AZ RU EN WEBMAIL
RƏHBƏRLİK / Tədris və müalicə işləri üzrə prorektor

Əliyev Sabir Cahan oğlu 1944-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. Orta məktəbi həmin rayonun Gölkənd kəndində medalla başa vurduqdan sonra, 1961-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olub. 1967-ci ildə həmin fakultəni bitirdikdən sonra təyinatla Naftalan sanatoriyasında əvvəlcə həkim-ordinator, sonra müalicə işləri üzrə şöbə müdiri vəzifəsində çalışıb. 1969-1972-ci illərdə N.Nərimanov adına ADTİ-də patoloji fiziologiya kafedrasında aspirantura müddətində namizədlik dissertasiyasını tamamlayaraq, 1973-cü ilin mart ayında  müdafiə etmişdir. 1972-ci ildə kafedrada assistent, 1973-cü ildə baş müəllim, 1976-ci ildə isə dosent vəzifəsinə seçilib. Uzun illər kafedranın tədris hissə müdiri vəzifəsində çalışıb. 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir, 1993-cü ildə həmin kafedranın professoru vəzifəsinə seçilib. 1994-cü ilə AAK tərəfindən  patofiziologiya ixtisası üzrə professor elmi adına layiq görülüb. 1999-2001-ci cu illərdə I MPF-nin dekanı, 2001-ci ilin fevral ayında patoloji fiziologiya kafedrasının müdiri vəzifəsinə seçilib. Həmin ilin may ayında isə universitetin tədris işləri üzrə prorektoru, 2015-ci ildən isə universitetin tədris və müalicə işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikasının Təhsil Nazirliyində fəaliyyət göstərən «Tibbi-nəzəri bölmə»nin,  Universitetin  Mərkəzi Metodik Komissiyanın və «anatomiya, patofiziologiya, biokimya, farmakologiya» üzrə ixtisaslaşmış Müdafiə Şurasının sədridir. Universitetin Böyük Elmi Şurasının və II MPF-nin Elmi Şurasının, “Azərbaycan Tibb Jurnalı”nın Redaksiya Şurasının  üzvidir.

1992-ci ildən YAP-ın üzvi və universitet üzrə YAP-ın sədridir.

1986-cı ildə «Səhiyyə əlaçısı», 2000-ci ildə isə «Respublikanın əməkdar müəllimi» fəxri adlarına layiq görülmüşəm. 2004-cü ildə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı, 2007-ci ildə isə «Tərəqqi» medalı ilə  təltif  olunmuşdur.

27 fevral 2008-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimler Akademisi təfərindən Tip bölümü üzrə akademik secilmişəm. 6 mart 2009-cu ildə isə həmin akademiya tərəfindən «Türk dünyasına hizmetlerindən dolayı uluslararası altun yıldız»medalı ilə təltif olunmşdur. 

15 dekabr 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mükafatlar Komitəsinin Elm və Tədris sahəsindəki nailiyyətlərə görə Avropa “Şərəf və Vicdan” ordeni ilə təltif olunub.

12 may 2010-cu ildə Avropa Akademiyası tərəfindən Nikolay Piroqov ordeni ilə təltif olunmuşdur.

20 sentyabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlhan Əliyevin sərəncamı ilə əməkdar elm xadimi fəxri adı alıb.

24 dekabr 2011-ci ildə Beynəlxalq təltiflər  ittifaqi tərəfindən “Hippokrat” ordeni ilə təltif olunub.

26 mart 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi tərəfindən Tibb bölümüne üstün hizmetlerinden dolayi “İbn-İ-Sina” diplomu ilə təltif olunub.

337 elmi əsərin, 6 dərsliyin, 4 dərs vəsaitinin, 4 elmi-populiyar broşuranın, ilk dəfə olaraq 3 dildə (azərbaycan, rus, ingilis) çap olunan patofizioloji atlas elektron-dərsliyin, bir neçə  tədris-metodik vəsaitin, 2015-ci ildə isə yeni tədris proqramına uyğun tərtib edilmiş «Patoloji fiziologiya»dan dərslik kitabının (I və II hissə)  müəllifidir.

Rəhbərliyim altında 15 tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuş, 4 fəlsəfə doktoru və 3 tibb üzrə elmlər doktoru dissertasiyaları üzərində isə tədqiqat işləri davam etdirilir.

 

 

Kitablar, dərsliklər və monoqrafiyalar
Elmi və ictimai məqalələr
Təltiflər
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı