AZ RU EN WEBMAIL
Tibbdə bu gün
26.05.2021
26 May - Beynəlxalq Dağınıq Sklerozla Mübarizə Günüdür

Hər il mayın sonuncu çərşənbə günü Beynəlxalq Dağınıq Sklerozla Mübarizə Günü kimi qeyd olunur.

Beynəlxalq Dağınıq Sklerozla Mübarizə Günü həmin problemlə məşğul olan Beynəlxalq Federasiya tərəfindən təsis edilib.

 

1935-ci ilə qədər dünyada bu xəstəlik haqqında məlumat olmayıb. Onun əlamətlərini ilk dəfə fransız həkim J. Kryuvele təsvir edib. İki il sonra Böyük Britaniyada R.Karsvell də onun haqqında müşahidələrini açıqlayıb. XIX əsrin ortalarına doğru xəstəlik barədə artıq xeyli məlumat var idi. 1868-ci ildə fransız nevroloq J.Şarko dağınıq sklerozun patomorfoloji əlamətlərini toplayaraq xəstəliyin diaqnostik meyarlarını hazırlayıb. Statistik məlumatlara əsasən, hazırda dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı təxminən 2,3 milyon nəfərdir.

 

Prezident İlham Əliyevin 2012-ci il 13 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində bu xəstələrin müalicəsi ilə məşğul olan tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, diaqnostik laboratoriyaların müasir avadanlıq və reaktivlərlə təchiz edilməsi, xəstələrin spesifik dərman preparatları ilə təmin olunması, bu sahə üçün kadrların hazırlanması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətində mühüm addımlar atılıb. Nəticədə xəstəliyin aşkarlanması işi yaxşılaşıb, fəsadlaşma hallarının sayı azalıb.

 

Ötən il fevralın 28-də Prezidentin imzaladığı Sərəncamla “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı bu sahədə görülən işlərin həcminin və səmərəliliyinin daha da artırılmasını nəzərdə tutur.

 

Dağınıq skleroz adətən gənc yaşlarda başlanır. Lakin 15 yaşdan 60 yaşa qədər istənilən dövrdə onunla rastlaşmaq mümkündür. Qadınlar kişilərə nisbətən xəstəliyə daha çox meyillidir. Ən yüksək xəstələnmə faizi mülayim iqlimdə yaşayan ağ irqə mənsub olanlar arasında müşahidə edilir. Xəstəlik irsən keçmir. Dağınıq skleroz həyatının məhsuldar dövründə tam əlilliyə səbəb olan travmalardan və revmatoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı