Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin Hərbi terapiya kafedrası 2000-ci ilin 25 may tarixində, Azərbaycan Respublikası Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əlirza oğlu Əliyevin 425 saylı sərəncamı ilə yaradılmışdır.
Hərbi Terapiya kafedrasıHərbi Tibb Fakültəsinin aparıcı kafedralarından biri olub, hərbi həkim hazırlığı kurslarının kursantlarınaUniversitetinin Müalicə-profilaktika fakültələrinintələbələrinə Hərbi Səhra Terapiyası, hərbi feldşer hazırlığı kurslarının kursantlarına isə“Hərbi Səhra Terapiyası”,Feldşer işi”, “Ümumi terapiya” fənləri tədris edilir.
Hərbi Terapiya kafedrası terapevtik profilli rezidentlərin hazırlanmasında iştirak edir.