Normal fiziologiya kafedrası 1920-ci ildə ADU-nin tibb fakültəsində yaradılmış və bununla Azərbaycanda eksperimental təbabətin əsası qoyulmuşdur. Bu kafedraya ilk dəfə assistent N.V.Qarkavi-Landau, sonra 1921-ci ildən başlayaraq dosent A.M.Çernikov, ondan sonra isə 1925-ci ildən əvvəllər Azərbaycan dövlət universitetinin farmakologiya kafedrasında professor vəzifəsini tutan professor P.Y.Rostovtsev rəhbərlik etmişdi. Tibb fakültəsinin fiziologiya kafedrasının ilk əməkdaşları P.P.Popov, bir qədər sonra isə - D.N.Belenkiy, İ.İ.Qureviç, M.İ.Zaxarov və E.M.Makarov olmuşdular.1928-ci ildə İ.S.Sitoviçin səyi nəticəsində Azərbaycan universitetinin tibb fakultəsinin fiziologiya kafedrası yeni tibbi avadanlıqlarla təçhiz olunmuşdur, bu da qısa müddətdə təhsilin və elmi-tədqiqat işlərinin keyfiyyətinin artmasına səbəb olmuşdur.
1925-1930-cu illərdə P.Y.Rostovsev ADU-nin və 1931-ci ildən ömrünün sonuna qədər isə (1951-ci il) Azərbaycan Dövlət Tibb İnstitunun fiziologiya kafedrasına rəhbərlik etmişdir.Həmin illərdə kafedraya milli kadrlar—A.A.Əmirov, Q.Qəmbəroğlu , S.R.Ocaqverdizadə ,İ.M.Hacıyev,M.M.Mustafayev, Z.Muğanlinskaya ,V.Məmmədova cəlb olunmuşdur. Onlar qısa müddət ərzində P.Y.Rostovsevin rəhbərliyi altında kafedrada fizioloji eksperimentlərin texnikası və fənnin tədris olunması metodikasına yiyələnərək, Azərbaycanda fiziologiyanın inkişafına böyük əmək sərf etmişlər.
Azərbaycanda fiziologiyanın inkişafında akademik Abdulla İsmayıl oğlu Qarayevin ( 1910-1968 ) elmi işləri xüsusi yer tutur. 1942-ci ildə ATİ-nun fiziologiya kafedrasının professoru və ADU-nin “insan və heyvan fiziologiyası” kafedrasının müdiri olmuşdur.
P.Y.Rostovtsevdən sonra ATİ-nin fiziologiya kafedrasına (1951-1970) prof. S.R.Ocaqverdizadə(1895-1977) rəhbərlik etmişdir. Onun elmi-tədqiqat işləri “Böyrəküstü vəzi fəaliyyətində interoseptiv reflektor təsirinə həsr edilmişdir.
1971-1991-ci illərdə ATU-nun fiziologiya kafedrasına prof.Q.M.Qəhrəmanov rəhbərlik etmişdir. O 1966-cı ildə akademik P.K.Anoxinin rəhbərlik etdiyi laboratoriyada doktorluq dissertasiyasını başa çatdırmışdır.Onun elmi-tədqiqat işləri orqanizmin sistemli təşkilinin neyrohumoral və baş beyin fəaliyyətinin xolinergik və adrenergik mexanizmlərinin öyrənilməsinə həsr edilmişdir.Bu dövrdə müasir tədqiqat üsullarını tətbiq etməklə çoxsaylı elmi tədqiqat işləri aparılmışdır.Prof.Qəhramanovun rəhbərlik etdiyi kafedra,neyrofiziologiya və funksional neyrokimya problem laboratoriyasının elmi axtarışları bir çox ölkələrin elmi tədqiqat və ali təhsil institutlarının elmi problemləri ilə uyğunlaşırdı.Kafedra və laboratoriyanın tədqiqat işlərinin çox hissəsi mərkəzi sinir sistemi və ürək damar fəalliyətinin mediator mexanizmlərinə həsr olunub.
1991-ci ildən ATU-nin fiziologiya kafedrasına tibb elmləri doktoru,professor F.İ.Cəfərov rəhbərlik edir. Kafedra əməkdaşlarının əsas elmi tədqiqatları emosiya və motivasiyaların formalaşması realizə olunmasında opioid peptidlərin, mediatorların fizioloji rolunun öyrənilməsinə həsr edilmişdir.
2008-ci ildən kafedraya AMEA-nın müxbir üzvü, REA-nın Xarici üzvü, biologiya elmləri doktoru, professor, Milli Avisiya Akademiyasının (MAA) “Aviasiyada insan amili” problem laboratoriyasının rəhbəri professor A.M. Məmmədov rəhbərlik edir.
ATU-nun Normal fiziologiya kafedrasının müdiri, Biologiya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının fiziologiya üzrə üzvü (2004) Məmmədov Arif Məmməd oğlu.
Professor A.M.Məmmədov akademik P.K.Anoxinin sistem fiziologiyası elmi məktəbinin yetirməsidir. O, 1966-cı ildə AMEA-nın A.J Karayev adına Fiziologiya İnstitunun “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə aspiranturasına daxil olmuş və Moskva şəhərinə ezam olmuşdur.
1966-cı ildən, təxminən 30 il ərzində, o İ.M.Seçenov adına 1-ci Moskva Tibb Akademiyasında və Rusiya Tibb Elmləri Akademiyasında P.K.Anoxin adına Normal Fiziologiya İnstitutunda təhsil almış və elmi tədqiqatlar aparmışdır. Burada o, P.K.Anoxinin rəhbərliyi altında “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə, elmlər namizədlyi (1969), mövzu “Корреляционный анализ ритма напряжения , в различных поведенческих ситуациях”, sonra isə elmler doktorluğu (1975), mövzu “Динамика корково-подкорковых взаимоотношений в условиях экспериметального эмоционального стресса”, dissertasiyaları müdafiə etmiş və elmi adlara layiq görülmüşdür. Eyni zamanda onun İ.M.Seçenov adına 1-ci Moskva Tibb Akademiyasında, normal fiziologiya kafedrasında pedaqoji fəaliyyətinə görə, normal fiziologiya ixtisası üzrə professor (1988) elmi adı almışdır.
Elmi nailiyyətlərinə görə, A.M.Məmmədov Moskvada P.K.Anoxin adına Fiziologiya İnstitunda saxlanılmışdır və ona laboratoriya müdiri vəzifəsini yerinə yetirmək həvalə edilmişdir.
Eyni zamanda o, Moskvada “Xromatron” müəssiəsində, Böyük Elmi Tibb Kollektivinə rəhbərlik edirdi.
1988-ci ildə A.M.Məmmədov Azərbaycanın Milli Aviasiya Akademiyasının “Aviasiyada insan amili” problem laboratoriyasına rəhbərlik edir.
2008-ci ildən B.E.D, professor A.M.Məmmədov Azərbaycan Tibb Akademiyasının Normal fiziologiya kafedrasına başçılıq edir.
Tibb universitetinin tələbələri üçün qısa bir müddət ərzində normal fiziologiya (A.M.Məmmədov, K.V.Sudakov, 2010) üzrə dərslik yazılmışdır. Əlavə olaraq, təkmilləşdirilmiş variantları da çap olunmuşdur.
2014-cü ildə, A.M.Məmmədovun, Ş.H.Hüseynovun, Z.T.Əlizadənin, G.A.Həsənovanın və A.E.Vələdovun müəlliflikləri ilə, “Normal fiziologiyadan təcrübə məşğələləri” adlı dərslik çıxmışdır.
Universitetin xarici tələbələrinin tədrisi üçün “Laboratory Course on Normal Physiology” (A.M.Məmmədov, G.A.Həsənova, 2015, vol 1,2) adlı dərs vəsaiti hazırlanmış və istifadəyə verilmişdir.
Bunlardan başqa, Normal fiziologiya (A.M.Məmmədov, A.X.Əliyev 2016) üzrə yeni dərslik də buraxılmışdır.
Kafedrada tədrisi daha da təkmilləşdirmək üçün 4 komputer sinifləri təşkil olunub və fəaliyyət göstərir.Əlavə olaraq kafedranın Tədris laboratoriyası və eksperimental heyvanlarını saxlamaq üçün ayrıca yer düzəldilmişdir.
Kafedrada, müəllim-tələbə heyəti üçün, xüsusi P.K.Anoxin adına Elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir. Laboratoriya ən müasir tibbi avadanlıqlar ilə təchiz olunub: komputerlə birləşmiş Neyrosoft –elektroensefoloqrafı və kardiovizor- 006, müxtəlif kardioqraflar, şagirdlərdə dəri piyi ölçmək üçün Kaliper cihazı, Transkranial elektrostimulyası üçün cihaz, oksigen konsentratoru və s.).
A.M.Məmmədovun rəhbərliyi ilə kafedranın daxilində və xaricində 13 fəlsəfə və elmlər doktorlarının bir hissəsi müdafiə edib və digərləri hazırlanır.
Kafedra əməkdaşlarının birlikdə, bir neçə yüz çap elmi məqalələri və tezisləri, metodik vəsaitləri və patentləri qeydə alınıb.
Kafedranın ölkə daxilində və xaricdə geniş elmi pedaqoji əlaqələri var: Milli Aviasiya Akademiyası, AMEA-nın Fiziologiya İnstitutu, Rusiya Elmlər Akademiyasının P.K.Anoxin adına Normal Fiziologiya E.T İnstitutu, AMEA-nın Kibernetika E.T. İnstitutu, İ.M.Seçenov adına 1-ci Moskva Tibb Akademiyası (normal fiziologiya kafedrası), Dövlətlərarası Aviasiya komitəsi (Tibbi Koordinasiya Şurası Moskva ), Ukraynanın Tibbi Sanitar Aviasiya Şöbəsi, Almaniya ( National Akademic der Wissenschaften, prof.K.Hecht) və s.
Hal-hazırda B.E.D. professor A.M.Məmmədov Rusiya elmləri akademiyasının fiziologiya üzrə üzvü və bir sıra xarici elmlər Akademiyalarının akademiki seçilmişdir.