İnsan anatomiyası kafedrası 1919-cu ildə indiki Bakı Dövlət Universitetinin tibb fakültəsi nəzdində fəaliyyətə başlayıb. Təşkil olunduğu gündən 1920-ci ilə qədər kafedraya universitetin ilk rektoru və tibb fakültəsinin normal anatomiya kafedrasının ilk kafedra müdiri professor V.İ.Razumovski rəhbərlik edib. 1920-1922-ci illərdə kafedra müdiri vəzifəsi müvəqqəti olaraq kafedranın prozektoru Corbəy Urusova həvalə edilib. 1922-ci ildən 1926-cı ilə qədər kafedraya professor K.N.Malinovski, 1926-cı ildən 1937-ci ilə qədər isə professor N.İ.Anserov rəhbərlik edib. 1937-ci ildən 1973-cü ilə qədər Azərbaycan Dövlət Tibb İnstitutunun insan anatomiyası kafedrasına ilk dəfə olaraq milli kadr - Azərbaycanda elmi anatomiyanın banisi, görkəmli alim və pedaqoq, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Kamil Əbdül Salam oğlu Balakişiyev, 1973-1990-cı illərdə əməkdar ali məktəb işçisi, tibb elmləri doktoru, professor Gülağa Şıxbala oğlu Hacıyev, 1990-1995-ci illərdə əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Rafiq Əşrəf oğlu Əsgərov rəhbərlik edib. 1995-ci ildən hal-hazıra qədər ATU-nun insan anatomiyası kafedrasına Avropa Təbiət Elmləri Akademiyasının, Rusiya Tibb elmlər Akademiyasının akademiki, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinski rəhbərlik edir Bundan əlavə kafedrada baş laborantlar, laborantlar, laboratoriya müdiri, muzey müdiri, preparatorlar, kremator, texniki işçilər, xadimələr çalışır. Qeyd edilmiş hər bir əməkdaş üzərinə düşən işin öhdəsindən layiqincə gəlir və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirirlər. Hal-hazırda insan anatomiyası kafedrasında mövzular üzrə mühazirələrin müxtəlif mühazirəçilər tərəfindən oxunması praktikası tətbiq edilmişdir ki, bu da oxunan mühazirələrin keyfiyyətini yüksəltmişdir. İnsan anatomiyasının tədrisi əyani vəsaitlər, xüsusən də meyit və meyit preparatları olmadan mümkün deyildir. Kafedrada bu sahədə çatmamazlıqlar vardır. Bir sıra süni sümük preparatlarının və mulyajların alınmasına baxmayaraq meyit və meyit preparatlarının əldə olunmasında bir sıra çətinliklərlə qarşılaşırıq. Əlbəttə, bu problemin asanlıqla həll olunacağına ümid etmirik. Məhz bizim səyimiz nəticəsində hal-hazırda tibbi məhkəmə və patoloji anatomik meyitxanalarla sıx əlaqə yarada bilmişik və son illər kafedranın meyit və meyit preparatları ilə təchizatı bir qədər yaxşılaşmışdır. Təcrübə dərslərində istifadə olunan meyit və meyit preparatlarının ötən illərə nisbətən çoxaldılması mənimsənilmənin yüksəlməsinə səbəb olmuşdur. İldən ilə kafedrada nizam-intizam yüksəlmiş, mühazirə və təcrübə dərslərinin keyfiyyəti yaxşılaşmış, dərslərin meyit və meyit preparatı ilə təmini günün tələbinə uyğun olmuşdur. Dərslərə gecikmə, üzürsüz dərs buraxma halları xeyli azalmışdır. Kafedrada təşkil olunmuş növbətçilik, müəllimlər tərəfindən davamiyyətin yoxlanılması nizam-intizamı artırmış, dərs mənimsəməsinin və keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olmuşdur. Kafedrada "Dayaq-hərəkət aparatı", "Daxili orqanlar", "Sinir sistemi", "Qan-damar sistemi", "Anomaliya və eybəcərliklər" tədris muzeyləri səliqə ilə saxlanılır, preparatlar yenilənir, onlara qayğı ilə yanaşılır və tələbələrin istifadəsinə verilir. Kafedrada təhsil alan xarici tələbələr də daim diqqət mərkəzindədir. Hər semestr xarici tələbələrlə kafedra müdiri, professor V.B.Şadlinskinin iştirakı ilə görüşlər keçirilir, onlara anatomiya fənnini, əyani vəsaitlərdən istifadə etmək qaydalarını öyrənmək üçün məsləhətlər verilir. 2004-2005-ci tədris ilindən başlayaraq insan anatomiyası fənni xarici tələbələr üçün ingilis dilində tədris olunmağa başlanmışdır. Kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Rəhimov Z.X., baş müəllimlər, tibb üzrə fəlsəfə doktorları Rüstəmova S.M, Abdullayev A.S., Bayramova İ.Q. və Orucov M.T., assistent, tibb üzrə fəlsəfə doktoru Qafarova R.A. əcnəbi tələbələrə ingilis dilində təcrübə məşğələləri aparmış, mühazirələr oxumuşlar. Semestr imtahanlarının nəticələri və tələbələrlə aparılan söhbətlər bu dərslərin keyfiyyətinin qənaətbəxş olduğunu göstərir. Tədris ilində müəllimlərin də daim bilik və bacarığının təkmilləşdirilməsi diqqət mərkəzində olmuşdur. Belə ki, müəllimlər arasında dərslərdə qarşılıqlı iştirak etmə praktikasından və açıq dərslərin təşkilindən də geniş istifadə olunur. Son 5 ildə demək olar ki, kafedranın bütün professor və müəllim heyətinin açıq dərsləri olmuşdur. Kafedra iclaslarında mütəmadi olaraq aparılmış açıq dərslərin müzakirəsi aparılmışdır. Bəzi qənaətbəxş olmayan açıq dərslərin yenidən təyin olunması tövsiyyə olunmuşdur. Bütün bunlar kafedranın hər bir əməkdaşının öz işinə ciddi və məsuliyyətlə yanaşmasına xidmət etmişdir. Hər semestrin sonunda tələbələr arasında yazılı anonim sorğu aparılır. Tələbələr kafedranın işinə qiymət verir, nöqsanlarımızın aşkarlanmasında bilavasitə iştirak edirlər. Belə interaktiv sorğu fəaliyyətimizdə olan nöqsanların vaxtında aradan qaldırılmasında, ümumiyyətlə tədrisin daha da yaxşılaşdırılmasında bizə çox yardım etmişdir. Respublikada fəaliyyət göstərən tibb məktəblərində anatomiya fənnini tədris edən müəllimlərə elmi-metodik cəhətdən kömək üçün mütəşəkkil şəkildə təşkil olunmuş təkmilləşmə kursları bu beşillikdə də müvəffəqiyyətlə öz fəaliyyətini davam etdirmişdir. Kursa kafedranın dosenti Ş.Q.Vəliyev rəhbərlik edir. Təkmilləşmə kursunun dinləyiciləri üçün Səhiyyə Nazirliyinin metod kabineti ilə birlikdə xüsusi "Proqram" və "Əsasnaməyə" uyğun olaraq dinləyicilər qarşısında kafedra müdiri, professor V.B.Şadlinski, aparıcı müəllimlər prof. Mövsümov N.T., dos. Vəliyev Ş.Q,, dos. Qasımov Ş.İ. müxtəlif mövzularda yüksək elmi səviyyəli mühazirələr oxumuşlar. Kafedraya və onun muzeylərinə respublikamızın müxtəlif sahələrində çalışan insanlar, ictimai xadimlər, ziyalılar və xarici ölkələrin - Türkiyənin, Fransa səfirliyinin, İsveçrənin, Gürcüstanın və digər ölkələrin nümayəndələri qonaq gəliblər. Qonaqların hamısı kafedramızdan, onun muzeylərindən, burada təhsilin və təlimin təşkilindən razı qaldıqlarını bildiriblər, öz ürək sözlərini qonaq kitabının səhifələrində qeyd ediblər. İnsan anatomiyası kafedrasında 2001-ci ildə təsdiq olunmuş plan üzrə (dövlət qeydiyyatı - 0196 A 00262) elmi-tədqiqat işləri aparılır. Bu müddət ərzində 7 tibb elmləri doktoru, 12 tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyası işləri müvəffəqiyyətlə müdafiə olunmuşdur, 1 doktorluq və 1 namizədlik dissertasiyası işi ilkin müzakirədən keçərək Elmi Şuraya təqdim edilmişdir. Kafedranın müdiri professor V.B. Şadlinski və digər əməkdaşlar tərəfindən Türkiyədə, Moskvada, Tbilisidə, Buxarada, Yaroslavda, Almaniyada, eləcə də doğma respublikamızda keçirilən konfrans və konqreslərdə maraqlı mühazirələrlə çıxış etmiş və çıxışların mətni həmin ölkələrin tanınmış jurnallarında çap olunmuşdur. 2006-cı ildə Milli Anatomiya məktəbinin banisi, ə.e.x., prof. K.Ə.Balakişiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Konfrans keçirilmiş və konfransın materialları məqalələr toplusu şəklində çap olunmuşdur. 2008-ci ildə ə.e.x., prof. R.Ə.Əsgərovun anadan olmasının 75, 2009-cu ildə isə İnsan anatomiyası kafedrasının yaradılmasının 90 illiyinə həsr olunmuş elmi konfranslar keçirilmiş və konfransların materialları məqalələr toplusu şəklində çap olunmuşdur. "Morfologiya", "Azərbaycan Tibb Jurnalı", "Sağlamlıq", "Экспериментальная и Клиническая Медицина" jurnallarında və "Xalq" qəzetində hər üç yubilyarın elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş iri həcmli məqalələr çap olunmuşdur.
2012/2013-cü tədris ilində kafedrada bir sıra yeni dərsliklər, medotik göstəriş və sərbəst işlər albomları çap edilmişdir: 1. Şadlinski V.B., İsayev A.S., Məmmədova A.C. İnsanın anatomiyası. Tibbi-profilaktika fakültəsinin tələbələri üçün dərslik. Bakı, 2013, 434 səh. 2. Şadlinski V.B., Allahverdiyev M.Q., İsayev A.S. İnsanın anatomiyası. Stomatologiya fakültəsinin tələbələri üçün dərslik, II nəşr. Bakı, "Ülvi-Həyat" nəşriyyatı, 2013, 330 səh. 3. Şadlinski V.B., Abdullayev A.S. Beyində venoz qan cərəyanı. Metodik göstəriş. Bakı, 2012, 58 səh. 4. Şadlinski V.B., Xıdırov E.Ə., Abdullayev A.S. İnsan anatomiyası fənnindən sərbəst işlər (Mərkəzi və periferik sinir sistemi, duyğu orqanları və qan-damar sistemi). Bakı, «Müəllim», 2012, 211 s. 5. Şadlinski V.B., Xıdırov E.Ə., Abdullayev A.S. İnsan anatomiyası fənnindən sərbəst işlər (Daxili orqanlar bəhsi və mərkəzi sinir sistemi). Bakı, «Müəllim», 2012, 211 s. Həmçinin, bu müddətdə kafedra əməkdaşları bir sıra yerli və xarici konfranslarda iştirak etmişlər və onların bir çox məqalə və tezisləri elmi mətbuatda dərc olunmuşdur. Onlardan bəziləri aşağıdakılardır: 1. Shadlinsky V.B., Isayev A.B., Qaniyeva Q.M. Features of changes the structure of the thyroid gland in euthyroid goiter. Euromedica Internationaler Medizinscher Kongress. Programm Abstrakts., Hannover, Germany. 4-5 Juni 2013, p.199-200. 2. Shadlinsky V.B., Gasimova T.M. Some data on structural change of pharyngeal glands of rats after a course of different balneological procedures. Euromedica Internationaler Medizinscher Kongress. Programm Abstrakts, Hannover, Germany. 4-5 Juni 2013, p.200. 3. Шадлинский В.Б., Исаев А.Б., Султанова Т.С. Особенности изменений кислотно-щелочного состояния крови при различных режимах физической нагрузки. Журнал анатомии и гистопатологии. Воронеж, 2013, т.2, №1, с.199-200. 4. Шадлинский В.Б., Исаев А.Б., Ганиева Г.М. Особенности изменений морфометрических показателей элементов паренхимы щитовидной железы при различных видах зоба. Журнал анатомии и гистопатологии. Воронеж, 2013, т.2, №2, с.94-99. 5. Шадлинский В.Б., Гусейнов Б.М., Мустафаева Н.А. Особенности морфометрических показателей глазницы человека на ранних этапах постнатального онтогенеза. Здоровье, Баку, 2012, №3, с.136-140. Kafedrada elmi-pedaqoji kadr hazırlığı işlərinin davamı olaraq 17 may 2013-cü il tarixində kafedranın dosenti Gülqız Ağahəsən qızı Hüseynova Azərbaycan Tibb Universiteti nəzdində təşkil edilmiş B/D 03.013 şifrli birdəfəlik Dissertasiya şurasının iclasında"Postnatal ontogenezdə normada və eksperimentdə sidik kisəsi vəzilərinin, limfoid törəmələrinin struktur-funksional səciyyəsi, morfogenezinin xüsusiyyətləri" mövzusunda 3241.01 - "insan anatomiyası" ixtisasında tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Dissertasiya işinin elmi məsləhətçiləri RTEA-nın akademiki, əməkdar elm xadimi, tibb üzrə elmlər doktoru, professor V.B.Şadlinski və AM MEA-nın akademiki, tibb üzrə elmlər doktoru, professor D.B.Nikityukdur. Rəsmi opponentlər: A.İ.Yevdakimov adına Moskva Dövlət Tibbi-Stomatoloji Universitetinin insan anatomiyası kafedrasının müdiri, Ümumrusiya Anatomlar, histoloqlar və embrioloqlar cəmiyyətinin sədri, RTEA-nın akademiki, RF-nın əməkdar elm xadimi, tibb üzrə elmlər doktoru, professor L.L.Kolesnikov, Tver Dövlət Tibb Akademiyasının insan anatomiyası kafedrasının müdiri, Beynəlxalq Morfoloqlar Assosiasiyasının Prezidenti, RTEA-nın müxbir üzvü, tibb üzrə elmlər doktoru, professor D.V. Bajenov və tibb üzrə elmlər doktoru İ.Ə.Həsənovdur.