Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan
ATU rezidentlərinin
7-ci elmi-təcrübi konfransı
15-16 May 2019


Hörmətli həmkarlar!

Sizi may ayında keçirilməsi planlaşdırılan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ATU rezidentlərinin 7-ci elmi-təcrübi konfransında (ATUREK 7) iştirak etməyə dəvət edirik.

Konfransda təbabətin aktual problemlərinə dair elmi-tədqiqat işləri, sözlü və poster məruzələr şəklində dinləniləcəkdir. 40 ixtisas üzrə tibbin müxtəlif sahələrini əhatə edən müasir bilikləri paylaşmaq və müzakirə etmək şansının sizlər üçün faydalı olacağına inanırıq. Konfrans ATU-nin 4 klinikasında – 15 konfrans salonunda keçiriləcəkdir.

Münsiflər heyəti tərəfindən ən yaxşı sözlü və poster məruzələr diplom və hədiyyələrlə mükafatlandırılacaq. Bütün iştirakçılara konfransın yekununda iştirakçı sertifikatı veriləcək. Ən yaxşı elmi tədqiqat işləri, məqalə şəklində çap üçün seçiləcəkdir və müvafiq işlərin rəhbərlərinə diplomlar veriləcəkdir.

Bütün ölkə rezidentlərimizi ATUREK 7-də fəal iştiraka dəvət edir, rezidentlərimizə və onların rəhbərlərinə uğurlar diləyirik.



Hörmətlə,
GƏRAY GƏRAYBƏYLİ

Konfransın prezidenti
Professor
Rektor
Azərbaycan Tibb Universiteti