Yaqubov Kamandar Mehdi oğlu 1967 - ci ildə Qərbi Azərbaycanın Spitak rayonunun Qursalı kəndində anadan olmuşdur.
1983 –cü ildə Qursalı kənd orta məktəbinin 8-ci sinfini, 1985 –ci ildə Bakı şəhəri 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmişdir.
1994-1996 ci illərdə Farmakologiya kafedrasının baş laborantı, 1994-2014 cü illərdə kafedranın assistenti, 2008-2011 - ci illərdə kafedranın tədris hissə müdiri vəzifələrində işləyib. 2014 - cü ildən hal-hazıradək kafedranın dosenti vəzifəsində işləyir.
2011-2017 - ci illərdə II Müalicə- profilaktika fakultəsinin dekan müavini, 2012-ci ildən hal hazıradək Virtual Test Mərkəzinin nəzarət qrupnun rəhbəri vəzifəsində işləyir.
08.11.2017 il tarixindən isə Əczaçılıq fakultəsinin dekanı vəzifəsinə təyin olunub.
1 dərslik, 1 metodik vəsait, 32 məqalənin müəllifidir.