6 Yanvar - Əczaçılıq fakültəsinin növbəti online iclası keçirildi
Yetər sayın olmasını dəqiqləşdirdikdən sonra iclas başladı. (22 Şura üzvi iclasda iştirak edirdi).
İclasın gündəliyi
2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti.
Müsabiqə məsələsi.
İlk öncə fakültə dekanı Universitet Rektoru və dekanlıq adından Şura üzvlərini Yeni il münasibəti ilə təbrik etdi.
İmtahan sessiyasına hazırlığın vəziyyəti ilə fakültə dekanı dos. K.M.Yaqubov məlumat verdi.
İmtahan testlərinin vaxtında universitet saytına yerləşdirilməsini diqqətə çatdıran fakültə dekanı qeyd etdi ki, bu il imtahanda yekun qiymətləndirmə olmayacaq. Cari qiymətləndirməyə ayrılan 50 bal imtahana ayrılan 50 bal üzərinə əlavə olunaraq 100 bal ilə imtahan qiymətləndirməsi aparılacaq və keçid balı 51 bal hesab olunacaq.
Imtahan sessiyası 11 yanvar – 08 fevral tarixlərində 830-1930-da aparılacaq. Tələbələr kredit borclarını ləğv etmək üçün iki fəndən fənni dinləmədən fənni dinlədiyi semestrdəki cari qiymətləndirmənin nəticəsi nəzərə alınaraq hər test 1 bal qiymətləndirilməklə 50 test sualını cavablandıracaqlar – ödənişli əsaslarla.
İmtahanda istifadə olunan bank sualları 30% azaldılıb.
Qiymətləndirmənin nəticəsindən narazı qalan tələbələr üçün Apellyasiya komissiyası təşkil olunacaq. Şikayət imtahan günü onlayın formada tələbənin ərizəsi elektron ünvana göndəriləcək. Apellyasiyaya komissiyasının üzvlərinin, fənn üzrə ekspertlərin və tələbənin iştirakı ilə onlayın appelyasiya keçiriləcək.
1 kurs tələbələri 7, II kurs 6, III kurs 7, IV kurs isə 8 fəndən imtahan prosesində iştirak edəcək.
Daha sonra fakültə dekanı yerdəyişmə ilə bağlı kafedra müdirlərindən mövcud vəziyyətlə bağlı məlumat verməyi xahiş etdi.
Fakültənin tabeçiliyində olan kafedraların müdirlərini də dinlədikdən sonra müsabiqə ilə bağlı fakültənin elmi katibi Afaq xanım Kazımovaya müsabiqə də iştirak edən əməkdaşlarla bağlı məlumat vermək üçün söz verildi.