1.Kafedranın tarixi: Yoluxucu xəstəliklər kafedrası 1928-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakultəsi nəzdində professor N.Q.Uşinskinin rəhbərliyi altinda Yoluxucu xəstəliklər kursu kimi fəaliyyətə başlamışdır. 1930 – cu ildə Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrası təşkil olunmuş və prof. M.Z.Mqebrov müdir təyin edilmişdir
Sonrakı illər kafedraya dos . B.H.Qayibov (1934), prof.M.H.Səfərəliyev (1941), prof. İ.Ə.Mahmudbəyov (1941), prof. G.M.İmaməliyeva (1972). prof. Ə.Y.Nəcəfov (1984), prof. N.N. Əliyev (1990) başcılıq etmişlər. İndiyə qədər kafedra əməkdaşları 2000 – dən çox məqalə, metodik vəsaitlər yazmış, 25 – dən çox tibb üzrə fəlsəfə doktoru, bir tibb elimləri doktoru (N.N.Əliyev) dissertasiyaları müdafiə etmişlər.
Bir sıra xarici alimlərin dərslikləri tərcümə olunmuş, 1990 – cı ildə prof. N.N.Əliyevin redaktəsi altında kafedra əməkdaşları “Yoluxucu xəstəliklər” dərsliyini çap etdirmişdir. 1984-1988 illərdə “ İnfeksion xəstəliklərin diferensial diaqnoqstikası “ dərs vəsaiti, 3 cilid ( Ş.N.Həsənov, Ə.H.Vəliyev), 2004 – 2013 – cü illərdə “İnfeksion xəstəliklər” dərsliyi 5 dəfə, ( Ə.H.Vəliyev) “Salmonelloz”, “Virus hepatitləri”, “Bruselloz” monoqrafiyaları nəşr edilmişdir. Kafedranın əməkdaşları (prof. N.N.Əliyev, dosentlər E.Q.Orucova, Ə.H.Vəliyev, C.P.İsayev, M.M.Muxtarov, G.Z.Cavadova, Z.M.Ömərova) universitetin tibb üzrə fəlsəfə doktoru, aprobasiya və əsas müdafiə şuralarının, problem komissiyalarının üzvləridir. Ass. İ.P.Bayramov tibbi – profilaktika fakultəsində tədris məsləhətçisi işləyir.
Respublika infeksionistlər cəmiyyəti yoluxucu xəstəliklər kafedrasında təşkil olurmuş və hazırda onun sədri akad.N.N.Əliyevdir. Cəmiyyətin üzvləri universitetin içtimai-siyasi işlərində fəal iştirak etməklə yanaşı respublika əhalisinə geniş məsləhət – müalicə yardımı göstərirlər. Dos. Ə.H.Vliyev 1975 - 1984, prof. N.N.Əliyev 1984 – 2015 – ci illərdə Respublika Səhiyyə nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi olmuşlar. Hazırda kafedrada 13 rezident infeksion xəstəliklər üzrə hazırlıq keçir. Son illər tədrisin modernləşdirilməsi ilə əlaqədar olaraq kafedra əməkdaşları (Ə.H.Vəliyev, E.Q. Orucova, M.M.Muxtarov, M.N.Məmmədova, İ.P.Bayramov) tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi üçün çox sayda test sualları və situasiya məsələlərinin hazirlanmasında “Dövlət imtahan komissiyası” ilə sıx əməkdaşlıq edirlər.
Dos. E.Q.Orucova 1993-cü ildə “Bağırsaq yersiniozunun kompleks müalicəsində maqnioterapiyanın tətbiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və ona tibb elmləri namizədi alimlik dərəcəsi verilmişdir. 1996 – cı ildə dosent elmi adını almışdır. Dos. E.Q.Orucova 1999-2010 – ci illərdə kafedranın tədris hissə müdiri vəzifəsində işləmişdir. 60 elmi, tədris-metodiki işin müəllifidir (o cümlədən 3 yoluxucu xəstəliklər üzrə tədris proqramı. 2 yoluxucu xəstəliklər ixtisası üzrə rezidentura və ixtisasartırma təhsilinin tədris proqramı, 1 yoluxucu xəstəliklər üzrə dərslik-müştərək müəlliflərlə, 4 metodik göstəriş, 1 dərs və 1 tədris – metodik vəsait və s). Hal – hazırda Azərbaycan Səhiyyə Nazirliyində “Qara ciyərin transplantasiyası” üzrə komissiyanın “SOS” uşaq kəndləri – Azərbaycan birliyinin üzvüdür. O, “Vektor” Beynəlxalq Elmi mərkəzinin “XXI əsrin tanınmış həkimi, Beynəlxalq diplomuna layiq ğörülmüş (2003). Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Fəxri fərmanı ilə təltif edilmişdir (2010). ATU-nun yoluxucu xəstəliklər kafedrasında test imtahan sualları üzrə baş ekspertdir.
Tibb üzrə fəlsəfə doktoru , Patentoved, İxtira səmərələşdiricilər cəmiyyəti mükafatı laureatı Hüseynova Suqra Mövsüm qızı 40 ixtiranın (müəlliflik şəhadətnamələrinin hamısı Moskvadan alınıb), 15 Beynalxalq sertifikatın, 4 Milli patentin, 200 metodik göstəriş, məqalənin müəllifidir.
2016 – cı ildən kafedraya birləşdirilən uşaq yoluxucu xəstəliklər kafedrası 1944 – cü ildə yaradılmış və ora prof. Ə.F.Qarayev (1944 – 1952), dos. M.M.Quliyev (1955 – 1969), prof. V.F.Əsqərov (1969 – 2010), prof. N.M.Hüseynova (2011 – 2016) rəhbərlik etmişlər.
2. Hazırda kafedrada 35 nəfər professor-müəllim heyəti, bunlardan 2 professor, 20 dossent, 13 assistent, 5 baş laborant çalışır.