Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrası, hələ Azərbaycan Dövlət Universitetinin tibb fakultəsi kimi mövcud olduğu dövrdə - 1920-1921-ci illərdə təşkil olunmuş ilk kafedralardandır. Həmin illərdən fəaliyyət göstərən Azərbaycan Dövlət Universitetinin tibb fakultəsinin Dəri və zöhrəvi xəstəliklər kafedrası, 1933-cü ildən N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun nəzdinə kecmişdir. Kafedra 1987-ci ildən “Dermatovenerologiya kafedrası” adlanır.
1922-1930-cu illərdə kafedranın ilk rəhbəri Moskva Dövlət Universitetinin professoru M.A.Clenov olmuşdur. 1933-1938-ci illərdə bölgülü tədris aparılması ilə əlaqədar dermatovenerologiya kafedrasının azərbaycan dilində tədrisinə ə.e.x., professor İ.M.İsmayılzadə, 1938-1964-cü illərdə professor A.C.Cəfərov, rus dilində tədrisinə 1933-1939-cu illərdə M.K.Sultanov, 1939-1964-cü illərdə ə.e.x., professor B.A.Eyvazov rəhbərlik etmişdir. 1964-cü ildən tədrisə görə bölünmüş kafedra birləşmiş və 1991-ci ilə qədər professor R.H.Hacıyev rəhbərlik etmişdir. 1991-2008-ci ilin dekabr ayına qədər tibb elmləri doktoru, əməkdar elm xadimi, professor M.M.Davatdarova kafedrada müdir vəzifəsində calışmışdır. 2008-2017-ci ilin dekabr ayına qədər tibb elmləri doktoru, əməkdar elm xadimi, professor Z.H.Fərəcov kafedrada müdir vəzifəsində calışmışdır. 01 dekabr 2017-ci il tarixindən Dermatovenerologiya kafedrasına tibb üzrə elmlər doktoru, professor F.R.Mahmudov müdir vəzifəsinə təyin eilmişdir.