Əhmədov Səid İlham oğlu 1976-cı ilin iyul ayının 14-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub. O, 1993-cü ildə Bakı şəhəri 160 nömrəli tam orta məktəbi bitirmişdir. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olmuş və 1998-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2 il müddətində (1998-2000) Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasına kliniki ordinat vəzifəsinə təyin olunmuşdur. 2000-ci ildə kafedranın aspirantura şöbəsinə daxil olmuş, 2003-cü ildə müvəffəqiyyətlə bitirmişdir. 2004-cü ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
2004-cü ilin fevral ayında ortopedik stomatologiya kafedrasının assistenti, 2005-2011-ci illər ərzində ortopedik stomatologiya kafedranın qrup həmkarlarının sədri, 2011-2017-ci illərdə isə kafedranın tədris hissə müdiri vəzifəsində çalışmışdır. 17 yanvar 2006-cı il tarixindən tibb elmləri namizədidir. 2017-ci ildən hal-hazıradək kafedranın dosenti vəzifəsində çalışır. 2017-ci ilin mart-sentyabr aylarında Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinin dekan müavini, sentyabr ayından etibarən isə stomatologiya fakültəsinin dekanı vəzifəsində çalışır.