1. (2010).
Saribas S, Kocazeybek B, Aslan M, Altun S, Seyhun Y, Oner YA, Memisoglu N. Do procalcitonin and C-reactive protein levels have a place in the diagnosis and follow-up of Helicobacter pylori infections? J Med Microbiol 2004;53: 639-644 [PMID: 15184535 DOI: 10.1099/jmm.0.05398-0]
Sainsus, N., Cattori, V., Lepadatu, C. & Hofmann-Lehmann, R. (2008). Liquid culture medium for the rapid cultivation of Helicobacter pylori from biopsy specimens. Eur J Clin Microbiol Infect Dis 27, 1209–1217.
Suzuki H, Saito Y, Hibi T. Helicobacter pylori and Gastric Mucosaassociated Lymphoid Tissue (MALT) Lymphoma: Updated Review of Clinical Outcomes and the Molecular Pathogenesis. Gut Liver 2009; 3: 81-87 [PMID: 20431728 DOI: 10.5009/gnl.2009.3.2.81]
Tsuchiya M, Imamura L, Park JB, Kobashi K. Helicobacter pylori urease inhibition by rabeprazole, a proton pump inhibitor. BiolPharm Bull 1995; 18: 1053-1056 [PMID: 8535394]
Tian XY, Zhu H, Zhao J, She Q, Zhang GX. Diagnostic performance of urea breath test, rapid urea test, and histology for Helicobacter pylori infection in patients with partial gastrectomy: a meta-analysis. J Clin Gastroenterol 2012; 46: 285-292 [PMID: 22392025 DOI: 10.1097/MCG.0b013e318249c4cd]
Gisbert JP, Calvet X, O’Connor A, Mégraud F, O’Morain CA. Sequential therapy for Helicobacter pylori eradication: a critical review. J Clin Gastroenterol 2010; 44: 313-325 [PMID: 20054285 DOI: 10.1097/MCG.0b013e3181c8a1a3]
Guarner J, Kalach N, Elitsur Y, Koletzko S. Helicobacter pylori diagnostic tests in children: review of the literature from 1999 to 2009. Eur J Pediatr 2010; 169: 15-25 [PMID: 19618211 DOI: 10.1007/s00431-009-1033-x]
Wolfe RS, Thauer RK, Pfennig N. A “capillary racetrack” method for isolation of magnetotactic bacteria. FEMS Microbiol Lett 1987; 45: 31-35 [DOI: 10.1016/0378-1097(87)90039-5]